AQTA əməkdaşları daha 154 ictimai iaşə və ərzaq satışı müəssisəsində reyd keçirib
11 İyul 2020 14:05
Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər davam etdirilir.
Belə ki, AQTA əməkdaşları tərəfindən 10 iyul 2020-ci il tarixində Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 41 ictimai iaşə obyekti, 113 ərzaq satışı mağazası olmaqla ümumilikdə 154 müəssisədə reyd keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.
Reyd keçirilən obyektlərdən 73-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır.
Bakı şəhəri üzrə:
“Neskafe”, “Aqil”, “Diamond 1”, “Çinar” və “Günay” marketlər, Quliyev Eldar Əliağa oğluna, Qurbanov Mehran Hacı oğluna, Qədirov Qədir Möhlət oğluna, Əliyeva Səbinə Sabir qızına, Əliyev Osman Cəlal oğluna, Piriyeva Kifayət Bəxtiyar qızına, Seyidov Rəşad Rövşən oğluna, Namazov Bəhruz Kamal oğluna məxsus ərzaq mağazaları
Digər şəhər və rayonlar üzrə:
Abşeron rayonunda “Fərid”, “Yol”, “Efes” marketlər
Sumqayıt şəhərində “Gündüz”, “Mikayıl” və Rəcəbli Ayət Nazim oğluna məxsus ərzaq mağazaları
Xaçmaz rayonunda Həbibova Gülnarə Hacıbaba qızına məxsus “Mərkəzi bazar”ı (fəaliyyəti məhdudlaşdırılıb)
Quba rayonunda Süleymanov Rasif Aydın oğluna və Məmmədova Gülnarə Qədir qızına məxsus marketlər
Göyçay rayonunda Qəhrəmanov Ələkbər Rizvan oğluna, Babayev Pərviz Çingiz oğluna, İbrahimov Kamal İmran oğluna, Dəmirov Ramin Hacıbaba oğluna, Dəmirov Toğrul Hacı oğluna məxsus ərzaq mağazaları və “Oba” market
Ağsu rayonunda Orucov Sadiq Vahid oğluna məxsus restoran, Salmanlı Sahil Binas oğluna məxsus dönərxana, Şıxıyev Fərhad Sabir oğluna məxsus kafe, Qarayev Cəlal Aslan oğluna, Mustafayev Vasif Qəhrəman oğluna və İmanov Kamran Qürbət oğluna məxsus kafelər (son 3 kafenin fəaliyyəti məhdudlaşdırılmışdır)
İsmayıllı rayonunda Hüseynov Ağaələkbər Abdulla oğluna məxsus ət satışı mağazası və Mustafayev Həqiqət Xalı qızına məxsus “Mustafa” market
Tərtər rayonu, Dörd Yol qəsəbəsində Əliyev Şəhriyar Zaman oğluna məxsus dönərxana, Abbaszadə Qardaşxan Əkbər oğluna, Məhərrəmov Coşqun Qorxmaz oğluna, Abışov Pünhan Zülfü oğluna, Məmmədov Pərvin Aydın oğluna, Əliyev Rəşad Bəhmən oğluna, Quliyeva Pərvanə Bakir qızına və Məmmədov Cavid Vilayət oğluna məxsus ərzaq mağazaları
Balakən rayonunda Muradov Tamazi Novruz oğluna məxsus market, Xudayev Həsən Osman oğluna məxsus kafe
Qəbələ rayonunda Kərimov Mənsur Eldar oğluna və Kazımov Nizami Mövsüm oğluna məxsus ərzaq mağazaları
Oğuz rayonunda İbrahimov Gündüz Bəhram oğluna məxsus ərzaq mağazası
Göygöl rayonunda “Sevimli”, “Miramal”, “Leyla”, “Kirvə” marketlər, Hüseynova Səidə Telman qızına, Məmmədov Elnur Malik oğluna, Xuduyev Rasim Qəhrəman oğluna,Qocayev Arzuman Bəndalı oğluna və Ələkbərov Abil İdris oğluna məxsus ərzaq mağazaları
Qazax rayonunda “Xanlıqlar”, “Yelkən”, “Dostlar”, “Ağbulaq” kafelər, Cəfərov Məhəmməd Telman oğluna məxsus “R.T” ərzaq mağazası
Tovuz rayonunda “Araz” kafe
Ağstafa rayonunda “İpək yolu” kafe
Zərdab rayonunda “Novruz”, “3 qardaş”, “Dayanacaq”, “Beko”, “Zərdab”, “Taxtalı”, “Dalğalı” kafelər, Məmmədov Müşfiq Məhəmməd oğluna məxsus kafe
Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər
Zaqatalada qəhvəyi mərmər bağacığı ilə bağlı Regional Əlaqələndirmə Mərkəzinin iclası keçirilib
Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması və zərərvericiyə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi istiqamətində kompleks tədbirlər davam etdirilir. Bu çərçivədə payız-qış mövsümündə həyata keçirilən fitosanitar monitorinqlərin nəticələrinin qiymətləndirilməsi, mövcud vəziyyətin və qarşıda duran vəzifələrin müzakirəsi məqsədilə Mərkəzi və Yerli icra orqanlarının iştirakı ilə Zaqatala rayonunda Regional Əlaqələndirmə Mərkəzinin növbəti iclası keçirilib. Regional Əlaqələndirmə Mərkəzinin rəhbəri, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Əli Nəbiyevin iştirakı ilə keçirilən toplantıda qəhvəyi mərmər bağacığının mövcud yayılma vəziyyəti, aparılmış fitosanitar monitorinqlərin nəticələri, zərərvericinin aşkar edildiyi ərazilər və mövcud yayılma ocaqlarında həyata keçirilən mübarizə tədbirlərinin effektivliyi müzakirə olunub. Bildirilib ki, havaların soyuması ilə əlaqədar zərərvericinin qışlama yerlərinin müəyyənləşdirilməsi məqsədilə monitorinqlər intensivləşdirilib, potensial riskli ərazilər nəzarətdə saxlanılır. Qeyd olunub ki, payız-qış mövsümündə qəhvəyi mərmər bağacığı qışlamaq məqsədilə yaşayış evlərinə, anbarlara, təsərrüfat tikililərinə və digər qapalı məkanlara sığınır. Bu dövrdə zərərvericinin kütləvi toplandığı yerlərin vaxtında aşkar edilməsi və mexaniki üsullarla məhv olunması onun populyasiyasının azaldılmasına xidmər edir. Eyni zamanda, zərərvericiyə qarşı mübarizədə əhalinin fəal iştirakının təmin edilməsi və maarifləndirmə tədbirlərinin genişləndirilməsinin vacibliyi diqqətə çatdırılıb. İclasda, həmçinin qəhvəyi mərmər bağacığının transsərhəd yayılma riskləri, aidiyyəti dövlət qurumları arasında məlumat mübadiləsinin gücləndirilməsi və birgə monitorinqlərin təşkili məsələlərinə toxunulub. Yekunda qışlama dövründə zərərvericiyə qarşı mexaniki mübarizə tədbirlərinin prioritet istiqamət kimi həyata keçirilməsi, monitorinqlərin intensivləşdirilməsi, əhalinin mübarizə tədbirlərinə fəal cəlb olunması və aidiyyəti qurumlar arasında fəaliyyətin əlaqələndirilməsinin gücləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib. Daha sonra fermer təsərrüfatlarına baxış keçirilib.
İstifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazilərdə aparılan işlərlə bağlı mediatur keçirilib
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təşkilatçılığı ilə istifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazilərin təmizlənməsi işləri ilə bağlı media nümayəndələri üçün mediatur keçirilib. Mediatur çərçivəsində jurnalistlər Hacıqabul rayonunun Muğan qəsəbəsində aparılan təmizləmə işləri ilə tanış olublar. Bildirilib ki, hazırda pestisid qalıqlarının və həmin maddələrlə çirklənmiş torpaqların təhlükəsizlik tələblərinə uyğun qablaşdırılması həyata keçirilir. Növbəti mərhələdə qablaşdırılmış qalıqların “Cəngi pestisid poliqonu”na daşınaraq xüsusi bunkerlərdə yerləşdirilməsi nəzərdə tutulur. Tədbirlərin əsas məqsədi ətraf mühitin və insan sağlamlığının qorunması, çirklənmə mənbələrinin yarada biləcəyi risklərin azaldılmasıdır.
İstifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazilərin təmizlənməsi davam edir
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən istifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin, eləcə də həmin maddələrlə çirklənmiş torpaqların təhlükəsiz şəkildə ərazilərdən çıxarılması istiqamətində tədbirlər davam etdirilir. Bu çərçivədə Hacıqabul rayonunun Muğan qəsəbəsi, Saatlı rayonunun Sarıcalar kəndi və Sabirabad rayonunun Qaratəpə kəndində istifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazinin təmizlənməsi üzrə işlərə başlanılıb. Ərazinin mövcud vəziyyətinin qiymətləndirilməsi başa çatdırılıb, hazırda isə pestisid qalıqlarının və həmin maddələrlə çirklənmiş torpaqların qablaşdırılması üzrə işlər aparılır. Növbəti mərhələdə isə qablaşdırılmış pestisid qalıqlarının və çirklənmiş torpaqların müvafiq təhlükəsizlik tələblərinə uyğun xüsusi nəqliyyat vasitələri ilə “Cəngi pestisid poliqonu”na daşınması və müəyyən edilmiş qaydada yerləşdirilməsi nəzərdə tutulur. Tədbirlər AQTA tərəfindən cəlb edilmiş müvafiq lisenziyaya malik ixtisaslaşmış şirkət tərəfindən aidiyyəti dövlət qurumları ilə əlaqələndirilmiş şəkildə həyata keçirilir. Yaxın günlərdə Salyan, Biləsuvar və Cəlilabad rayonlarının 8 məntəqəsi üzrə keçmiş “Kənd kimya” birliklərinin ərazisində də analoji tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Qeyd edək ki, əvvəlki illərdə həyata keçirilmiş tədbirlər nəticəsində Ağstafa, Beyləqan, İmişli, Samux və Füzuli rayonlarından ümumilikdə 2000 tondan artıq istifadəyə yararsız pestisid və həmin maddələrlə çirklənmiş torpaq təhlükəsizlik tələblərinə uyğun qablaşdırılaraq “Cəngi pestisid poliqonu”na daşınıb və xüsusi bunkerlərdə yerləşdirilib. Görülən işlərin əsas məqsədi uzun illər ərzində formalaşmış çirklənmə mənbələrinin ətraf mühitə və insan sağlamlığına yaratdığı risklərin azaldılması, ekoloji təhlükəsizliyin təmin edilməsi və dayanıqlı kənd təsərrüfatının inkişafına töhfə verilməsidir.
Giriş