Bitkiçilik məhsullarının istehsalı və ixracı ilə məşğul olan sahibkarlarla görüş keçirilib
4 İyun 2025 17:57
Qida Təhlükəsizliyi Agentliyi bitkiçilik məhsullarının istehsalı və ixracı ilə məşğul olan sahibkarlarla görüş keçirib.
Onlayn formatda keçirilən görüşdə son günlər Rusiya Federasiyasına ixrac olunan bir sıra bitkiçilik məhsulları ilə bağlı bu ölkənin Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidməti tərəfindən AQTA-ya daxil olan müvafiq bildirişlər barədə sahibkarlara məlumat verilib. Qeyd olunub ki, məhsullarında uyğunsuzluq aşkarlanması ilə bağlı bildiriş daxil olan müəssisələrə fitosanitar sertifikatın verilməsi prosesi dayandırılıb və hazırda həmin təsərrüfatlarda monitorinqlər həyata keçirilməkdədir.
Görüşdə ixrac zamanı beynəlxalq ticarət qaydalarına və məhsulların idxalçı ölkənin fitosanitar tələblərinə uyğunluğuna, həmçinin qablaşdırma və etiketlənmə ilə bağlı tələblərə ciddi şəkildə əməl edilməsi, eyni zamanda təsərrüfat obyektlərinin AQTA tərəfindən qeydiyyata alınmasının önəmi və qanunvericiliyin tələbləri bir daha sahibkarların diqqətinə çatdırılıb.
Sonda sahibkarların fikirləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.
Oxşar xəbərlər
“Alp Delux” şadlıq evində aparılan yoxlamanın görüntüləri təqdim edilib - Video
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bildirir ki, mediada “Alp Delux” şadlıq evində yoxlama aparılmaması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
AQTA Gəncə, Daşkəsən və Samux məktəblərində qida təhlükəsizliyi ilə bağlı maarifləndirici görüşlər keçirib
Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən Gəncə şəhəri və Daşkəsən, Samux rayonlarında yerləşən ümumtəhsil müəssisələrində qida təhlükəsizliyi və sağlam qidalanmanın təşkili mövzusunda maarifləndirici görüşlər keçirilib. Məqsəd məktəb bufetlərində sanitar-gigiyenik qaydalara əməl olunmasını təmin etmək və şagirdlər arasında sağlam qidalanma vərdişlərini təşviq etməkdir.
AQTA sədri “Dövlət-özəl tərəfdaşlığı çərçivəsində Aqronomların II Beynəlxalq Forumu”nda iştirak edib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli “Caspian Agro 2026” sərgisi çərçivəsində keçirilən “Dövlət-özəl tərəfdaşlığı çərçivəsində Aqronomların II Beynəlxalq Forumu”nda iştirak edib. Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə keçirilən forumda dövlət qurumlarının nümayəndələri, aqrar sektor üzrə ekspertlər, sahibkarlar və fermerlər iştirak ediblər.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş