AQTİ əməkdaşları 15-ci Dubay Beynəlxalq Qida Təhlükəsizliyi Konfransında iştirak ediblər
25 Noyabr 2021 15:28
![AQTİ əməkdaşları 15-ci Dubay Beynəlxalq Qida Təhlükəsizliyi Konfransında iştirak ediblər](https://afsa.gov.az/resized/resize649/center/pages/3180/16824827255883.jpg)
![AQTİ əməkdaşları 15-ci Dubay Beynəlxalq Qida Təhlükəsizliyi Konfransında iştirak ediblər](https://afsa.gov.az/resized/resize649/center/pages/3180/16824827255883.jpg)
18-23 noyabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin ev sahibliyi etdiyi 15-ci Dubay Beynəlxalq Qida Təhlükəsizliyi Konfransı keçirilib. Konfransda 70-dən artıq ölkəni, eyni zamanda müxtəlif beynəlxalq təşkilatları təmsil edən 3000-dən çox nümayəndə iştirak edib. 90-dan artıq təlimçinin qida təhlükəsizliyi ilə bağlı təqdimatlarla çıxış etdiyi konfransda Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun əməkdaşları da iştirak edib.
"Davamlı qida təhlükəsizliyi sistemi üçün innovativ həllər" sloqanı ilə keçirilən konfransda qida istehsalında nanotexnologiyaların istifadəsi, təsdiqini tapmış elmi yanaşmalar vasitəsilə qida təhlükəsizliyinin inkişaf etdirilməsi, qida təhlükəsizliyinin idarəetmə sistemləri, emal olunmuş qida məhsullarında müasir texnologiyaların tətbiqi kimi yeni tendensiyalar, qurumlararası əməkdaşlıq imkanları və bir çox əlaqədar məsələlər üzrə müzakirələr aparılıb.
Həmçinin konfrans çərçivəsində qida çirkləndiricilərinin analizi üçün yenilikçi laborator müayinələr, eləcə də qida təhlükəsizliyi, izlənilmə sistemi, məlumatların və risklərin təhlilini ölçəbilən müasir tətbiq və platformalar nümayiş olunub.
Oxşar xəbərlər
![Bir sıra kartofçuluq təsərrüfatlarında karantin tətbiq edilən zərərli orqanizmlər aşkarlanıb](https://afsa.gov.az/resized/resize224/center/pages/9300/1717404874425.jpg)
Bir sıra kartofçuluq təsərrüfatlarında karantin tətbiq edilən zərərli orqanizmlər aşkarlanıb
AQTA Cəlilabad rayonunun Maşlıq, Əliqasımlı, Üçtəpə, Söyüdlü, Privolnaya, Ocaqlı, Bədirli, Qarazəncir, Kazımabad, Masallı rayonunun Ləngan, Əhmədli, Təklə kəndlərində yerləşən ümumilikdə 100 kartofçuluq təsərrüfatında monitorinqlər keçirib.
![İlkin istehsal sahələrində monitorinqlər davam etdirilir](https://afsa.gov.az/resized/resize224/center/pages/9190/1.jpg)
İlkin istehsal sahələrində monitorinqlər davam etdirilir
Qida Təhlükəsizliyi Agentliyi karantin tətbiq edilən və potensial təhlükə törədən müxtəlif zərərli orqanizmlərin aşkarlanması və yayılmasının qarşısını almaq məqsədilə bitkiçilik məhsullarının ilkin istehsalı təsərrüfatlarında mütəmadi olaraq müşahidə və monitorinqlər aparır.
![Pestisidlərdən istifadə qaydaları haqqında videoçarx hazırlanıb](https://afsa.gov.az/resized/resize224/center/pages/9072/3-pestisid-qaligi00-00-09-15still004.jpg)
Pestisidlərdən istifadə qaydaları haqqında videoçarx hazırlanıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qida məhsullarında pestisid qalıqlarına dair yeni videoçarx hazırlanıb.
![Bioloji aktiv qida məhsullarının idxalı zamanı riayət edilməsi vacib tələblər](https://img.youtube.com/vi/TUM1wv6QTHY/hqdefault.jpg)