Bitkiçilik məhsullarının Rusiyaya ixracı prosedurunun sürətləndirilməsi ilə bağlı görüş keçirilib
4 Dekabr 2021 12:30
![Bitkiçilik məhsullarının Rusiyaya ixracı prosedurunun sürətləndirilməsi ilə bağlı görüş keçirilib](https://afsa.gov.az/resized/resize649/center/pages/3141/16824827065950.jpg)
![Bitkiçilik məhsullarının Rusiyaya ixracı prosedurunun sürətləndirilməsi ilə bağlı görüş keçirilib](https://afsa.gov.az/resized/resize649/center/pages/3141/16824827065950.jpg)
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli ilə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) rəhbəri Sergey Dankvert arasında əvvəlcədən əldə edilmiş razılığa əsasən, noyabrın 30-da Dağıstan Respublikasında iki ölkənin aidiyyəti qurumlarının nümayəndələrinin iştirakı ilə görüş keçirilib.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, Dövlət Gömrük Komitəsi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında İxracın və İnvestisiyaların Təşviqi Fondu, “Azərbaycan Dəmir Yolları” QSC və Rusiyanın müvafiq qurumlarının nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə bitkiçilik məhsullarının Rusiya Federasiyasına ixracı zamanı fitosanitar nəzarət prosedurunun sürətləndirilməsi, pomidor və alma məhsullarının ixracında daşınmanın logistik və treyder şirkətlər tərəfindən həyata keçirilməsi məsələləri müzakirə edilib və yüklərin daşınmasında fitosanitar sertifikatların və digər sənədlərin yoxlanılması zamanı vahid yanaşmanın tətbiq olunması ilə bağlı razılığa gəlinib.
Tədbirdə Rusiya nümayəndə heyəti tərəfindən meyvə-tərəvəz məhsullarının dəmir yolu ilə tədarükünün mümkünlüyü diqqətə çatdırılıb.
Daha sonra iki ölkənin müvafiq qurumlarının nümayəndələri “Yaraq-Qazmalar” keçid məntəqəsinə və “VIADUK” Cənub Gömrük Terminalı MMC-nin müvəqqəti saxlama anbarına baxış keçirib.
Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.
Oxşar xəbərlər
![Bir sıra kartofçuluq təsərrüfatlarında karantin tətbiq edilən zərərli orqanizmlər aşkarlanıb](https://afsa.gov.az/resized/resize224/center/pages/9300/1717404874425.jpg)
Bir sıra kartofçuluq təsərrüfatlarında karantin tətbiq edilən zərərli orqanizmlər aşkarlanıb
AQTA Cəlilabad rayonunun Maşlıq, Əliqasımlı, Üçtəpə, Söyüdlü, Privolnaya, Ocaqlı, Bədirli, Qarazəncir, Kazımabad, Masallı rayonunun Ləngan, Əhmədli, Təklə kəndlərində yerləşən ümumilikdə 100 kartofçuluq təsərrüfatında monitorinqlər keçirib.
![İlkin istehsal sahələrində monitorinqlər davam etdirilir](https://afsa.gov.az/resized/resize224/center/pages/9190/1.jpg)
İlkin istehsal sahələrində monitorinqlər davam etdirilir
Qida Təhlükəsizliyi Agentliyi karantin tətbiq edilən və potensial təhlükə törədən müxtəlif zərərli orqanizmlərin aşkarlanması və yayılmasının qarşısını almaq məqsədilə bitkiçilik məhsullarının ilkin istehsalı təsərrüfatlarında mütəmadi olaraq müşahidə və monitorinqlər aparır.
![Pestisidlərdən istifadə qaydaları haqqında videoçarx hazırlanıb](https://afsa.gov.az/resized/resize224/center/pages/9072/3-pestisid-qaligi00-00-09-15still004.jpg)
Pestisidlərdən istifadə qaydaları haqqında videoçarx hazırlanıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qida məhsullarında pestisid qalıqlarına dair yeni videoçarx hazırlanıb.
![Bioloji aktiv qida məhsullarının idxalı zamanı riayət edilməsi vacib tələblər](https://img.youtube.com/vi/TUM1wv6QTHY/hqdefault.jpg)