İrandan idxal olunan bibər məhsulunda zərərli orqanizm aşkarlanıb
28 Mart 2023 16:28
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini davam etdirir.
Nəzarət tədbirləri çərçivəsində Agentliyin əməkdaşları “Nur Agro 2021” MMC tərəfindən İran İslam Respublikasından idxal olunan 5 ton 890 kiloqram rəngli bibər məhsulundan nümunələr götürərək təhlükəsizlik göstəricilərinin müəyyənləşdirilməsi məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edib. Müayinələr nəticəsində məhsulda karantin tətbiq edilən zərərli orqanizm olan qonur qırışıqlıq virusu aşkarlanıb.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. Karantin tətbiq olunan zərərli orqanizmlə sirayətlənmiş məhsul “Təhlükəli Tullantılar” MMC-yə məxsus poliqonda məhv edilib.
Oxşar xəbərlər
İsmayıllı rayonunda yerləşən alça bağında karantin tətbiq edilən qonur monilioz çürümə xəstəliyi aşkarlanıb
“Milli Monitorinq Planı”na uyğun olaraq ölkə ərazisində fitosanitar vəziyyətin müəyyənləşdirilməsi məqsədilə tumlu-çəyirdəkli meyvə bağlarında geniş miqyaslı monitorinqlər həyata keçirilir.
Ağstafada istifadəyə yararsız və qadağan olunmuş pestisidlərin xüsusi poliqonda zərərsizləşdirilməsi məqsədilə daşınması təmin olunub
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aidiyyəti dövlət qurumlarının və beynəlxalq ekspertlərin iştirakı ilə respublika ərazisində istifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərlə çirklənmiş ərazilərin mövcud vəziyyətinin ilkin qiymətləndirilməsi aparılmışdır.
Qonur monilioz çürümə xəstəliyinə qarşı mübarizə tədbirləri
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin regional bölmələrinin Bitki sağlamlığı və fitosanitar nəzarəti sektorunun əməkdaşları tərəfindən 2024-cü il üzrə “Milli Monitorinq Planı” çərçivəsində həyata keçirdikləri monitorinqlər zamanı tumlu-çəyirdəkli meyvə bağlarından götürülən nümunələrdə karantin tətbiq edilən Qonur monilioz çürümə xəstəliyinin aşkarlanma hallarına rast gəlinmişdir.