AQTA əməkdaşları daha 223 ictimai iaşə və ərzaq satışı müəssisəsində reyd keçirib
16 İyul 2020 16:45
Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər davam etdirilir.
15 iyul 2020-ci il tarixində AQTA əməkdaşları tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 35 ictimai iaşə obyekti, 188 ərzaq satışı mağazası olmaqla ümumilikdə 223 müəssisədə reyd keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.
Reyd keçirilən obyektlərdən 91-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır.
Bakı şəhəri üzrə:
“Ağca”, “Qardaşlar”, “Xalid”, “Mars”, “Dilbazi”, “Qız Qalası” marketlər, Əliyeva Pərvanə Tofiq qızına, Xəlilova Svetlana Heydər qızına, Həsənov Eldar Səlim oğluna, Paşayeva Sədaqət Balakişi qızına, Piriyev Kifayət Bəxtiyar qızına, Salayev Adil Eldar oğluna və Nuriyev İsmət Nurməmməd oğluna məxsus ərzaq mağazaları
Digər şəhər və rayonlar üzrə:
Abşeron rayonunda İbrahimov Eldəniz Kamil oğluna və Kərimov Zamin Şəmil oğluna məxsus ət satışı mağazaları
Sumqayıt şəhərində Həsənov Zamin Hüsü oğluna məxsus ət satışı mağazası
Quba rayonunda Kərimov Anar Rasim oğluna, Talıbov Ceyhun Eldar oğluna məxsus kafelər, Müslümov Nəriman Müslüm oğluna, Hüseynov Tofiq Şakir oğluna, Bağırov Müşfiq Əsgər oğluna məxsus marketlər
Şabran rayonunda Şahbazov Mariya Vasilovna qızına məxsus kafe, “Sahil”, “Dağlı”, “Çıraqqala”, “Gilavar”, “Bəy”, “Delfin” restoranları, “Nazir” dönər evi
Xaçmaz rayonunda Məmmədov Səxavət Ağayar oğluna məxsus ət satışı mağazası
Kürdəmir rayonunda “Gözəl məkan”, “Laçın”, “Orxan”, “Çinar”, “Ekvador”, “Elsəvər”, “İdeya” kafelər
Şamaxı rayonunda “Şirvan”, “Şam”, “Şirvansaray”, “Xarı bülbül”, “Dədə Qorqud”, “Qoşa bulaq” restoranları, Həsənov Xalid Mirdamət oğluna, Nuralıyev Səməd Ramiz oğluna məxsus kafelər və Feyzullayev Tofiq Feyzulla oğluna məxsus yeməkxana
Hacıqabul rayonunda Zeynalov Mübariz Sədiyar oğluna, Qəhrəmanov Məhərrəm Məmmədi oğluna məxsus kafelər, Bayramov Eldəniz Şirin oğluna məxsus ərzaq mağazası
Şirvan şəhərində Babayev Xanqulu Hüseynqulu oğluna məxsus kafe
Sabirabad rayonunda Əzizov Əlioğlan Güloğlan oğluna, Şıxəliyev Sahil Əliabbas oğluna məxsus kafelər
Saatlı rayonunda Əhmədov Anar Həsən oğluna, Cavadov Röyal İbad oğluna məxsus ərzaq mağazası, Salayev Həsrət Hacırza oğluna məxsus kafe
Ağdaş rayonunda “Murad”, “Yenicə”, “Bərəkət” marketlər, Həsənov Əsgər Həsən oğluna, İbrahimov Elxan Əziz oğluna, Allahverdiyev Nurlan Sadıq oğluna və Ağakişiyev İsmayıl İmdat oğluna məxsus ərzaq mağazaları
Masallı rayonu, Ərkivan qəsəbəsində Xalıqzadə Cövdət Eldar oğluna məxsus ət satışı mağazası
Cəlilabad rayonunda Cəfərova Səidə Ədalət qızına məxsus ərzaq mağazası
Zaqatala rayonunda İbrahimova Süsən Fəxrəddin qızına və Mustafayeva Sevinc Musa qızına məxsus ərzaq mağazaları, Gəncəyev Hacı Ömər oğluna məxsus kafe
Qax rayonunda Əliyev Fəqan Fərrux oğluna, İsmayılov Ruslan Yaşar oğluna məxsus marketlər
Qəbələ rayonunda “Yeni Qəbələ”, “Axar su”, “Maral bulaq” restoranları
Oğuz rayonunda Şabanov Azər Bayraməli oğluna məxsus ərzaq mağazası
Gəncə şəhərində “Qoşa çinar”, “Sakit” marketlər, Qasımova Zülfiyyə Gürzalı qızına və Şıxəliyeva Nigar Şıxəli qızına məxsus ərzaq mağazaları
Naftalan şəhərində “Naftalan sağlamlıq mərkəzi”, “Şəfa sağlamlıq mərkəzi”, “Möcüzəvi Naftalan” müəssisələri, Finuni Bəhruz Bəhman oğluna və İbrahimov Aqşin Sabir oğluna məxsus müəssisələr
Şəmkir rayonunda “Elçin”, “Uğur”, “Tural”, “Şamlıq” kafelər, Rzayev Ceyhun Ramiz oğluna, Quliyev Vüsal Mayıl oğluna məxsus ət satışı mağazaları
Tovuz rayonunda “Ocaq” və “Kənan” kafelər
Qazax rayonunda Qurbanov İsrail Hacan oğluna məxsus ət satışı mağazası
Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər
Zaqatalada qəhvəyi mərmər bağacığı ilə bağlı Regional Əlaqələndirmə Mərkəzinin iclası keçirilib
Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması və zərərvericiyə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi istiqamətində kompleks tədbirlər davam etdirilir. Bu çərçivədə payız-qış mövsümündə həyata keçirilən fitosanitar monitorinqlərin nəticələrinin qiymətləndirilməsi, mövcud vəziyyətin və qarşıda duran vəzifələrin müzakirəsi məqsədilə Mərkəzi və Yerli icra orqanlarının iştirakı ilə Zaqatala rayonunda Regional Əlaqələndirmə Mərkəzinin növbəti iclası keçirilib. Regional Əlaqələndirmə Mərkəzinin rəhbəri, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Əli Nəbiyevin iştirakı ilə keçirilən toplantıda qəhvəyi mərmər bağacığının mövcud yayılma vəziyyəti, aparılmış fitosanitar monitorinqlərin nəticələri, zərərvericinin aşkar edildiyi ərazilər və mövcud yayılma ocaqlarında həyata keçirilən mübarizə tədbirlərinin effektivliyi müzakirə olunub. Bildirilib ki, havaların soyuması ilə əlaqədar zərərvericinin qışlama yerlərinin müəyyənləşdirilməsi məqsədilə monitorinqlər intensivləşdirilib, potensial riskli ərazilər nəzarətdə saxlanılır. Qeyd olunub ki, payız-qış mövsümündə qəhvəyi mərmər bağacığı qışlamaq məqsədilə yaşayış evlərinə, anbarlara, təsərrüfat tikililərinə və digər qapalı məkanlara sığınır. Bu dövrdə zərərvericinin kütləvi toplandığı yerlərin vaxtında aşkar edilməsi və mexaniki üsullarla məhv olunması onun populyasiyasının azaldılmasına xidmər edir. Eyni zamanda, zərərvericiyə qarşı mübarizədə əhalinin fəal iştirakının təmin edilməsi və maarifləndirmə tədbirlərinin genişləndirilməsinin vacibliyi diqqətə çatdırılıb. İclasda, həmçinin qəhvəyi mərmər bağacığının transsərhəd yayılma riskləri, aidiyyəti dövlət qurumları arasında məlumat mübadiləsinin gücləndirilməsi və birgə monitorinqlərin təşkili məsələlərinə toxunulub. Yekunda qışlama dövründə zərərvericiyə qarşı mexaniki mübarizə tədbirlərinin prioritet istiqamət kimi həyata keçirilməsi, monitorinqlərin intensivləşdirilməsi, əhalinin mübarizə tədbirlərinə fəal cəlb olunması və aidiyyəti qurumlar arasında fəaliyyətin əlaqələndirilməsinin gücləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib. Daha sonra fermer təsərrüfatlarına baxış keçirilib.
İstifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazilərdə aparılan işlərlə bağlı mediatur keçirilib
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təşkilatçılığı ilə istifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazilərin təmizlənməsi işləri ilə bağlı media nümayəndələri üçün mediatur keçirilib. Mediatur çərçivəsində jurnalistlər Hacıqabul rayonunun Muğan qəsəbəsində aparılan təmizləmə işləri ilə tanış olublar. Bildirilib ki, hazırda pestisid qalıqlarının və həmin maddələrlə çirklənmiş torpaqların təhlükəsizlik tələblərinə uyğun qablaşdırılması həyata keçirilir. Növbəti mərhələdə qablaşdırılmış qalıqların “Cəngi pestisid poliqonu”na daşınaraq xüsusi bunkerlərdə yerləşdirilməsi nəzərdə tutulur. Tədbirlərin əsas məqsədi ətraf mühitin və insan sağlamlığının qorunması, çirklənmə mənbələrinin yarada biləcəyi risklərin azaldılmasıdır.
İstifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazilərin təmizlənməsi davam edir
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən istifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin, eləcə də həmin maddələrlə çirklənmiş torpaqların təhlükəsiz şəkildə ərazilərdən çıxarılması istiqamətində tədbirlər davam etdirilir. Bu çərçivədə Hacıqabul rayonunun Muğan qəsəbəsi, Saatlı rayonunun Sarıcalar kəndi və Sabirabad rayonunun Qaratəpə kəndində istifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazinin təmizlənməsi üzrə işlərə başlanılıb. Ərazinin mövcud vəziyyətinin qiymətləndirilməsi başa çatdırılıb, hazırda isə pestisid qalıqlarının və həmin maddələrlə çirklənmiş torpaqların qablaşdırılması üzrə işlər aparılır. Növbəti mərhələdə isə qablaşdırılmış pestisid qalıqlarının və çirklənmiş torpaqların müvafiq təhlükəsizlik tələblərinə uyğun xüsusi nəqliyyat vasitələri ilə “Cəngi pestisid poliqonu”na daşınması və müəyyən edilmiş qaydada yerləşdirilməsi nəzərdə tutulur. Tədbirlər AQTA tərəfindən cəlb edilmiş müvafiq lisenziyaya malik ixtisaslaşmış şirkət tərəfindən aidiyyəti dövlət qurumları ilə əlaqələndirilmiş şəkildə həyata keçirilir. Yaxın günlərdə Salyan, Biləsuvar və Cəlilabad rayonlarının 8 məntəqəsi üzrə keçmiş “Kənd kimya” birliklərinin ərazisində də analoji tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Qeyd edək ki, əvvəlki illərdə həyata keçirilmiş tədbirlər nəticəsində Ağstafa, Beyləqan, İmişli, Samux və Füzuli rayonlarından ümumilikdə 2000 tondan artıq istifadəyə yararsız pestisid və həmin maddələrlə çirklənmiş torpaq təhlükəsizlik tələblərinə uyğun qablaşdırılaraq “Cəngi pestisid poliqonu”na daşınıb və xüsusi bunkerlərdə yerləşdirilib. Görülən işlərin əsas məqsədi uzun illər ərzində formalaşmış çirklənmə mənbələrinin ətraf mühitə və insan sağlamlığına yaratdığı risklərin azaldılması, ekoloji təhlükəsizliyin təmin edilməsi və dayanıqlı kənd təsərrüfatının inkişafına töhfə verilməsidir.
Giriş