AQTA əməkdaşları 164 ictimai iaşə və ərzaq satışı müəssisəsində reyd keçirdi, 93 müəssisədə qayda pozuntusu aşkarladı
10 İyul 2020 14:19
Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər davam etdirilir.
9 iyul 2020-ci il tarixində AQTA əməkdaşları tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 49 ictimai iaşə obyekti, 115 ərzaq satışı mağazası olmaqla ümumilikdə 164 müəssisədə reyd keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.
Reyd keçirilən obyektlərdən 93-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır.
Bakı şəhəri üzrə:
“Baku store”, “Araz supermarket” (Qara Qarayev prospekti), “Cənub”, “Real”, “Yaxın”, “Qardaşlar”, “Xızı”, “Araz supermarket” (Sabunçu rayonu) marketlər, Məhəmmədov Məhəmməd İbadət oğluna, Əhmədov Pərvin Rahib oğluna, Hüseynov Elmuraz Zahid oğluna, Məmmədov İlqar Nofəl oğluna məxsus ərzaq mağazaları və Əliyev Habil Fərhad oğluna məxsus şirniyyat mağazası
Digər şəhər və rayonlar üzrə:
Abşeron rayonu, Mehdiabad qəsəbəsində “Mikromart” market
Sumqayıt şəhərində “Nəriman” market, Əliyeva İradə Allahyar qızına və Umudova Mehriban Mustafa qızına məxsus ərzaq mağazaları
Quba rayonunda Almasov Müslüm Əmizadə oğluna məxsus market
Xaçmaz rayonunda Şərifov Kamal Mahmudağa oğluna, Əhmədov Murad Hakim oğluna, Kərimov Eyvaz Kərim oğluna, Ağayev Nizami Əmirağa oğluna, Nəsrullayev Baləhməd Hacıbəy oğluna məxsus ət satışı mağazaları
İsmayıllı rayonunda “Araz supermarket”, “Dost” marketlər, Abdullayev Elsevər Antik oğluna, Hüseynov Elşən Eldar oğluna, Hüseynov Anar Mirzağa oğluna və Həmzəyev Tural Rais oğluna məxsus ət satışı mağazaları
Şamaxı rayonunda Salahov Radim Teymur oğluna məxsus ərzaq mağazası, “Zəm-zəm” restoranı, “Ata yurd” kafesi, “Şamo” bazarı
Şirvan şəhərində Tərlanov İsmayıl Xasay oğluna və Dadaşov Zülfiyyə Hümbət qızına məxsus ərzaq mağazaları
Sabirabad rayonunda Məsimli Allahverdi Məsim oğluna məxsus ərzaq mağazası
Lənkəran rayonu, Şürük kəndində “Favorit” market
Cəlilabad rayonunda Məmmədov Pərviz Abdulrahman oğluna məxsus market
Bərdə rayonunda Novruzov Vüqar Rafiq oğluna, Məmmədov Rafiz Saqif oğluna, Əzimov Samir Cahangir oğluna, Əliyev Akşin Abil oğluna, Salahov Niyaməddin Raqub oğluna, Rəhimov Süleyman Ələddin oğluna, Səlimov Xəyyam Arif oğluna, Quluzadə Cavid Ələkbər oğluna, Kamalov Rəşad Rizvan oğluna, Nərimanov Azad İsmayıl oğluna, Əliyev Ramil Əhliman oğluna və Əsədova Lalə Əmir oğluna məxsus ərzaq mağazaları
Tərtər rayonunda Zeynalov Hüseyn Pərviz oğluna, Şirinov Elvin Vaqif oğluna və Məmmədov Asəf İlyas oğluna məxsus ərzaq mağazaları
Balakən rayonunda Məmmədov Qəhrəman Camaldin oğluna məxsus kafe
Zaqatala rayonunda Ağayev Şəhriyar Şaban oğluna məxsus kafe, Bağmanov Mahir Məhəmməd oğluna məxsus ərzaq mağazası
Qax rayonunda Əliyeva Ruqiyə Hacıbala qızına məxsus kafe
Gəncə şəhərində “Elmir”, “Mahir”, “Sərfəli”, “Ay-ulduz”, “Nubar”, “Aysberq” marketlər, Məmmədov Ramil İsgəndər oğluna, Binnətov Rafiq Şaməddin oğluna, Cabbarov Qəhrəman Mirəli oğluna məxsus ərzaq mağazaları
Ağstafa rayonunda Abutalıbov İlham Vidadi oğluna məxsus ət satışı mağazası, Dərvişov Qabil İmamqulu oğluna məxsus kafe və Əmirov Oktay Musa oğluna məxsus “Gülül” kafe
Qazax rayonunda “Xan sarayı” kafe
Tovuz rayonunda “Günel” market
Gədəbəy rayonunda “Kür” və “Təbriz” kafeləri
Şəmkir rayonunda “Uğur” kafe
Ucar rayonunda “Sərin”, “Göbələk”, “Nuş olsun”, “Tonqal”, “Qumlaq” və “City klub” kafelər, Şirinov Eldar Tapdıq oğluna, Məmmədov Mahir Məmmədəli oğluna, Musayev Mirbaba Mirismayıl oğluna, Cənnətov Akif Piralı oğluna məxsus kafelər, “Oba”, “Eleqant”, “24 saat”, “Aran”, “Real”, “Soltan”, “Elvin” və “Şirvan” marketlər
Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər
Zaqatalada qəhvəyi mərmər bağacığı ilə bağlı Regional Əlaqələndirmə Mərkəzinin iclası keçirilib
Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması və zərərvericiyə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi istiqamətində kompleks tədbirlər davam etdirilir. Bu çərçivədə payız-qış mövsümündə həyata keçirilən fitosanitar monitorinqlərin nəticələrinin qiymətləndirilməsi, mövcud vəziyyətin və qarşıda duran vəzifələrin müzakirəsi məqsədilə Mərkəzi və Yerli icra orqanlarının iştirakı ilə Zaqatala rayonunda Regional Əlaqələndirmə Mərkəzinin növbəti iclası keçirilib. Regional Əlaqələndirmə Mərkəzinin rəhbəri, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Əli Nəbiyevin iştirakı ilə keçirilən toplantıda qəhvəyi mərmər bağacığının mövcud yayılma vəziyyəti, aparılmış fitosanitar monitorinqlərin nəticələri, zərərvericinin aşkar edildiyi ərazilər və mövcud yayılma ocaqlarında həyata keçirilən mübarizə tədbirlərinin effektivliyi müzakirə olunub. Bildirilib ki, havaların soyuması ilə əlaqədar zərərvericinin qışlama yerlərinin müəyyənləşdirilməsi məqsədilə monitorinqlər intensivləşdirilib, potensial riskli ərazilər nəzarətdə saxlanılır. Qeyd olunub ki, payız-qış mövsümündə qəhvəyi mərmər bağacığı qışlamaq məqsədilə yaşayış evlərinə, anbarlara, təsərrüfat tikililərinə və digər qapalı məkanlara sığınır. Bu dövrdə zərərvericinin kütləvi toplandığı yerlərin vaxtında aşkar edilməsi və mexaniki üsullarla məhv olunması onun populyasiyasının azaldılmasına xidmər edir. Eyni zamanda, zərərvericiyə qarşı mübarizədə əhalinin fəal iştirakının təmin edilməsi və maarifləndirmə tədbirlərinin genişləndirilməsinin vacibliyi diqqətə çatdırılıb. İclasda, həmçinin qəhvəyi mərmər bağacığının transsərhəd yayılma riskləri, aidiyyəti dövlət qurumları arasında məlumat mübadiləsinin gücləndirilməsi və birgə monitorinqlərin təşkili məsələlərinə toxunulub. Yekunda qışlama dövründə zərərvericiyə qarşı mexaniki mübarizə tədbirlərinin prioritet istiqamət kimi həyata keçirilməsi, monitorinqlərin intensivləşdirilməsi, əhalinin mübarizə tədbirlərinə fəal cəlb olunması və aidiyyəti qurumlar arasında fəaliyyətin əlaqələndirilməsinin gücləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib. Daha sonra fermer təsərrüfatlarına baxış keçirilib.
İstifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazilərdə aparılan işlərlə bağlı mediatur keçirilib
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təşkilatçılığı ilə istifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazilərin təmizlənməsi işləri ilə bağlı media nümayəndələri üçün mediatur keçirilib. Mediatur çərçivəsində jurnalistlər Hacıqabul rayonunun Muğan qəsəbəsində aparılan təmizləmə işləri ilə tanış olublar. Bildirilib ki, hazırda pestisid qalıqlarının və həmin maddələrlə çirklənmiş torpaqların təhlükəsizlik tələblərinə uyğun qablaşdırılması həyata keçirilir. Növbəti mərhələdə qablaşdırılmış qalıqların “Cəngi pestisid poliqonu”na daşınaraq xüsusi bunkerlərdə yerləşdirilməsi nəzərdə tutulur. Tədbirlərin əsas məqsədi ətraf mühitin və insan sağlamlığının qorunması, çirklənmə mənbələrinin yarada biləcəyi risklərin azaldılmasıdır.
İstifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazilərin təmizlənməsi davam edir
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən istifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin, eləcə də həmin maddələrlə çirklənmiş torpaqların təhlükəsiz şəkildə ərazilərdən çıxarılması istiqamətində tədbirlər davam etdirilir. Bu çərçivədə Hacıqabul rayonunun Muğan qəsəbəsi, Saatlı rayonunun Sarıcalar kəndi və Sabirabad rayonunun Qaratəpə kəndində istifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazinin təmizlənməsi üzrə işlərə başlanılıb. Ərazinin mövcud vəziyyətinin qiymətləndirilməsi başa çatdırılıb, hazırda isə pestisid qalıqlarının və həmin maddələrlə çirklənmiş torpaqların qablaşdırılması üzrə işlər aparılır. Növbəti mərhələdə isə qablaşdırılmış pestisid qalıqlarının və çirklənmiş torpaqların müvafiq təhlükəsizlik tələblərinə uyğun xüsusi nəqliyyat vasitələri ilə “Cəngi pestisid poliqonu”na daşınması və müəyyən edilmiş qaydada yerləşdirilməsi nəzərdə tutulur. Tədbirlər AQTA tərəfindən cəlb edilmiş müvafiq lisenziyaya malik ixtisaslaşmış şirkət tərəfindən aidiyyəti dövlət qurumları ilə əlaqələndirilmiş şəkildə həyata keçirilir. Yaxın günlərdə Salyan, Biləsuvar və Cəlilabad rayonlarının 8 məntəqəsi üzrə keçmiş “Kənd kimya” birliklərinin ərazisində də analoji tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Qeyd edək ki, əvvəlki illərdə həyata keçirilmiş tədbirlər nəticəsində Ağstafa, Beyləqan, İmişli, Samux və Füzuli rayonlarından ümumilikdə 2000 tondan artıq istifadəyə yararsız pestisid və həmin maddələrlə çirklənmiş torpaq təhlükəsizlik tələblərinə uyğun qablaşdırılaraq “Cəngi pestisid poliqonu”na daşınıb və xüsusi bunkerlərdə yerləşdirilib. Görülən işlərin əsas məqsədi uzun illər ərzində formalaşmış çirklənmə mənbələrinin ətraf mühitə və insan sağlamlığına yaratdığı risklərin azaldılması, ekoloji təhlükəsizliyin təmin edilməsi və dayanıqlı kənd təsərrüfatının inkişafına töhfə verilməsidir.
Giriş