AQTA əməkdaşları Zaqatalanın kəndlərində zərərvericiyə qarşı mübarizə tədbirləri həyata keçirirlər - VİDEO
24 Noyabr 2025 10:22
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Aparatının və regional bölmələrinin əməkdaşları Zaqatala rayonunun kəndlərində Qəhvəyi mərmər bağacığına qarşı mübarizə və maarifləndirmə tədbirlərini davam etdirirlər.
Agentliyin regional bölmələrindən ezam olunan əməkdaşlar Zaqatala rayonunun Muğanlı və 3-cü Tala kəndlərində genişmiqyaslı monitorinqlər aparıb və əhali ilə birgə mübarizə fəaliyyətləri həyata keçiriblər.
AQTA əməkdaşları sakinlərlə birlikdə 500-dən çox evdə zərərvericinin qışlama üçün gizləndiyi yerlərə, tikililərin üst qatlarına, çardaqlara və tavan hissələrinə baxış keçiriblər. Qışlama mərhələsində olan on minlərlə zərərverici fərd aşkar edilərək mexaniki üsulla məhv edilib.
Sakinlərlə maarifləndirici söhbətlər aparılıb, onlara məlumatlandırıcı bukletlər təqdim edilib. Qeyd olunub ki, Qəhvəyi mərmər bağacığı ilə mübarizədə vətəndaşlar dövlət qurumları ilə həmrəylik nümayiş etdirməli, hər bir ev sahibi öz ərazisində profilaktik və mexaniki mübarizə tədbirlərini ardıcıl şəkildə həyata keçirməli, xüsusilə də zərərvericini qışlama yerlərində vaxtında məhv etməlidir.
Yaşayış sahələrində kimyəvi mübarizə tədbirlərinin aparılması insan sağlamlığı üçün risklər yarada bilər. Buna görə də zərərvericilərin mexaniki üsullarla toplanaraq məhv edilməsi xüsusilə vacibdir.
Vurğulanıb ki, beynəlxalq təcrübədə də Qəhvəyi mərmər bağacığına qarşı mexaniki mübarizə geniş tətbiq olunur. Hazırkı qışlama dövründə mexaniki mübarizə tədbirlərinin həyata keçirilməsi zərərvericinin populyasiyasının azalmasına və növbəti mövsümdə onun yayılmasının qarşısının alınmasına ciddi təsir edə bilər.
Oxşar xəbərlər
Qurban bayramı ilə əlaqədar təhlükəsiz heyvan kəsimi və satışına nəzarət gücləndirilib
27-28 may tarixlərində qeyd olunacaq Qurban bayramı günlərində qurbanlıq heyvanların kəsimi və satışına artan tələbat nəzərə alınaraq, Qida Təhlükəsizliyi Agentliyi aidiyyəti dövlət qurumları ilə birgə əhalinin təhlükəsiz ət və ət məhsulları ilə təmin olunması istiqamətində həyata keçirilən tədbirlərin miqyasını genişləndirib. Qurban bayramı günlərində əvvəlki illərdə olduğu kimi qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri müvafiq dövlət qurumları ilə koordinasiyalı şəkildə əvvəlcədən müəyyən edilmiş ünvanlarda təşkil olunacaq. Satış və kəsim məntəqələrində yalnız baytarlıq nəzarətindən keçmiş heyvanlar vətəndaşlara təqdim ediləcək, heyvanların kəsimi isə baytarlıq-sanitariya tələblərinə cavab verən məntəqələrdə həyata keçiriləcək. Eyni zamanda vətəndaşların tələbatı nəzərə alınaraq bəzi regionlarda AQTA ilə razılaşdırılmaqla yerli icra hakimiyyəti orqanları tərəfindən səyyar heyvan kəsimi çadırları quraşdırılacaq. Həmin məntəqələrdə qurbanlıq heyvanların satışı və kəsimi baytarlıq nəzarəti altında təşkil ediləcək. AQTA vətəndaşları və bu sahədə fəaliyyət göstərən şəxsləri qurban kəsimini dini ayinlərlə yanaşı, qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirməyə çağırır. Baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə, o cümlədən küçə, yol kənarı, məhəllə və digər ictimai ərazilərdə heyvan kəsimi və satışının aparılması, həmçinin baytarlıq şəhadətnaməsi və ya arayışı olmadan iri və xırdabuynuzlu heyvanların daşınması yolverilməzdir. Bayram günlərində vətəndaşlardan sağlamlığı şübhə doğuran heyvanların satışı və ya antisanitar şəraitdə heyvan kəsimi halları ilə rastlaşdıqları təqdirdə hüquq-mühafizə orqanlarına, yerli icra hakimiyyətlərinə və AQTA-nın “1003 – Çağrı Mərkəzi”nə məlumat vermələri xahiş olunur.
WUF13 tədbiri çərçivəsində qida təhlükəsizliyinə nəzarət: "AQTA hara baxır?" - VİDEO
Beynəlxalq tədbirlər zamanı qida təhlükəsizliyinə sistemli nəzarət iştirakçıların sağlamlığının qorunması və etibarlı mühitin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. “AQTA hara baxır?” layihəsinin yeni buraxılışında beynəlxalq tədbirlər zamanı qida təhlükəsizliyinin təmin olunması istiqamətində həyata keçirilən nəzarət tədbirlərindən bəhs olunur. Materialda WUF13 tədbiri zamanı AQTA əməkdaşlarının iş prosesi nümayiş etdirilir. Tədbirin keçirildiyi əsas məkan olan Bakı Olimpiya Stadionu ərazisində aparılan monitorinqlər, qida məhsullarının yoxlanılması və nümunələrin götürülməsi mərhələləri əks olunur. Eyni zamanda AQTİ-nin səyyar laboratoriyalarında aparılan çevik və dəqiq analiz prosesi də izləyicilərə təqdim edilir. Daha ətraflı:
Min bir dərdin dərmanı - Çay!
21 May dünyada çayın həm mədəni, həm də gündəlik həyatımızdakı rolunu xatırladan xüsusi gündür. Çay bu gün milyonlarla insanın gündəlik vərdişinə çevrilmiş ən çox istehlak olunan içkilərdən biridir. Antioksidantlarla zəngin olan qara və yaşıl çay ürək-damar sistemini dəstəkləyə, maddələr mübadiləsinə və diqqətin artmasına müsbət təsir göstərə bilər. Çayın tərkibindəki kofein zehni fəaliyyəti canlandırır, yorğunluğu azaltmağa kömək edir. Daha faydalı istifadə üçün çayın yeməkdən dərhal sonra deyil, müəyyən fasilə ilə içilməsi tövsiyə olunur. Eyni zamanda, istehlak etdiyimiz çayın keyfiyyətli və təhlükəsiz olması da vacibdir. Bu istiqamətdə mütəmadi nəzarət və laborator yoxlamalar vasitəsilə məhsulların standartlara uyğunluğu təmin olunur Keyfiyyətli və düzgün istifadə olunan çay sağlam həyat tərzinin bir hissəsidir.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş