AQTA xüsusi karantin rejimi ilə bağlı maarifləndirici monitorinqləri davam etdirir
15 May 2020 16:21
Ölkəmizdə koronavirusa qarşı həyata keçirilən mübarizə tədbirləri çərçivəsində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən qida məhsullarının satışı məntəqələrində maarifləndirici monitorinqlər davam etdirilir.
Belə ki, AQTA əməkdaşları qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin, ərzaq məhsullarının satışı məntəqələrində xüsusi karantin rejiminə, eləcə də Agentliyin bu sahədə hazırladığı metodiki göstərişlərə əməl olunması ilə bağlı maarifləndirici monitorinqlər keçirir.
Agentlik növbəti belə monitorinqi Bakı şəhərində fəaliyyət göstərən bir sıra bazar və ərzaq satışı məntəqələrində təşkil edib. Monitorinqlər zamanı bazarda çalışanlara və istehlakçılara əməl etməli olduqları tədbirlər, qoruyucu vasitələrdən istifadə qaydaları, dezinfeksiya edilməsi vacib olan sahələr barədə məlumatlar verilib. Bazarlarda yerləşdirilən xüsusi səsgücləndiricilər vasitəsilə istehlakçılara, eyni zamanda ərzaq satışı ilə məşğul olan şəxslərə metodiki göstərişlərin tələbləri çatdırılıb. Qoruyucu vasitəsi olmadan bazarda çalışanlara, eləcə də istehlakçılara əlcək və maskalar paylanılıb.
AQTA bir daha vətəndaşları koronavirusdan qorunmaq üçün ərzaq satışı məntəqələri və ictimai iaşə müəssisələrində diqqətli olmağa və tələb olunan qaydalara ciddi şəkildə riayət etməyə çağırır.
Oxşar xəbərlər
Qəhvəyi mərmər bağacığı ilə mübarizə tədbirləri davam etdirilir
Qida Təhlükəsizliyi Agentliyinin Şəki-Zaqatala regional bölməsinin fitosanitar müfəttişləri tərəfindən Qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı Şəkidə 5 və 8 nömrəli orta məktəbdə maarifləndirici görüşlər keçirilib. Görüş iştirakçılarına zərərvericinin yayılma yolları, bioloji xüsusiyyətləri, təsərrüfata vurduğu zərər və ona qarşı mübarizə üsulları barədə geniş məlumat verilib. Bildirilib ki, zərərverici ilə mübarizədə vətəndaşların fəal iştirakı mühüm əhəmiyyət daşıyır. Havaların isinməsi ilə əlaqədar qışlama yerlərindən çıxan Qəhvəyi mərmər bağacığının yayılması sürətlənir. Ən praktik üsul onun mexaniki yolla toplanaraq məhv edilməsidir. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, maarifləndirici çap materialları paylanılıb.
Quba və Xaçmaz rayonlarında Qəhvəyi mərmər bağacığına qarşı monitorinqlər keçirilir
Qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri çərçivəsində, Qida Təhlükəsizliyi Agentliyinin Quba-Xaçmaz regional bölməsinin əməkdaşları tərəfindən Quba rayonunun Qımılqışlaq və Xaçmaz rayonunun Xanoba kəndlərində monitorinqlər aparılıb. Baxış zamanı zərərvericinin qışlama yerləri yoxlanılıb, aşkar edilən zərəvericilər mexaniki üsulla məhv edilib. Bununla yanaşı, kənd sakinləri ilə maarifləndirici görüşlər keçirilib. Bildirilib ki, temperaturun tədricən yüksəlməsi ilə əlaqədar zərərverici qışlama yerlərini tərk etməyə başlayır və bu mərhələdə son monitorinq tədbirlərinin aparılması xüsusi əhəmiyyət kəsb edir. Eyni zamanda, yaz və yay aylarında zərərvericinin yayılma arealının genişlənməsinin qarşısının alınması istiqamətində görüləcək tədbirlər barədə ətraflı məlumat verilib. Sakinlərə mövzu ilə bağlı buklet və kitabçalar paylanıb.
Pestisid və aqrokimyəvi maddələrin dövriyyəsi ilə bağlı 203 obyektdə monitorinq aparılıb
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən pestisid və aqrokimyəvi maddələrin istehsalı, saxlanması, satışı və tətbiqinə nəzarət tədbirləri davam etdirilir. Nazirlər Kabineti yanında yaradılmış “Təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının təmin edilməsi sahəsində dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi üzrə Koordinasiya Komissiyası”nın 2025–2026-cı illər üzrə İş Planına uyğun olaraq, 203 obyektdə monitorinq aparılıb. Monitorinq zamanı müəssisələrin texniki təhlükəsizlik və sanitariya-gigiyena tələblərinə uyğunluğu qiymətləndirilib, şübhəli məhsul partiyalarından nümunələr götürülərək laborator müayinələrə cəlb edilib, eyni zamanda qeydiyyatsız, tərkibi qadağan edilmiş, hermetikliyi pozulmuş və istifadə müddəti bitmiş preparatların dövriyyəyə buraxılmasının qarşısı alınıb. Belə ki, 2026-cı ilin ilk 3 ayı ərzində aparılmış monitorinq və yoxlamalar zamanı ümumilikdə 43 müəssisədə istifadəyə yararsız 146 adda (805,5 kq/litr) pestisid və 62 adda (3602,5 kq/litr) aqrokimyəvi maddə aşkar edilərək İnventarlaşdırma Komissiyasının müvafiq qərarlarına əsasən, xüsusi poliqonlara göndərilib və təhlükəsiz şəkildə zərərsizləşdirilməsi təmin olunub. Görülən tədbirlərin əsas məqsədi pestisid və aqrokimyəvi maddələrin dövriyyəsində təhlükəsizliyin təmin olunması, saxtalaşdırma hallarının qarşısının alınması və fermerlərin keyfiyyətli preparatlara əlçatanlığının təmin edilməsidir. Agentlik fermerləri və digər istifadəçiləri istifadə müddəti bitmiş, hermetikliyi pozulmuş və mənşəyi şübhəli məhsulları əldə etməməyə çağırır. Şübhəli, uyğunsuz və ya keyfiyyətsiz məhsulla qarşılaşdıqda Agentliyin “1003 − Çağrı Mərkəzi”nə məlumat verilməsi tövsiyə olunur.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qeydiyyat və təsdiqi yoxla
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş