Pestisidlər anbarlarda necə saxlanılmalıdır?
8 Dekabr 2021 11:11
![Pestisidlər anbarlarda necə saxlanılmalıdır?](https://afsa.gov.az/resized/resize649/center/pages/3131/16824827025962.jpg)
![Pestisidlər anbarlarda necə saxlanılmalıdır?](https://afsa.gov.az/resized/resize649/center/pages/3131/16824827025963.jpg)
![Pestisidlər anbarlarda necə saxlanılmalıdır?](https://afsa.gov.az/resized/resize649/center/pages/3131/16824827025964.jpg)
![Pestisidlər anbarlarda necə saxlanılmalıdır?](https://afsa.gov.az/resized/resize649/center/pages/3131/16824827025965.jpg)
![Pestisidlər anbarlarda necə saxlanılmalıdır?](https://afsa.gov.az/resized/resize649/center/pages/3131/16824827025962.jpg)
![Pestisidlər anbarlarda necə saxlanılmalıdır?](https://afsa.gov.az/resized/resize649/center/pages/3131/16824827025963.jpg)
![Pestisidlər anbarlarda necə saxlanılmalıdır?](https://afsa.gov.az/resized/resize649/center/pages/3131/16824827025964.jpg)
![Pestisidlər anbarlarda necə saxlanılmalıdır?](https://afsa.gov.az/resized/resize649/center/pages/3131/16824827025965.jpg)
Bitki sağlamlığının təmin olunması və standartlara cavab verən, yüksək keyfiyyətli qida məhsullarının istehsalı, zəngin bitki örtüyünün qorunması və inkişaf etdirilməsi üçün istifadə olunan bitki mühafizə vasitələrinin − pestisidlərin və bioloji preparatların istehsalı, idxalı, ixracı, saxlanması və satışı ilə bağlı qaydalara əməl olunması zəruri əhəmiyyət kəsb edir.
Pestisidlər texniki təhlükəsizliyə və sanitariya-gigiyena tələblərinə uyğun olan, ən azı iki otaqdan ibarət xüsusi anbarlarda saxlanılmalı,eyni zamanda preparatların saxlanılması ətraf mühit, işçi heyət, yaxınlıqdakı yaşayış məntəqələrində insanlar və heyvanlar üçün təhlükəsiz qaydada həyata keçirilməlidir.
Pestisid saxlanılan anbarlarda termometr qoyulmalı, hər gün otağın temperaturuna (18-20°C) nəzarət edilməlidir. Həmçinin təyinatına, preparat formasına və təhlükə dərəcəsinə görə ayrı-ayrılıqda döşəmədən 20-25 santimetr hündürlükdə olmaqla, ştabellərdə və ya rəflərdə saxlanılmalıdır.
Anbarda olan preparatlar qorunmalı, birbaşa günəş işığından, rütubətdən, çirklənmədən və mexaniki zədələnmədən mühafizə edilməlidir. Bununla yanaşı anbarın havalandırılmasını mütəmadi tənzimləyən aspirator, həmçinin pestisidin növündən asılı olaraq, qaz sızmasını xəbər verən dedektor qoyulmalıdır. Toksikiliyi, yanğın təhlükəlilik dərəcəsi, partlayıcı xüsusiyyətləri yüksək olan pestisidlər qapalı dolabda saxlanılmalı və qapının üzərinə xəbərdarlıq loqosu asılmalıdır.
Pestisidlər yığılan anbarlarda mineral gübrələrin, ərzaq mallarının, yemin və sair təsərrüfat mallarının saxlanılması qadağandır.
Oxşar xəbərlər
![Bir sıra kartofçuluq təsərrüfatlarında karantin tətbiq edilən zərərli orqanizmlər aşkarlanıb](https://afsa.gov.az/resized/resize224/center/pages/9300/1717404874425.jpg)
Bir sıra kartofçuluq təsərrüfatlarında karantin tətbiq edilən zərərli orqanizmlər aşkarlanıb
AQTA Cəlilabad rayonunun Maşlıq, Əliqasımlı, Üçtəpə, Söyüdlü, Privolnaya, Ocaqlı, Bədirli, Qarazəncir, Kazımabad, Masallı rayonunun Ləngan, Əhmədli, Təklə kəndlərində yerləşən ümumilikdə 100 kartofçuluq təsərrüfatında monitorinqlər keçirib.
![İlkin istehsal sahələrində monitorinqlər davam etdirilir](https://afsa.gov.az/resized/resize224/center/pages/9190/1.jpg)
İlkin istehsal sahələrində monitorinqlər davam etdirilir
Qida Təhlükəsizliyi Agentliyi karantin tətbiq edilən və potensial təhlükə törədən müxtəlif zərərli orqanizmlərin aşkarlanması və yayılmasının qarşısını almaq məqsədilə bitkiçilik məhsullarının ilkin istehsalı təsərrüfatlarında mütəmadi olaraq müşahidə və monitorinqlər aparır.
![Pestisidlərdən istifadə qaydaları haqqında videoçarx hazırlanıb](https://afsa.gov.az/resized/resize224/center/pages/9072/3-pestisid-qaligi00-00-09-15still004.jpg)
Pestisidlərdən istifadə qaydaları haqqında videoçarx hazırlanıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qida məhsullarında pestisid qalıqlarına dair yeni videoçarx hazırlanıb.
![Bioloji aktiv qida məhsullarının idxalı zamanı riayət edilməsi vacib tələblər](https://img.youtube.com/vi/TUM1wv6QTHY/hqdefault.jpg)