AQTA koronavirusun profilaktikası çərçivəsində monitorinqləri davam etdirir
8 Aprel 2021 17:49
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunvericiliyin tələblərinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydlər davam etdirilir.
Nəzarət tədbirləri çərçivəsində 07 aprel 2021-ci il tarixində ölkə üzrə 413 ictimai iaşə obyektində 694 monitorinq keçirilib. Monitorinqlər zamanı 22 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Uyğunsuzluqlar aşkar edilən ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsi, ev 2943 ünvanında yerləşən, fiziki şəxs Məmmədov Elmar Əkbər oğluna məxsus kafe;
2. Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, ev 26 ünvanında yerləşən, fiziki şəxs Sadıxov Turqut Elşən oğluna məxsus “Dürmək” kafesi;
3. Bakı şəhəri, Nəsimi rayonu, Qoqol küçəsi 20, mənzil 1 ünvanında yerləşən, fiziki şəxs Ələkbərova Fidana məxsus kafe;
4. Bakı şəhəri, Nizami rayonu, Məhsəti Gəncəvi küçəsi ünvanında yerləşən, fiziki şəxs Yusifov Əşrəf Əkrəm oğluna məxsus kafe;
5. Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi, ev 286K ünvanında yerləşən, fiziki şəxs Mikayılov Anar Fayiq oğluna məxsus restoran;
6. Bakı şəhəri, Yasamal rayonu, Ə. Salamzadə küçəsi, ev 3 ünvanında yerləşən, Allahverdi Teymur Tofiq oğluna məxsus “Meat Garden” restoranı;
7. Bakı şəhəri, Xətai rayonu, İ. İsmayılov küçəsi, ev 3-ün yaxınlığında yerləşən, fiziki şəxs Məmmədov Elvin Möhübbət oğluna məxsus dönərxana;
8. Bakı şəhəri, Xətai rayonu, Əhmədli ŞTQ, general Səməd bəy Mehmandarov küçəsi, ev 86 ünvanında yerləşən, fiziki şəxs Məmmədov Anar Gülağa oğluna məxsus kafe;
9. Bakı şəhəri, Nərimanov rayonu, Ə. Rəcəbli küçəsi, ev 34 ünvanında yerləşən, fiziki şəxs İbrahimov Vüsal Saleh oğluna məxsus “Xal-xal” kafesi;
10. Bakı şəhəri, Nərimanov rayonu, V. Çəmənzəmənli küçəsi, ev 100 ünvanında yerləşən, fiziki şəxs Qubadov Elxan İlham oğluna məxsus “Okean” restoranı;
11. Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi, ev 15m ünvanında yerləşən, hüquqi şəxs “Katsu” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus restoran;
12. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən, fiziki şəxs Haqverdiyev Seymur Nizami oğluna məxsus çay evi;
13. Bakı şəhəri, Binəqədi rayonu, DSK yolunda yerləşən, fiziki şəxs Nəsirov Cavid Məmməd oğluna məxsus kafe;
14. Bakı şəhəri, Yasamal rayonu, Mirzə İbrahimov küçəsi 7 ünvanında yerləşən, fiziki şəxs İsmayılov Səməd Xaqani oğluna məxsus pivəxana;
15. Bakı şəhəri, Yasamal rayonu, Mirzə İbrahimov küçəsi 5 ünvanında yerləşən, fiziki şəxs Rüstəmxanlı Bəhruz Dilavər oğluna məxsus kafe;
16. Bakı şəhəri, Yasamal rayonu, Mirzə İbrahimov küçəsi 5 ünvanında yerləşən, fiziki şəxs Orucov Taleh Yusif oğluna məxsus "Kosta Kafe & Bar" kafesi;
17. Sumqayıt şəhəri, 11-ci mikrorayon, Çerkassi küçəsində yerləşən, fiziki şəxs Fərzəliyev Bəhruz Səməd oğluna məxsus "999" kafesi;
18. Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən, fiziki şəxs Mehdiyev Nurlan Canpolad oğluna məxsus "Milli burger" kafesi;
19. Ağstafa rayonu, Əliyev prospektində yerləşən, fiziki şəxs Qasımov Yaşar Vaqif oğluna məxsus kafe;
20. Salyan rayonu, Şorsulu kəndində yerləşən, fiziki şəxs Ağayev Qorxmaz Vilayət oğluna məxsus çay evi;
21. Göygöl rayonu, Çaykənd kəndində yerləşən, fiziki şəxs İsmayılov Təbriz İlqar oğluna məxsus restoran;
22. Kürdəmir rayonu, Karrar qəsəbəsində yerləşən, fiziki şəxs Bayramov Bəxtiyar Mirzə oğluna məxsus restoran.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda respublika üzrə AQTA müfəttişləri tərəfindən monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər
Zaqatalada qəhvəyi mərmər bağacığı ilə bağlı Regional Əlaqələndirmə Mərkəzinin iclası keçirilib
Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması və zərərvericiyə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi istiqamətində kompleks tədbirlər davam etdirilir. Bu çərçivədə payız-qış mövsümündə həyata keçirilən fitosanitar monitorinqlərin nəticələrinin qiymətləndirilməsi, mövcud vəziyyətin və qarşıda duran vəzifələrin müzakirəsi məqsədilə Mərkəzi və Yerli icra orqanlarının iştirakı ilə Zaqatala rayonunda Regional Əlaqələndirmə Mərkəzinin növbəti iclası keçirilib. Regional Əlaqələndirmə Mərkəzinin rəhbəri, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Əli Nəbiyevin iştirakı ilə keçirilən toplantıda qəhvəyi mərmər bağacığının mövcud yayılma vəziyyəti, aparılmış fitosanitar monitorinqlərin nəticələri, zərərvericinin aşkar edildiyi ərazilər və mövcud yayılma ocaqlarında həyata keçirilən mübarizə tədbirlərinin effektivliyi müzakirə olunub. Bildirilib ki, havaların soyuması ilə əlaqədar zərərvericinin qışlama yerlərinin müəyyənləşdirilməsi məqsədilə monitorinqlər intensivləşdirilib, potensial riskli ərazilər nəzarətdə saxlanılır. Qeyd olunub ki, payız-qış mövsümündə qəhvəyi mərmər bağacığı qışlamaq məqsədilə yaşayış evlərinə, anbarlara, təsərrüfat tikililərinə və digər qapalı məkanlara sığınır. Bu dövrdə zərərvericinin kütləvi toplandığı yerlərin vaxtında aşkar edilməsi və mexaniki üsullarla məhv olunması onun populyasiyasının azaldılmasına xidmər edir. Eyni zamanda, zərərvericiyə qarşı mübarizədə əhalinin fəal iştirakının təmin edilməsi və maarifləndirmə tədbirlərinin genişləndirilməsinin vacibliyi diqqətə çatdırılıb. İclasda, həmçinin qəhvəyi mərmər bağacığının transsərhəd yayılma riskləri, aidiyyəti dövlət qurumları arasında məlumat mübadiləsinin gücləndirilməsi və birgə monitorinqlərin təşkili məsələlərinə toxunulub. Yekunda qışlama dövründə zərərvericiyə qarşı mexaniki mübarizə tədbirlərinin prioritet istiqamət kimi həyata keçirilməsi, monitorinqlərin intensivləşdirilməsi, əhalinin mübarizə tədbirlərinə fəal cəlb olunması və aidiyyəti qurumlar arasında fəaliyyətin əlaqələndirilməsinin gücləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib. Daha sonra fermer təsərrüfatlarına baxış keçirilib.
İstifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazilərdə aparılan işlərlə bağlı mediatur keçirilib
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təşkilatçılığı ilə istifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazilərin təmizlənməsi işləri ilə bağlı media nümayəndələri üçün mediatur keçirilib. Mediatur çərçivəsində jurnalistlər Hacıqabul rayonunun Muğan qəsəbəsində aparılan təmizləmə işləri ilə tanış olublar. Bildirilib ki, hazırda pestisid qalıqlarının və həmin maddələrlə çirklənmiş torpaqların təhlükəsizlik tələblərinə uyğun qablaşdırılması həyata keçirilir. Növbəti mərhələdə qablaşdırılmış qalıqların “Cəngi pestisid poliqonu”na daşınaraq xüsusi bunkerlərdə yerləşdirilməsi nəzərdə tutulur. Tədbirlərin əsas məqsədi ətraf mühitin və insan sağlamlığının qorunması, çirklənmə mənbələrinin yarada biləcəyi risklərin azaldılmasıdır.
İstifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazilərin təmizlənməsi davam edir
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən istifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin, eləcə də həmin maddələrlə çirklənmiş torpaqların təhlükəsiz şəkildə ərazilərdən çıxarılması istiqamətində tədbirlər davam etdirilir. Bu çərçivədə Hacıqabul rayonunun Muğan qəsəbəsi, Saatlı rayonunun Sarıcalar kəndi və Sabirabad rayonunun Qaratəpə kəndində istifadəyə yararsız pestisidlərlə çirklənmiş ərazinin təmizlənməsi üzrə işlərə başlanılıb. Ərazinin mövcud vəziyyətinin qiymətləndirilməsi başa çatdırılıb, hazırda isə pestisid qalıqlarının və həmin maddələrlə çirklənmiş torpaqların qablaşdırılması üzrə işlər aparılır. Növbəti mərhələdə isə qablaşdırılmış pestisid qalıqlarının və çirklənmiş torpaqların müvafiq təhlükəsizlik tələblərinə uyğun xüsusi nəqliyyat vasitələri ilə “Cəngi pestisid poliqonu”na daşınması və müəyyən edilmiş qaydada yerləşdirilməsi nəzərdə tutulur. Tədbirlər AQTA tərəfindən cəlb edilmiş müvafiq lisenziyaya malik ixtisaslaşmış şirkət tərəfindən aidiyyəti dövlət qurumları ilə əlaqələndirilmiş şəkildə həyata keçirilir. Yaxın günlərdə Salyan, Biləsuvar və Cəlilabad rayonlarının 8 məntəqəsi üzrə keçmiş “Kənd kimya” birliklərinin ərazisində də analoji tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Qeyd edək ki, əvvəlki illərdə həyata keçirilmiş tədbirlər nəticəsində Ağstafa, Beyləqan, İmişli, Samux və Füzuli rayonlarından ümumilikdə 2000 tondan artıq istifadəyə yararsız pestisid və həmin maddələrlə çirklənmiş torpaq təhlükəsizlik tələblərinə uyğun qablaşdırılaraq “Cəngi pestisid poliqonu”na daşınıb və xüsusi bunkerlərdə yerləşdirilib. Görülən işlərin əsas məqsədi uzun illər ərzində formalaşmış çirklənmə mənbələrinin ətraf mühitə və insan sağlamlığına yaratdığı risklərin azaldılması, ekoloji təhlükəsizliyin təmin edilməsi və dayanıqlı kənd təsərrüfatının inkişafına töhfə verilməsidir.
Giriş