AQTA sahibkarlıq subyektlərində aparılan yoxlamaları davam etdirir
30 Avqust 2022 17:52
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
22-26 avqust tarixlərində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 55 sahibkarlıq subyektində həyata keçirilən planlı və plandankənar yoxlamalar zamanı ümumilikdə 38 müəssisədə nöqsanlar müəyyən olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, sahibkarlıq subyektlərinin rəhbərləri inzibati məsuliyyətə cəlb olunublar.
Yoxlama nəticəsində nöqsanlar aşkar edilmiş qida obyektləri
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Fəaliyyət sahəsi |
Aşkar olunan nöqsanlar |
Görülən tədbir |
İlkin istehsal obyektləri |
|||||
1 |
Göyüşov Qurban Cavan oğlu |
Yevlax rayonu, Qaraməmmədli kəndi |
südlük iribuynuzlu heyvanların yetişdirilməsi |
sanitar norma və qaydaların pozulması |
İnzibati cərimə tətbiq olunub |
2 |
Əliyev Vitaliy Vaqif oğlu |
Qazax rayonu, Daş Salahlı kəndi |
heyvandarlıq təsərrüfatı |
sanitar norma və qaydaların pozulması |
İnzibati cərimə tətbiq olunub |
İstehsal və emal obyektləri |
|||||
3 |
Məmmədov Raul Babali oğlu |
Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti |
“Nur” süd məhsulları istehsalı |
sanitar norma və qaydaların, etiketlənməyə dair tələblərin pozulması, mal qonşuluğuna və temperatur rejiminə əməl edilməməsi |
İnzibati cərimə tətbiq olunub |
4 |
“Səba” ASC |
Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi |
“Səba” ət və ət məhsulları satışı |
sanitar norma və qaydaların pozulması |
İnzibati cərimə tətbiq olunub |
5 |
Aslanov Həzi Əfqan oğlu |
Bərdə rayonu, Dəymədağıldı kəndi |
un dəyirmanı |
sanitar norma və qaydaların pozulması |
İnzibati cərimə tətbiq olunub |
6 |
“Sünbül-2012” MMC |
Salyan şəhəri, Ə.Quliyev küçəsi |
çörək sexi |
sanitar norma və qaydaların pozulması, mal qonşuluğuna və temperatur rejiminə əməl edilməməsi |
İnzibati cərimə tətbiq olunub |
7 |
Rəhimov Elvir Musəvi oğlu |
Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi |
“Balaca Şirniyyat” un məmulatlarının istehsalı və satışı |
sanitar norma və qaydaların, etiketlənməyə dair tələblərin pozulması, mal qonşuluğuna və temperatur rejiminə əməl edilməməsi |
İnzibati cərimə tətbiq olunub |
8 |
Niftullayev Miraş Saleh oğlu |
Bakı şəhəri, Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsi |
su istehsalı |
sanitar norma və qaydaların pozulması |
Məhsul istehsalının dayandırılması barədə məhdudlaşdırıcı qərar qəbul edilib və inzibati cərimə tətbiq olunub |
Ticarət obyektləri |
|||||
9 |
Məmmədov Rəhim Nəbi oğlu |
Bərdə şəhəri, Sənaye küçəsi |
mağaza |
sanitar norma və qaydaların pozulması |
İnzibati cərimə tətbiq olunub |
10 |
Qasımov Aqil Kamil oğlu |
Goranboy rayonu, Cinli Boluslu kəndi |
“Saat” market |
sanitar norma və qaydaların pozulması, mal qonşuluğuna və temperatur rejiminə əməl edilməməsi |
İnzibati cərimə tətbiq olunub |
11 |
Kazımov Tale Cavanşir oğlu |
Lənkəran şəhəri, M.Ə.Sabir küçəsi |
“Refem” market |
sanitar norma və qaydaların pozulması, mal qonşuluğuna və temperatur rejiminə əməl edilməməsi |
İnzibati cərimə tətbiq olunub |
12 |
Nuriyev Rəhim Gülməmməd oğlu |
Sabirabad şəhəri, Heydər Əliyev prospekti |
“Yeni Market” |
sanitar norma və qaydaların pozulması |
İnzibati cərimə tətbiq olunub |
13 |
Nağıyev İbrahim Hacbala oğlu |
Ağsu şəhəri, Vidadi küçəsi |
ərzaq mağazası |
sanitar norma və qaydaların pozulması, mal qonşuluğuna və temperatur rejiminə əməl edilməməsi, istifadə müddəti bitmiş məhsulların satışı |
İstifadə müddəti bitmiş məhsulların satışının qadağan edilməsi barədə məhdudlaşdırıcı qərar qəbul edilib və inzibati cərimə tətbiq olunub |
14 |
Həbliyev Amil Sədrəddin oğlu |
Mingəçevir şəhəri, 20 Yanvar küçəsi |
ərzaq mağazası |
mal qonşuluğuna və temperatur rejiminə əməl edilməməsi |
İnzibati cərimə tətbiq olunub |
15 |
Süleymanov Bəhruz Əlikram oğlu |
Füzuli rayonu, Bala Bəhmənli kəndi |
“Əli” market |
sanitar norma və qaydaların pozulması |
İnzibati cərimə tətbiq olunub |
16 |
İdrisov Osman Sənan oğlu |
Xaçmaz şəhəri, N.Nərimanov küçəsi |
“Euro-2” market |
sanitar norma və qaydaların pozulması |
İnzibati cərimə tətbiq olunub |
17 |
Nəbiyev Vüqar Əlifağa oğlu |
Salyan rayonu, Bakı-Astara yolunun 130-cu kilometrliyi |
“Ay İşığı” market |
İstifadə müddəti bitmiş məhsulların satışı, etiketlənməyə dair tələblərin pozulması |
İnzibati cərimə tətbiq olunub |
18 |
“Pərviz İkf” MMC |
İmişli şəhəri, “Təzə Bazar”ın içi |
anbar |
sanitar norma və qaydaların pozulması, |
İnzibati cərimə tətbiq olunub |
19 |
Əliyev Elnur Valeri oğlu |
Şəmkir rayonu, Dəllər ştq |
ət dükanı |
sanitar norma və qaydaların pozulması |
İnzibati cərimə tətbiq olunub |
20 |
Quluyev Çərkəz İlham oğlu |
Bərdə rayonu, Güloğlular kəndi |
ət dükanı |
sanitar norma və qaydaların pozulması |
İnzibati cərimə tətbiq olunub |
21 |
Nadirov Orxan Asif oğlu |
Bərdə rayonu, Koroğlu küçəsi |
ət dükanı |
sanitar norma və qaydaların pozulması |
İnzibati cərimə tətbiq olunub |
22 |
Nağıyev Əli Kərəm oğlu |
Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr |
“Göygöl” ət satışı mağazası |
sanitar norma və qaydaların pozulması |
İnzibati cərimə tətbiq olunub |
23 |
Əliyev Kamil Kəniş oğlu |
Goranboy şəhəri, H. Əliyev prospekti |
“Ləziz” ət satışı mağazası |
sanitar norma və qaydaların pozulması |
Məhsulların satışının qadağan edilməsi barədə məhdudlaşdırıcı qərar qəbul edilib və inzibati cərimə tətbiq olunub |
İctimai iaşə obyektləri |
|||||
24 |
“Amburan İK” MMC |
Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Mərdəkan dairəsi |
“Bianco” restoranı |
sanitar norma və qaydaların pozulması, mal qonşuluğuna və temperatur rejiminə əməl edilməməsi |
İnzibati cərimə tətbiq olunub |
25 |
Abbasov Yusif Abbas oğlu |
Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, dəniz kənarı |
“Marrakesh Beach” |
sanitar norma və qaydaların, etiketlənməyə dair tələblərin pozulması, mal qonşuluğuna və temperatur rejiminə əməl edilməməsi |
İnzibati cərimə tətbiq olunub |
26 |
Rəhmanlı Nəcmin Ruhulla oğlu |
Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, M.Azər İmaməliyev küçəsi 2 |
“Meduza Lounge” |
sanitar norma və qaydaların, etiketlənməyə dair tələblərin pozulması, mal qonşuluğuna və temperatur rejiminə əməl edilməməsi |
İnzibati cərimə tətbiq olunub |
27 |
Kazımzadə Həmid Şıxməmməd oğlu |
Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Ruhulla Axundov küçəsi, ev 21 |
restoran |
sanitar norma və qaydaların, etiketlənməyə dair tələblərin pozulması, mal qonşuluğuna və temperatur rejiminə əməl edilməməsi, istifadə müddəti bitmiş məhsulların satışı |
Məhsul satışının dayandırılması barədə məhdudlaşdırıcı qərara qəbul edilib və inzibati cərimə tətbiq olunub |
28 |
Quliyev Nizami Hilal oğlu |
Yevlax rayonu, C. Mustafayev küçəsi, Kür çayının sol sahili |
“Mirvari” kafesi |
sanitar norma və qaydaların pozulması |
İnzibati cərimə tətbiq olunub |
29 |
Ramazanov Dəyanət Ədalət oğlu |
Quba rayonu, Qəçrəş kəndi |
“Forest Park” istirahət mərkəzi |
sanitar norma və qaydaların pozulması |
İnzibati cərimə tətbiq olunub |
30 |
“Möcüzəli Naftalan-Sağlamlıq Mərkəzi” MMC |
Naftalan şəhəri, Nizami küçəsi |
“Möcüzəli Naftalan” sağlamlıq mərkəzi |
mal qonşuluğuna və temperatur rejiminə əməl edilməməsi, |
Məhsulların satışının qadağan edilməsi barədə məhdudlaşdırıcı qərar qəbul edilib və inzibati cərimə tətbiq olunub |
31 |
Salahov Qoşqar İlqar oğlu |
Quba rayonu, Qəçrəş kəndi |
“Soyuq Bulaq” restoranı |
sanitar norma və qaydaların pozulması |
İnzibati cərimə tətbiq olunub |
32 |
Abdullayev Ağasəf Mösüm oğlu |
Qəbələ rayonu, Tüntül kəndi |
yeməkxana |
sanitar norma və qaydaların pozulması, mal qonşuluğuna və temperatur rejiminə əməl edilməməsi |
İnzibati cərimə tətbiq olunub |
33 |
Qəhrəmanov Kamil Məhəmmədiyə oğlu |
Qəbələ şəhəri, İ.Qutqaşınlı küçəsi, ev 29 |
yeməkxana |
sanitar norma və qaydaların pozulması, mal qonşuluğuna və temperatur rejiminə əməl edilməməsi |
İnzibati cərimə tətbiq olunub |
34 |
Əliyev Hökümxan Əziz oğlu |
Füzuli rayonu, Mahmudlu kəndi |
çayxana |
sanitar norma və qaydaların pozulması |
İnzibati cərimə tətbiq olunub |
35 |
Hüseynov Fərhad Vadər oğlu |
Bakı şəhəri, Nizami rayonu, Q. Qarayev prospekti |
kafe |
sanitar norma və qaydaların pozulması |
İnzibati cərimə tətbiq olunub |
36 |
Bayramov Mübariz Qubad oğlu |
Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi |
“Cəsur” kafesi |
sanitar norma və qaydaların pozulması |
İnzibati cərimə tətbiq olunub |
37 |
Allahverdiyev Umər Vadim oğlu |
Xaçmaz rayonu, Nabran kəndi |
“Albatros” restoranı |
sanitar norma və qaydaların pozulması |
İnzibati cərimə tətbiq olunub |
38 |
Ağayev Elçin Mirhəsən oğlu |
Lənkəran şəhəri, Heydər Əliyev küçəsi |
“Brilyant” kafesi |
sanitar norma və qaydaların pozulması |
İnzibati cərimə tətbiq olunub |
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır.
Oxşar xəbərlər

“Bitki sağlamlığı haqqında” Qanun layihəsinin ictimai müzakirəsi davam edir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən yeni hazırlanan “Bitki sağlamlığı haqqında” Qanun layihəsinin bu sahədə elmi tədqiqatlar aparan alim və mütəxəssislərlə ictimai müzakirəsi təşkil edilib. Müzakirə zamanı AQTA rəsmisi Elxan Mikayılov yeni Qanun layihəsinin hazırlanmasında əsas məqsədin ölkədə bitki sağlamlığının təmin edilməsi, fitosanitar nəzarət və fitosanitar xidmətlərin hüquqi əsaslarının müəyyən edilməsi, bu sahədə fəaliyyət göstərən subyektlər arasında münasibətlərin tənzimlənməsi olduğunu bildirib. Qanun layihəsində yer alan elmi-tədqiqat institutları, təhsil müəssisələri, alimlər, tədqiqatçılar və məsləhətçilər tərəfindən elmi araşdırmalar zamanı aşkarlanan zərərli orqanizmin ərazidə mövcudluğuna dair məlumatın verilməsi qaydası, Azərbaycan Respublikasının ərazisində zərərli orqanizmlərin aşkarlanmasına dair mümkün mənbələrdən məlumatların çevik toplanması, dəqiqləşdirilməsi, zərərli orqanizmin identifikasiyası və mövcudluğunun təsdiqi qaydaları, ümumi monitorinqlə bağlı elmi-tədqiqat müəssisələrindən, universitetlərdən, ictimai təşkilatlardan, alimlərdən, tədqiqatçılardan, məsləhətçilərdən, elmi jurnallardan məlumatların toplanması və təhlili ilə bağlı müddəalar ətraflı müzakirə edilib. Görüşdə Qanun layihəsində yer alan anlayışlar, yeni terminlər, laboratoriyalarda zərərli orqanizmin identifikasiyasının həyata keçirilməsi, mövcudluğunun və yayılma vəziyyətinin rəsmi təsdiqi qaydası, risk qiymətləndirmələrinin aparılmasında alim və mütəxəssislərin yaxından iştirakının məqsədəuyğunluğu, o cümlədən inteqrir mübarizə ilə bağlı alimlərin rəy və təklifləri dinlənilib. Qanun layihəsinin hazırlanmasının ölkədə bitki sağlamlığı sahəsində mövcud olan problemlərin həllində mühüm addım olması alim və mütəxəsislər tərəfindən xüsusi vurğulanıb. Görüşdə digər maraq doğuran suallar cavablandırılıb.

12 May - Beynəlxalq Bitki Sağlamlığı Günüdür
12 May - Beynəlxalq Bitki Sağlamlığı Günüdür. Birləşmiş Millətlər Təşkilatı tərəfindən elan edilən bu günün məqsədi bitki sağlamlığının qorunmasının qlobal miqyasda əhəmiyyətini vurğulamaq və bu sahədə ictimaiyyəti maarifləndirməkdir. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkəmizdə bitki sağlamlığının qorunması, həmçinin xəstəliklərin, zərərvericilərin vaxtında aşkarlanaraq onlara qarşı effektiv mübarizə tədbirlərinin görülməsi məqsədilə mütəmadi tədbirlər həyata keçirilir. Qida zəncirinin əsas elementlərindən olan bitki sağlamlığı sahəsində hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində AQTA tərəfindən yeni “Bitki sağlamlığı haqqında” Azərbaycan Respublikasının Qanun layihəsi hazırlanıb. Qanun layihəsinin məqsədləri əsasəsn bitki xəstəliklərinə qarşı mübarizə metodlarını daha da təkmilləşdirmək, pestisidlərin, aqrokimyəvi maddələrin düzgün istifadəsini nəzarət altına almaq, kənd təsərrüfatı məhsullarının beynəlxalq tələblərə uyğunluğunu təmin etməkdir. Həmçinin bitki sağlamlığının təmin olunmasında Azərbaycan Qida Təhlükəsizlyi İnstitutunun ixtisaslaşmış laboratoriyaları xüsusi rola malikdir. Mərkəzi Fitosanitar Laboratoriyasında entomoloji, herboloji, fitohelmintoloji, mikoloji, bakterioloji və virusoloji ekspertizalar aparılır. Kompleks Tədqiqatlar Laboratoriyasında beynəlxalq metodlardan istifadə edilərək, pestisid və aqrokimyəvi maddələrin laboratoriya sınaqları həyata keçirilir. Milli Referens Laboratoriyasında meyvə-tərəvəz məhsullarında pestisidlərin qalıq miqdarları təyin olunur. Eyni zamanda Xaçmaz, Lənkəran və Tovuz Regional Sınaq Laboratoriyalarında bitki xəstəliklərinin aşkar olunması istiqamətində ən müasir laborator sınaqlar həyata keçirir. Eləcə də fitosanitar sahədə nəzarətin daha da gücləndirilməsi və işin səmərəli təşkili məqsədilə Səyyar Fitosanitar Laboratoriya fəaliyyət göstərir.

Bitki sağlamlığının qorunması istiqamətində tədbirlər davam etdirilir
Karantin tətbiq edilən, o cümlədən potensial təhlükəli zərərli orqanizmlərdən qorumaq və onların mənbələrini vaxtında aşkarlamaq məqsədilə karantin nəzarətində olan materiallarda müntəzəm olaraq müşahidələrin aparılması, fitosanitar ekspertizaların keçirilməsi və profilaktik tədbirlərin görülməsi istiqamətində Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri tərəfindən fitosanitar monitorinqlər davam etdirilir. Milli Monitorinq Planı çərçivəsində Agentliyin Şəki-Zaqatala regional bölməsinin əməkdaşları tərəfindən ilkin istehsal təsərrüfatlarında keçirilmiş fitosanitar monitorinqlər zamanı simptomlu bitki hissələrindən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Müayinələr nəticəsində Şəki rayonunun Öryət və Çeşməli kəndləri ərazisində yerləşən tumlu-çəyirdəkli meyvə bağlarında karantin tətbiq edilən göbələk mənşəli Qonur monilioz çürümə xəstəliyi aşkarlanıb. Monitorinq zamanı həmçinin bağçılıq təsərrüfatlarında Qəhvəyi mərmər bağacığı, Şaftalı meyvəyeyəni, Qərb çiçək tripsi və Şərq meyvəyeyəni kimi karantin tətbiq edilən zərərvericilərin mövcudluğunu müəyyənləşdirmək məqsədilə feromon tələlər asılıb. Sahə aqronomu və texniki işçilərlə söhbətlər aparılıb, zərərvericilərlə mübarizə üsulları əks olunan maarifləndirici çap materialları paylanıb. Eyni zamanda təsərrüfat sahiblərinə və işçilərə pestisid və aqrokimyəvi maddələrin saxlanması, daşınması, tətbiq reqlamenti, o cümlədən istifadəsi zamanı təhlükəsizlik qaydalarına əməl olunması barədə tövsiyələr verilib.