AQTA sədri meyvə-tərəvəz məhsullarının istehsalçıları və ixracatçıları ilə görüşüb
16 Aprel 2022 12:02
![AQTA sədri meyvə-tərəvəz məhsullarının istehsalçıları və ixracatçıları ilə görüşüb](https://afsa.gov.az/resized/resize649/center/pages/2977/16824826306529.jpg)
![AQTA sədri meyvə-tərəvəz məhsullarının istehsalçıları və ixracatçıları ilə görüşüb](https://afsa.gov.az/resized/resize649/center/pages/2977/16824826306529.jpg)
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli respublika ərazisində meyvə-tərəvəz məhsullarının istehsalı və ixracatı ilə məşğul olan sahibkarlarla görüş keçirib.
Görüşdə AQTA sədri bitki sağlamlığı sahəsində görülən işlər, istehsal və ixrac olunan bitliçilik məhsulları, istixanalarda becərilən tərəvəzlər, xarici ölkələrin fitosanitar tələbləri, zərərli orqanizmlərə qarşı elmi əsaslara söykənən mübarizə tədbirləri, fitosanitar sertifikatların verilməsi qaydaları barədə iştirakçılara məlumat verib. Ölkənin fitosanitar vəziyyətinin sabit saxlanılmasında, eləcə də imicinin qorunmasında sahibkarların üzərinə düşən məsuliyyət qeyd edilib. Hər bir sahibkar tərəfindən istixanalarda məhsul yığımı başa çatdıqdan sonra sağlamlaşdırıcı tədbirlərin görülməsinə diqqətlə və məsuliyyətlə yanaşılmasının vacibliyi vurğulanıb.
Sahibkarlara verilən dəstək və təlimatlar əsasında işlərin daha səmərəli qurulduğu, istehsal və ixracda yüksək nəticələrin əldə olunduğu bildirilib.
Daha sonra meyvə-tərəvəz məhsullarının istehsalı, idxalı və ixracı sahəsində fəaliyyət göstərən sahibkarların problemləri dinlənilib və onların həlli istiqamətində fikir mübadiləsi aparılıb, aidiyyəti üzrə müvafiq göstərişlər verilib.
Oxşar xəbərlər
![Bir sıra kartofçuluq təsərrüfatlarında karantin tətbiq edilən zərərli orqanizmlər aşkarlanıb](https://afsa.gov.az/resized/resize224/center/pages/9300/1717404874425.jpg)
Bir sıra kartofçuluq təsərrüfatlarında karantin tətbiq edilən zərərli orqanizmlər aşkarlanıb
AQTA Cəlilabad rayonunun Maşlıq, Əliqasımlı, Üçtəpə, Söyüdlü, Privolnaya, Ocaqlı, Bədirli, Qarazəncir, Kazımabad, Masallı rayonunun Ləngan, Əhmədli, Təklə kəndlərində yerləşən ümumilikdə 100 kartofçuluq təsərrüfatında monitorinqlər keçirib.
![İlkin istehsal sahələrində monitorinqlər davam etdirilir](https://afsa.gov.az/resized/resize224/center/pages/9190/1.jpg)
İlkin istehsal sahələrində monitorinqlər davam etdirilir
Qida Təhlükəsizliyi Agentliyi karantin tətbiq edilən və potensial təhlükə törədən müxtəlif zərərli orqanizmlərin aşkarlanması və yayılmasının qarşısını almaq məqsədilə bitkiçilik məhsullarının ilkin istehsalı təsərrüfatlarında mütəmadi olaraq müşahidə və monitorinqlər aparır.
![Pestisidlərdən istifadə qaydaları haqqında videoçarx hazırlanıb](https://afsa.gov.az/resized/resize224/center/pages/9072/3-pestisid-qaligi00-00-09-15still004.jpg)
Pestisidlərdən istifadə qaydaları haqqında videoçarx hazırlanıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qida məhsullarında pestisid qalıqlarına dair yeni videoçarx hazırlanıb.
![Bioloji aktiv qida məhsullarının idxalı zamanı riayət edilməsi vacib tələblər](https://img.youtube.com/vi/TUM1wv6QTHY/hqdefault.jpg)