AQTA koronavirusun profilaktikası çərçivəsində nəzarət tədbirlərini davam etdirir
18 İyul 2020 15:10
Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər davam etdirilir.
Belə ki, AQTA əməkdaşları tərəfindən 17 iyul 2020-ci il tarixində Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 42 ictimai iaşə obyekti, 180 ərzaq satışı mağazası olmaqla ümumilikdə 222 müəssisədə reyd keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.
Reyd keçirilən obyektlərdən 75-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır.
Bakı şəhəri üzrə:
“Sevimli Dad”, “Orxan, “Yaşıl”, “Şeyla”, “Alvadi”, “Əli”, “Qırmızı” marketlər, Şirinov Ənvər İsgəndər oğluna, İbrahimov Elşən İsrayıl oğluna, Nuruyeva Səyalə Şirin qızına, Hüseynov Cavid Saleh oğluna, Zülfüqarov Şahin Kamil oğluna və Hüseynova Ceyhunə Hidayət qızına məxsus ərzaq mağazaları
Digər şəhər və rayonlar üzrə:
Abşeron rayonu, Saray qəsəbəsində “Bolmart” market
Sumqayıt şəhərində “Göyərçin” market
Quba rayonunda “Ağ çinar”, “Dostluq”, “Ay işığı” restoranları və Şükürov Seyfulla Mövlan oğluna məxsus ərzaq mağazası
Hacıqabul rayonunda İsmayılov Arif İsmayıl oğluna məxsus kafe
Göyçay rayonunda “Palma”, “Sərin məkan”, “Qoşa qovaq”, “Yaşıl bağ”, “Asiman” kafelər, Əhmədov Müşfiq Qafur oğluna, Əhmədov Rauf Hikmət oğluna, Kərimli Simran Akif oğluna, Sadıqov Qüdrət Qurban oğluna məxsus kafelər
Kürdəmir rayonunda “Aqil”, “Murad”, “Yeni” marketlər və Tağıyev Əhliman Heybət oğluna məxsus ərzaq mağazaları
Salyan rayonunda Əliyev İsrail Kazım oğluna məxsus kafe
Saatlı rayonunda Hüseynov Elvin Əlisəfa oğluna, Hüseynov Eynulla Əliqəmə oğluna və Teymurov Nəriman Lətif oğluna məxsus ərzaq mağazaları
Sabirabad rayonunda Əliyev Elvin Rafiq oğluna məxsus kafe və Həsənli Ağazəfi Cəsarət oğluna məxsus ərzaq mağazası
Neftçala rayonunda Qarayev İlkin Güloğlan oğluna və Əkbərov Pərviz Ağabala oğluna məxsus ərzaq mağazaları
Yevlax rayonu Xaldan qəsəbəsində “Ərik bağı”, “Sərin” və “Saf təbiət” kafeləri, Xanabad qəsəbəsində “Ülvi”, “Çinar”, “Xanabad”, “Cənnət”, “Göytəpə”, “Yetim” kafelər, İsayeva Şənnar Yusif qızına məxsus kafe
Qəbələ rayonunda Əhmədov Məcnun Qaraca oğluna məxsus ərzaq mağazası, “Şəlaləaltı” restoran
Oğuz rayonunda Ağabəyov Asim Rüstəm oğluna məxsus ərzaq mağazası
Zaqatala rayonunda Şabanov Orxan Səfər oğluna və Sultanov Ədhəm Fərrux oğluna məxsus ərzaq mağazaları
Cəlilabad rayonunda Əliyev Akif Ağaxan oğluna və Bayramov Arif Əvəz oğluna məxsus ərzaq mağazaları
Gəncə şəhərində “İlkin”, “Elman”, “Çinar”, “Pərviz” və “Bizim” marketlər
Naftalan şəhərində “Gözəl Naftalan”, “Nicat”, “Valeh” marketlər, Kazımov Rafiq Rövşən oğluna və İbrahimov Sabir Əhməd oğluna məxsus ərzaq mağazaları
Goranboy rayonunda “Adil” market
Tovuz rayonunda “Ana və uşaq”, “Körpü”, “Poylu”, “Poylu suyu”, “Şır-şır” və “Qabil” kafelər
Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər

“Bitki sağlamlığı haqqında” yeni Qanun layihəsinin ictimai müzakirəsinə başlandı
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Agentlik yanında İctimai Şura üzvlərinin və bitkiçilik sahəsində ixtisaslaşmış müxtəlif assosiasiyaların təmsilçilərinin iştirakı ilə yeni hazırlanmış “Bitki sağlamlığı haqqında” Azərbaycan Respublikasının Qanunu layihəsinin ilk ictimai müzakirəsi keçirilib. Müzakirə zamanı ölkə ərazisində bitki sağlamlığının təmin edilməsi ilə bağlı həyata keçirilən fitosanitar nəzarət və fitosanitar xidmət fəaliyyətlərinin təşkilinin hüquqi əsaslarının müəyyən edilməsi, fitosanitar nəzarət və xidmət sahəsində fəaliyyət göstərən subyektlər arasındakı münasibətlərin tənzimlənməsi və bu sahədə qanunvericiliyin beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədilə hazırlanmış yeni “Bitki sağlamlığı haqqında” Azərbaycan Respublikasının Qanunu layihəsinin təqdimatı olub. AQTA rəsmiləri təqdimatla çıxış edərək, iştirakçılara bitki sağlamlığı sahəsində dövlət tənzimlənməsi, bitki mühafizəsinin və karantinin təşkili, bitkiçilik subyektlərinin hüquq və vəzifələri, bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin istehsalına, dövriyyəsinə, istifadəsinə dair tələblər, həmin məhsulların istehsalı və dövriyyəsi ilə məşğul olan obyektlərin qeydiyyatı, fitosanitar xidmətlər və layihədə nəzərdə tutulan digər məsələlər barədə geniş məlumat verib. Qeyd olunub ki, “Bitki sağlamlığı haqqında” Azərbaycan Respublikasının Qanunu 10 fəsil 46 maddədən ibarətdir. Tədbirdə İctimai Şura üzvləri və assosiasiya üzvləri tərəfindən Qanun layihəsi ilə bağlı fikir mübadiləsi aparılıb, yeni Qanun ilə əlaqədar maarifləndirmə işlərinə dəstəyin göstərilməsi və ictimaiyyətə zəruri tövsiyə və məlumatların verilməsinin vacibliyi diqqətə çatdırılıb. Yekunda layihənin daha geniş ictimai müzakirəsi tövsiyə olunub. Qeyd edək ki, AQTA tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi “Mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının hazırladıqları hüquqi aktların layihələrinə dair ictimai dinləmə və ictimai müzakirənin keçirilməsi Qaydası”na uyğun olaraq, qanunamüvafiq prosedurlar həyata keçirilməkdədir. Yaxın günlərdə yeni Qanun layihəsinin digər maraqlı tərəflərin, o cümlədən sahibkarların, qeyri-hökumət təşkilatlarının və media nümayəndələrinin iştirakı ilə geniş ictimai müzakirəsinin keçirilməsi planlaşdırılır. “Bitki sağlamlığı haqqında” Azərbaycan Respublikasının Qanunu layihəsi ilə Agentliyin rəsmi saytında yerləşdirilmiş xüsusi bölmədən link vasitəsilə tanış olmaq mümkündür: https://afsa.gov.az/az/qanunvericilik/bitki-saglamligi-haqqinda-qanun-layihesi

Qəhvəyi mərmər bağacığı ilə bağlı mübarizə tədbirləri davam edir
Qəhvəyi mərmər bağacığına qarşı Regional Əlaqələndirmə Mərkəzinin Balakən və Xaçmaz rayonlarında növbəti müşavirəsi keçirilib. Görüşdə Qida Təhlükəsizliyi Agentliyinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin və Biomüxtəlifliyin Qorunması Xidmətinin, “Azərbaycan Dəmir Yolları” QSC-nin, Dövlət Gömrük Komitəsinin, yerli icra hakimiyyəti orqanlarının, eləcə də digər aidiyyəti qurumların məsul şəxsləri və əməkdaşları iştirak ediblər. Görüş zamanı zərərverici ilə mübarizə sahəsində həyata keçirilən tədbirlər, aparılan monitorinqlərin nəticələri və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verilib, maarifləndirici çap materialları paylanıb. Tədbirdə əvvəlki illərdə aparılmış təhlillər əsasında mövcud vəziyyət dəyərləndirilərək, iqtisadi rayonların ərazilərində, xüsusilə kütləvi aşkarlanma qeydə alınan kəndlərdə mövsümlə əlaqədar qışlama yerlərində monitorinqlərin intensivləşdirilməsi, maarifləndirmə işlərinin genişləndirilməsi və digər zəruri fitosanitar tədbirlərin görülməsi barədə qərar verilib. Həyətlərdə, evlərdə, köməkçi tikililərdə aidiyyəti qurumların əməkdaşları tərəfindən monitorinqlərin və mübarizə tədbirlərinin aparılması üçün sakinlərin şərait yaratması və özlərinin də bu tədbirlərdə yaxından iştirakının təmin edilməsi məqsədəuyğun hesab edilib.

Zərərli orqanizm aşkarlanan tinglər mexaniki üsulla təmizlənib
Nəzarət tədbirləri çərçivəsində “Frutti Agro” MMC-nin Türkiyədən idxal etdiyi nektarin tinglərindən Agentliyin müfəttişləri tərəfindən götürülmüş nümunələrin müayinəsi nəticəsində məhsul partiyasında karantin tətbiq edilən zərərverici −Tut qalxanlı yastıcası aşkarlanıb. Zərərli orqanizm aşkarlanmış 11000 ədəd nektarin tingi fitosanitar müfəttişlərin nəzarəti altında mexaniki üsulla təmizlənib, əkin sahəsi nəzarətə götürülüb.