AQTA ilə Türkiyə Respublikasının “Dollvet” şirkətinin nümayəndələri arasında görüş keçirilib
25 Yanvar 2022 17:31
![AQTA ilə Türkiyə Respublikasının “Dollvet” şirkətinin nümayəndələri arasında görüş keçirilib](https://afsa.gov.az/resized/resize649/center/pages/5857/16824846726199.jpg)
![AQTA ilə Türkiyə Respublikasının “Dollvet” şirkətinin nümayəndələri arasında görüş keçirilib](https://afsa.gov.az/resized/resize649/center/pages/5857/16824846726199.jpg)
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Türkiyə Respublikasının “Dollvet” şirkətinin nümayəndələri Bünyamin Aktaş və Azer Alioğlu ilə görüş keçirilib.
Görüşdə heyvan xəstəliklərinə qarşı mübarizə üsulları, heyvanların peyvəndlənməsi və baytarlıq preparatları mövzusunda qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub. Daha sonra respublikanın baş dövlət baytarlıq müfəttişi, AQTA-nın şöbə müdiri Qalib Əbdüləliyev ölkəmizdəki heyvan sağlamlığı və baytarlıq nəzarəti ilə bağlı təqdimatla çıxış edib. Tədbirdə ölkə ərazisində baytarlıq nəzarətinin təmin olunması, mövcud qanunvericiliyin tələbləri və həyata keçirilən layihələrlə bağlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, “Dollvet” şirkəti 2002-ci ildən etibarən heyvan və ətraf mühitin sağlamlığı sahəsində bir çox biotexnoloji məhsullar, o cümlədən epidemik xəstəliklərə qarşı yüksək səviyyəli vaksinlər istehsal edir. COVID-19 peyvəndi olan “Turkovac” məhsulu da “Dollvet” şirkəti tərəfindən istehsal olunur.
Oxşar xəbərlər
![Bir sıra kartofçuluq təsərrüfatlarında karantin tətbiq edilən zərərli orqanizmlər aşkarlanıb](https://afsa.gov.az/resized/resize224/center/pages/9300/1717404874425.jpg)
Bir sıra kartofçuluq təsərrüfatlarında karantin tətbiq edilən zərərli orqanizmlər aşkarlanıb
AQTA Cəlilabad rayonunun Maşlıq, Əliqasımlı, Üçtəpə, Söyüdlü, Privolnaya, Ocaqlı, Bədirli, Qarazəncir, Kazımabad, Masallı rayonunun Ləngan, Əhmədli, Təklə kəndlərində yerləşən ümumilikdə 100 kartofçuluq təsərrüfatında monitorinqlər keçirib.
![İlkin istehsal sahələrində monitorinqlər davam etdirilir](https://afsa.gov.az/resized/resize224/center/pages/9190/1.jpg)
İlkin istehsal sahələrində monitorinqlər davam etdirilir
Qida Təhlükəsizliyi Agentliyi karantin tətbiq edilən və potensial təhlükə törədən müxtəlif zərərli orqanizmlərin aşkarlanması və yayılmasının qarşısını almaq məqsədilə bitkiçilik məhsullarının ilkin istehsalı təsərrüfatlarında mütəmadi olaraq müşahidə və monitorinqlər aparır.
![Pestisidlərdən istifadə qaydaları haqqında videoçarx hazırlanıb](https://afsa.gov.az/resized/resize224/center/pages/9072/3-pestisid-qaligi00-00-09-15still004.jpg)
Pestisidlərdən istifadə qaydaları haqqında videoçarx hazırlanıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qida məhsullarında pestisid qalıqlarına dair yeni videoçarx hazırlanıb.
![Bioloji aktiv qida məhsullarının idxalı zamanı riayət edilməsi vacib tələblər](https://img.youtube.com/vi/TUM1wv6QTHY/hqdefault.jpg)