Ekspert Şurası və İnventarlaşdırma Komissiyasının iclası keçirilib
4 Fevral 2021 16:16
Bildiririk ki, 1 fevral 2021-ci il tarixində “Preparatların sınağının aparılması, qeydiyyata alınması və istifadəsinə icazə verilmiş preparatların siyahısına daxil edilməsi barədə Ekspert Şurası”nın və “İstifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin zərərsizləşdirilməsi və məhv edilməsinə dair İnventarlaşdırma Komissiyası”nın növbəti iclası olub.
İclas Nazirlər Kabineti yanında Operativ Qərargahın 17 mart 2020-ci il tarixli xüsusi rejimdə iş üzrə təlimatına uyğun olaraq onlayn qaydada keçirilib. “Ekspert Şurası”nın iclası zamanı müvafiq elmi-tədqiqat institutlarında sınaqları aparılmış preparatlara dair məlumatlar təhlil edilib, yeni preparatlar üzrə sınaqların aparılmasına dair müraciətlər araşdırılıb. Preparatların sınağı və tətbiqi zamanı müsbət nəticələr əldə olunmasına əsasən (təkrar qeydiyyat da daxil olmaqla), 76 adda preparatın dövlət qeydiyyatına alınması (siyahı əlavə olunur), 7 adda preparatın sınağının aparılması barədə qərar qəbul olunub.
İclasda “CTS Agro” MMC-nin Agentliyə müraciəti qanunvericiliyə uyğun olaraq qiymətləndirilib, anbarlarda olan 12342 kiloqram və 57776 litr istifadə müddəti bitmiş pestisidin zərərsizləşdirilməsi ilə bağlı qərar qəbul edilib.
Oxşar xəbərlər
Amerika ağ kəpənəyinə qarşı fitosanitar monitorinqlər aparılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Bakı Regional Bölməsinin müfəttişləri tərəfindən Binəqədi və Nəsimi rayonları ərazisində Amerika ağ kəpənəyinin yayılma vəziyyətinin öyrənilməsi və zərərvericilərə qarşı mübarizə tədbirləri çərçivəsində fitosanitar monitorinqlər həyata keçirilib. Monitorinqlər zamanı zərərvericinin vaxtında aşkarlanması, yayılma arealının müəyyənləşdirilməsi və ümumi fitosanitar vəziyyətin qiymətləndirilməsi məqsədilə müşahidələr aparılıb. Eyni zamanda, may ayında quraşdırılmış feromon tələlərə baxış keçirilib. Müşahidələr göstərir ki, son illərdə Abşeron ərazisində Amerika ağ kəpənəyinin kütləvi yayılması tut, ağcaqayın və digər sahib bitkilərə ciddi ziyan vurur. İnsanların yaşadığı yaşayış məntəqələrində pestisidlərin tətbiqi məhdud olduğundan, zərərvericiyə qarşı ən effektiv mübarizə üsulu tırtılların yaratdığı torlu yuvaların mexaniki üsulla məhv edilməsidir. AQTA tərəfindən həyata keçirilən bu kimi monitorinqlər zərərvericinin yayılmasının qarşısının alınması, fitosanitar sabitliyin təmin edilməsi və ətraf mühitin qorunması baxımından mühüm əhəmiyyət daşıyır.
Fındıq bağlarında fitosanitar monitorinqlər aparılıb
Qida Təhlükəsizliyi Agentliyinin Şəki-Zaqatala regional bölməsi tərəfindən Milli Monitorinq Planı çərçivəsində region ərazisində yerləşən fındıq bağlarında fitosanitar monitorinqlər aparılıb. Monitorinqlər zamanı əsas diqqət karantin tətbiq edilən Qəhvəyi mərmər bağacığının aşkarlanmasına və ona qarşı fitosanitar tədbirlərin gücləndirilməsinə yönəldilib. Bu məqsədlə Zaqatala rayonundan Danaçı, Fındıqlı, Maqov, Dağlı, Muğanlı, Faldarlı, 3-cü Tala kəndlərində, Balakən rayonundan isə İtitala, Xalatala, Gərəkli, Poçtbinə, Mazımqara, Şərif, Yeni Şərif kəndlərində yerləşən bağ sahələrində müşahidələr aparılıb və xüsusi feromon tələlər quraşdırılıb. Zərərverici aşkarlanmış sahələrdə aqrotexniki və biotexniki tədbirlər barədə fermerlər və aidiyyəti qurumlar operativ şəkildə məlumatlandırılıb, zəruri fitosanitar tədbirlərin həyata keçirilməsi tövsiyə olunub.
Meyvə bağlarında fitosanitar monitorinqlər davam etdirilir
Milli Monitorinq Planına uyğun olaraq, Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları ölkə ərazisində zərərli orqanizmlərin vaxtında aşkarlanması və yayılmasının qarşısının alınması məqsədilə fitosanitar monitorinqlər keçirib. Monitorinqlər Göyçay rayonunun Potu, Hüngütlü, Mallı - Şıxlı, Məlikkənd, Ləkçıplaq və Ağdaş rayonunun Ərəbocağı, Nehrəxəlil, Yeniarx kəndləri, habelə Saatlı rayonunun Sarısu ərazisi, Hacıqasımlı kəndində, Sabirabad rayonunun Bulduq və Nizami kəndlərində, həmçinin Beyləqan rayonunun Türklər kəndi ərazisində yerləşən meyvə bağları və bitkiçilik təsərrüfatlarını əhatə edib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Çinə ixrac imkanlarımız genişlənir - Real TV
Azərbaycan və Çin arasında qida məhsullarının ixracına dair mühüm razılaşmalar əldə olunub
Giriş