Fermerlər və aqronomlar üçün maarifləndirici tədbirlər keçirilib
8 İyul 2026 15:40
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Qarabağ və Dağlıq Şirvan regional bölmələri tərəfindən bitki sağlamlığının qorunması, təhlükəsiz kənd təsərrüfatı məhsullarının istehsalının təşviqi məqsədilə fermerlər və aqronomlar üçün maarifləndirici tədbirlər təşkil olunub.
"Bitki mühafizə vasitələrindən və pestisidlərdən istifadənin effektiv tənzimlənməsi üzrə Tədbirlər Planı" çərçivəsində Dağlıq Şirvan regional bölməsində keçirilən tədbirdə Şamaxı, Ağsu, İsmayıllı və Qobustan rayonlarından ümumilikdə 52 fermer iştirak edib. Eyni zamanda, Tərtər rayonunda fəaliyyət göstərən meyvə bağlarında da aqronomların, bağ və təsərrüfat rəhbərlərinin, eləcə də mövsümi işçilərin iştirakı ilə görüşlər keçirilib.
Tədbirlər zamanı iştirakçılara pestisidlərin və digər aqrokimyəvi maddələrin düzgün seçilməsi və tətbiqi, qüvvədə olan normativ hüquqi aktların tələblərinə riayət olunmasının vacibliyi, kimyəvi preparatların yalnız təyinatı üzrə və müəyyən edilmiş norma və qaydalara uyğun istifadəsinin əhəmiyyəti barədə ətraflı məlumat verilib. Pestisidlərin normadan artıq tətbiqinin insan sağlamlığı, ətraf mühit, torpaq və su ehtiyatları, kənd təsərrüfatı məhsullarının təhlükəsizliyi üçün ciddi risklər yarada biləcəyi diqqətə çatdırılıb.
Mütəxəssislər tərəfindən kimyəvi maddələrdən istifadə edərkən təhlükəsizlik qaydalarına əməl edilməsinin vacibliyi, bioloji mübarizə üsullarının üstünlükləri və əhəmiyyəti izah edilib. Əkin sahələrinin qida təhlükəsizliyi qeydiyyatına alınmasının vacibliyi bildirilib. Bununla yanaşı, regionlarda yayılma riski olan karantin tətbiq edilən zərərvericilər və xəstəliklər, o cümlədən Gavalının cibcibə virusu, Qonur monilioz çürümə, Qəhvəyi mərmər bağacığı və digər təhlükəli orqanizmlərin bioloji xüsusiyyətləri, yayılma yolları, xarakterik əlamətləri, profilaktik və mübarizə tədbirləri barədə geniş məlumat verilib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ilə bağlı maarifləndirici çap materialları paylanılıb.
Oxşar xəbərlər
AQTA sədri Şəmkirdə istixana təsərrüfatlarında olub
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Şəmkir rayonunda fəaliyyət göstərən “Shamkir Greenhouse” MMC və “AM Brothers Agro” MMC-nin istixana təsərrüfatlarında olub.
Ölkədə fəaliyyətinə icazə verilən heyvan bazarlarının sayı 22-ə çatdı - VİDEO
Qazax və Gədəbəy rayonlarında yerləşən heyvan bazarlarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib.
Ölkənin 33 rayon və şəhərində müasir heyvan kəsimi məntəqələri qurulmalıdır - VİDEO
Ət və ət məhsullarının təhlükəsizliyinin təmin edilməsi baxımından heyvanların kəsiminin müvafiq baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə cavab verən ixtisaslaşdırılmış kəsim məntəqələrində həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan monitorinqlər göstərir ki, hazırda ölkənin 33 rayon və şəhərində heyvan kəsimi məntəqəsi ya mövcud deyil, ya da fəaliyyət göstərmir. Əhalinin sıx məskunlaşdığı bu bölgələrdə heyvan kəsimi məntəqələrinin mövcud olmaması heyvanların kəsiminin əksər hallarda küçələrdə, yol kənarlarında həyata keçirilməsinə şərait yaradır. Bu da öz növbəsində kəsim prosesinin, eləcə də əldə olunan ət və ət məhsullarının təhlükəsizliyinə nəzarətin təmin edilməsində birbaşa çətinliklər yaradır.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş