AQTA fitosanitar monitorinqləri davam etdirir
26 Aprel 2024 17:36
![AQTA fitosanitar monitorinqləri davam etdirir](https://afsa.gov.az/resized/resize649/center/pages/8920/3-1.jpg)
![AQTA fitosanitar monitorinqləri davam etdirir](https://afsa.gov.az/resized/resize649/center/pages/8920/1.jpg)
![AQTA fitosanitar monitorinqləri davam etdirir](https://afsa.gov.az/resized/resize649/center/pages/8920/3-1.jpg)
![AQTA fitosanitar monitorinqləri davam etdirir](https://afsa.gov.az/resized/resize649/center/pages/8920/1.jpg)
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi respublika ərazisində karantin tətbiq edilən zərərli orqanizmlərin mövcudluğunu müəyyən etmək, yayılmasının qarşısını almaq və mübarizə tədbirlərinin təşkili məqsədilə fitosanitar monitorinqləri davam etdirir.
Tədbirlər çərçivəsində Agentlik əməkdaşları ixrac potensiallı məhsullar olan badam bağlarında və kartof sahələrində monitorinqlər aparıb.
Monitorinqlər zamanı Ağsu rayonunun Növcü kəndində 30 hektar, İsmayıllı rayonunun Xəlilli kəndində 38 hektar badam bağından, habelə Ağsu rayonunun Qaraqoyunlu kəndində yerləşən kartof sahələrindən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitunun müvafiq sınaq laboratoriyasına təqdim edilib. Bununla yanaşı, yaşıllıq və park sahələrində də monitorinqlər həyata keçirilib.
Monitorinqlər nəticəsində kartofçuluq təsərrüfatlarında karantin tətbiq edilən kartof yumrularında halqavari bakterial çürümə (Clavibacter michiganensis subsp.sepedonicus) və karantin tətbiq edilməyən Fuzarioz çürümə (Fusarium solani) aşkarlanıb.
Kartof yumrularında halqavari bakterial çürümə aşkar edilmiş kartofçuluq təsərrüfatlarında bitki mühafizəsi tədbirlərinin görülməsi barədə qərar qəbul edilib.
Oxşar xəbərlər
![Bioloji aktiv qida məhsullarının idxalı ilə məşğul olan sahibkarlar AQTİ-də olub](https://afsa.gov.az/resized/resize224/center/pages/9365/whatsapp-image-2024-07-26-at-181412-1.jpg)
Bioloji aktiv qida məhsullarının idxalı ilə məşğul olan sahibkarlar AQTİ-də olub
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda bioloji aktiv qida məhsullarının idxalı ilə məşğul olan sahibkarlıq subyektlərinin rəhbərləri və digər məsul şəxslərinin iştirakı ilə görüş keçirilib.
![Quş qripi xəstəliyi ilə bağlı tətbiq olunan bəzi məhdudiyyətlər aradan qaldırılıb](https://afsa.gov.az/resized/resize224/center/pages/9363/woah.jpg)
Quş qripi xəstəliyi ilə bağlı tətbiq olunan bəzi məhdudiyyətlər aradan qaldırılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.
![Tövsiyələrə əməl edək, qidadan zəhərlənməyək!](https://afsa.gov.az/resized/resize224/center/pages/9358/whatsapp-image-2024-07-26-at-120911.jpg)
Tövsiyələrə əməl edək, qidadan zəhərlənməyək!
Qida zəhərlənmələri bütün dünyada tez-tez rast gəlinən bir haldır və isti havalarda, yaz-yay aylarında daha çox təsadüf edilir. Zəhərlənmələrə mikroorqanizmlər, onların toksinləri və ya kimyəvi maddələrlə çirklənmiş qida qəbulu səbəb ola bilər. Son illərin statistik rəqəmlərinə əsasən, qida zəhərlənmələrinin 75 %-i məişət zəminində baş verir. Qida zəhərlənmələrindən qorunmaq üçün evdə qida hazırlayarkən tövsiyə olunan gigiyena qaydalarına əməl etmək lazımdır:
![Bioloji aktiv qida məhsullarının idxalı zamanı riayət edilməsi vacib tələblər](https://img.youtube.com/vi/TUM1wv6QTHY/hqdefault.jpg)