AQTA əməkdaşları daha 217 ictimai iaşə və ərzaq satışı müəssisəsində reyd keçirib
15 İyul 2020 15:25
Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər davam etdirilir.
Belə ki, AQTA əməkdaşları tərəfindən 14 iyul 2020-ci il tarixində Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 39 ictimai iaşə obyekti, 178 ərzaq satışı mağazası olmaqla ümumilikdə 217 müəssisədə reyd keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.
Reyd keçirilən obyektlərdən 94-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır.
Bakı şəhəri üzrə:
“Spar” (Sabunçu rayonu), “Nəzrin”, “Mircivan”, “025”, “Dörd yol”, “Sərfəli” marketlər, Namazova Limuzər Hacı qızına, Əkbərov Nazim Əkbər oğluna, Abuzərov Şamo Məmmədağa oğluna, Bayramov Əhməd Tofiq oğluna, Əliyev Nizami Surxay oğluna, Vəliyev Elnur Arif oğluna, Zeynalov Xəqani Rafiq oğluna və Əliyev Sahib Xanməmməd oğluna məxsus ərzaq mağazaları
Digər şəhər və rayonlar üzrə:
Abşeron rayonu, Novxanı kəndində “Araz supermarket” və “AS Araz” marketlər
Qusar rayonunda Süleymanov Süleyman Rahib oğluna məxsus market, Əlimətov Əlimət Ağabala oğluna məxsus kafe, “Edelveys” restoranı
Quba rayonunda Məmmədov Çingiz Cəlal oğluna, Ağaverdiyev Ceyhun Cavid oğluna, Hacıyev Anar Məmmədpaşa oğluna məxsus kafelər, Paşayev Sərxan Bayramqulu oğluna məxsus market
Şabran rayonunda Məhərrəmov Ruslan Əlövsət oğluna, İsmayılov Emin Sədrəddin oğluna məxsus marketlər, İsmayılov Sədrəddin İsmayıl oğluna məxsus dönərxana (fəaliyyəti məhdudlaşdırılmışdır), “Ləzzət” dönər evi, “Sahil”, “Bulaq” və “Qala” restoranları
İsmayıllı rayonunda “Səma”, “Narnia”, “Cənnət bulağı” restoranları, “Relax” kafe və Abdullayev Ağarəhim Ağadadaş oğluna məxsus yeməkxana
Şamaxı rayonunda Mustafayev Elşən Gülpaşa oğluna, Dəmirov Cəllad Cəlil oğluna, Fətəliyev Xəqani Gülbəsər oğluna, İmanov Əli Xosrov oğluna, Manafov Ağasəfər Ağacəfər oğluna və Abdulrahmanov Alxas Mirbaba oğluna məxsus yeməkxanalar, “Ata yurdu”, “Vasif”, “Valeh məkan”, “Rövşən”, “Retro” və “555” kafelər, Xəlilov Salman Əliəvəz oğluna məxsus kafe, “Zəm zəm” restoranı
Hacıqabul rayonunda Rəhimov Şikar Ağali oğluna, Rəhimov Mübariz Musa oğluna və İsmayılov Arif İsmayıl oğluna məxsus ərzaq mağazaları, Səlimov Sabir Tofiq oğluna və Rüstəmov Mikayıl İsmayıl oğluna məxsus kafelər
Şirvan şəhərində Əhmədov Şahin İrəvan oğluna məxsus kafe
Sabirabad rayonunda Məmmədov Vidadi Razi oğluna və Nəcəfov Aqil Qəhrəman oğluna məxsus kafelər
Saatlı rayonunda Əşrəfov Uğur Rasim oğluna məxsus kafe və Osmanov Nadir Vəzir oğluna məxsus ərzaq mağazası
Ağdam rayonunda “Murad”, “Dostluq”, “Qarabağ”, “Quzanlı”, “Çinarlı”, “Ay işığı” kafeləri, Hüseynov Ədalət Soltan oğluna məxsus kafe
Yevlax rayonunda “Çinar” və “Şəhriyar” kafeləri
Balakən rayonunda “Xalanın kafesi”
Oğuz rayonunda Rzayev Zaur Fikrət oğluna və Nəbiyev Cavid Əliyusif oğluna məxsus ərzaq mağazaları
Zaqatala rayonunda Cərciyev Aydın Allah oğluna məxsus kafe
Astara rayonunda Rəhimova Ülfət Rüfət qızına məxsus “Halal” market və Hüseynov Adil Malik oğluna məxsus market
Gəncə şəhərində Verdiyev Polad Əli oğluna, Rəsulov Əli Səfər oğluna, Heydərov Eşqin Hüseyn oğluna, Cəfərov Arif Rabiq oğluna, Əliyev Etibar Abbas oğluna, Əsgərov Məmməd Cəmil oğluna, Ələkbərov Rövşən Nəsib oğluna, Yusifli Razim Ziyəddin oğluna məxsus ərzaq mağazaları, “Panda”, “Yeni market”, “Şan” və “Uğur” marketlər
Şəmkir rayonunda “Balıq evi” kafesi, “Üç qardaş” ərzaq mağazası
Ağstafa rayonunda “Əriklik”, “Nəsiboğlu”, “Dostlar” kafeləri
Tovuz rayonunda Səmədov Elgün Sovet oğluna məxsus kafe
Zərdab rayonunda Əhmədov Vüqar Mirağa oğluna və Sadıqova Gülgəz Yaqut qızına məxsus ərzaq mağazaları
Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər
Zaqatalada qəhvəyi mərmər bağacığı ilə bağlı Regional Əlaqələndirmə Mərkəzinin iclası keçirilib
Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması və zərərvericiyə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi istiqamətində kompleks tədbirlər davam etdirilir. Bu çərçivədə payız-qış mövsümündə həyata keçirilən fitosanitar monitorinqlərin nəticələrinin qiymətləndirilməsi, mövcud vəziyyətin və qarşıda duran vəzifələrin müzakirəsi məqsədilə Mərkəzi və Yerli icra orqanlarının iştirakı ilə Zaqatala rayonunda Regional Əlaqələndirmə Mərkəzinin növbəti iclası keçirilib. Regional Əlaqələndirmə Mərkəzinin rəhbəri, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Əli Nəbiyevin iştirakı ilə keçirilən toplantıda qəhvəyi mərmər bağacığının mövcud yayılma vəziyyəti, aparılmış fitosanitar monitorinqlərin nəticələri, zərərvericinin aşkar edildiyi ərazilər və mövcud yayılma ocaqlarında həyata keçirilən mübarizə tədbirlərinin effektivliyi müzakirə olunub. Bildirilib ki, havaların soyuması ilə əlaqədar zərərvericinin qışlama yerlərinin müəyyənləşdirilməsi məqsədilə monitorinqlər intensivləşdirilib, potensial riskli ərazilər nəzarətdə saxlanılır. Qeyd olunub ki, payız-qış mövsümündə qəhvəyi mərmər bağacığı qışlamaq məqsədilə yaşayış evlərinə, anbarlara, təsərrüfat tikililərinə və digər qapalı məkanlara sığınır. Bu dövrdə zərərvericinin kütləvi toplandığı yerlərin vaxtında aşkar edilməsi və mexaniki üsullarla məhv olunması onun populyasiyasının azaldılmasına xidmər edir. Eyni zamanda, zərərvericiyə qarşı mübarizədə əhalinin fəal iştirakının təmin edilməsi və maarifləndirmə tədbirlərinin genişləndirilməsinin vacibliyi diqqətə çatdırılıb. İclasda, həmçinin qəhvəyi mərmər bağacığının transsərhəd yayılma riskləri, aidiyyəti dövlət qurumları arasında məlumat mübadiləsinin gücləndirilməsi və birgə monitorinqlərin təşkili məsələlərinə toxunulub. Yekunda qışlama dövründə zərərvericiyə qarşı mexaniki mübarizə tədbirlərinin prioritet istiqamət kimi həyata keçirilməsi, monitorinqlərin intensivləşdirilməsi, əhalinin mübarizə tədbirlərinə fəal cəlb olunması və aidiyyəti qurumlar arasında fəaliyyətin əlaqələndirilməsinin gücləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib. Daha sonra fermer təsərrüfatlarına baxış keçirilib.
İstifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazilərdə aparılan işlərlə bağlı mediatur keçirilib
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təşkilatçılığı ilə istifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazilərin təmizlənməsi işləri ilə bağlı media nümayəndələri üçün mediatur keçirilib. Mediatur çərçivəsində jurnalistlər Hacıqabul rayonunun Muğan qəsəbəsində aparılan təmizləmə işləri ilə tanış olublar. Bildirilib ki, hazırda pestisid qalıqlarının və həmin maddələrlə çirklənmiş torpaqların təhlükəsizlik tələblərinə uyğun qablaşdırılması həyata keçirilir. Növbəti mərhələdə qablaşdırılmış qalıqların “Cəngi pestisid poliqonu”na daşınaraq xüsusi bunkerlərdə yerləşdirilməsi nəzərdə tutulur. Tədbirlərin əsas məqsədi ətraf mühitin və insan sağlamlığının qorunması, çirklənmə mənbələrinin yarada biləcəyi risklərin azaldılmasıdır.
İstifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazilərin təmizlənməsi davam edir
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən istifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin, eləcə də həmin maddələrlə çirklənmiş torpaqların təhlükəsiz şəkildə ərazilərdən çıxarılması istiqamətində tədbirlər davam etdirilir. Bu çərçivədə Hacıqabul rayonunun Muğan qəsəbəsi, Saatlı rayonunun Sarıcalar kəndi və Sabirabad rayonunun Qaratəpə kəndində istifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazinin təmizlənməsi üzrə işlərə başlanılıb. Ərazinin mövcud vəziyyətinin qiymətləndirilməsi başa çatdırılıb, hazırda isə pestisid qalıqlarının və həmin maddələrlə çirklənmiş torpaqların qablaşdırılması üzrə işlər aparılır. Növbəti mərhələdə isə qablaşdırılmış pestisid qalıqlarının və çirklənmiş torpaqların müvafiq təhlükəsizlik tələblərinə uyğun xüsusi nəqliyyat vasitələri ilə “Cəngi pestisid poliqonu”na daşınması və müəyyən edilmiş qaydada yerləşdirilməsi nəzərdə tutulur. Tədbirlər AQTA tərəfindən cəlb edilmiş müvafiq lisenziyaya malik ixtisaslaşmış şirkət tərəfindən aidiyyəti dövlət qurumları ilə əlaqələndirilmiş şəkildə həyata keçirilir. Yaxın günlərdə Salyan, Biləsuvar və Cəlilabad rayonlarının 8 məntəqəsi üzrə keçmiş “Kənd kimya” birliklərinin ərazisində də analoji tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Qeyd edək ki, əvvəlki illərdə həyata keçirilmiş tədbirlər nəticəsində Ağstafa, Beyləqan, İmişli, Samux və Füzuli rayonlarından ümumilikdə 2000 tondan artıq istifadəyə yararsız pestisid və həmin maddələrlə çirklənmiş torpaq təhlükəsizlik tələblərinə uyğun qablaşdırılaraq “Cəngi pestisid poliqonu”na daşınıb və xüsusi bunkerlərdə yerləşdirilib. Görülən işlərin əsas məqsədi uzun illər ərzində formalaşmış çirklənmə mənbələrinin ətraf mühitə və insan sağlamlığına yaratdığı risklərin azaldılması, ekoloji təhlükəsizliyin təmin edilməsi və dayanıqlı kənd təsərrüfatının inkişafına töhfə verilməsidir.
Giriş