Qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri davam etdirilir
27 Noyabr 2024 10:09
Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Qəhvəyi mərmər bağacığına qarşı bitki mühafizəsinə dair Tədbirlər Planı”nın icrası məqsədilə Qida Təhlükəsizliyi Agentliyi Qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması istiqamətində müvafiq fitosanitar nəzarət və maarifləndirmə tədbirlərini davam etdirir.
Tədbirlər çərçivəsində Qida Təhlükəsizliyi Agentliyinin, Daşkəsən Rayon İcra Hakimiyyətinin və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin yerli bölmələrinin əməkdaşlarının və rayon sakinlərinin iştirakı ilə görüş keçirilib.
Görüşdə Qəhvəyi mərmər bağacığının kütləvi aşkarlandığı ərazilərdə müvafiq mübarizə tədbirlərinin gücləndirilməsi, mümkün qışlama yerlərində müşahidələrin aparılması və zərərvericinin aşkarlandığı təqdirdə mexaniki yollarla məhv edilməsi, habelə mübarizə tədbirlərində vətəndaşların aktiv iştirakının zəruriliyi barədə məlumatlar verilib. Qəhvəyi mərmər bağacığına qarşı mübarizə yolları ilə bağlı maarifləndirici çap materialları paylanıb.
Oxşar xəbərlər
İçdiyimiz sular necə analiz olunur? – Qida Gözətçisi
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin “Qida Gözətçisi” layihəsinin ilk buraxılışı yayımlanıb. Video formatda olan layihədə istehlak üçün nəzərdə tutulan qablaşdırılmış suların analizlərindən bəhs olunub. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) laboratoriyalarında içməli suyun təhlükəsizlik və minimum keyfiyyət göstəricilərinin yoxlanılması məqsədilə müasir standartlara uyğun analizlər həyata keçirilir. Videoda içməli suyun mikrobioloji, radioloji, habelə tərkibindəki ağır metalların təyini, toksikoloji müayinələri haqqında ətraflı məlumat verilib. Habelə, içməli suyun etiket məlumatlarının doğruluğu məsələsinə də toxunulub. Laboratoriyada suyun tərkibi və keyfiyyətinin etiketdə göstərilən məlumatlarla müqayisə edilərək uyğunluğunun yoxlanılması prosesi barədə danışılıb. Analizlər AQTİ-nin Bakı Regional Sınaq Laboratoriyasında aparılıb. Qeyd edək ki, “Qida Gözətçisi” layihəsi qida məhsullarının analizinin qeyri-peşəkar və absurd yollarla deyil, yalnız laboratoriya şəraitində müasir standartlara uyğun elmi əsaslarla aparılmasının vacibliyinə diqqəti çəkmək məqsədi daşıyır. Belə ki, hansısa məhsulun xarici görünüşünə baxmaqla, yaxud primitiv üsullarla analiz etməklə onun təhlükəsizliyi və keyfiyyəti barədə fikir söyləmək olduqca yanlışdır. Qida məhsullarının təhlükəsizliyi və keyfiyyəti barədə yekun rəy bildirmək onun laborator şəraitdə müayinəsindən sonra mümkündür. Layihədə sudan əlavə, yağ, kolbasa, pendir, bal və s. bu kimi gündəlik istifadə olunan qida məhsullarının laboratoriya şəraitində müasir standartlara uyğun analizi istehlakçılara təqdim olunacaq.
Qaxda nöqsanlar aşkarlanan alkoqolsuz içki istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Qax rayonu, Qum kəndində fəaliyyət göstərən, fiziki şəxs Əliyev Cüməli İsgəndər oğluna məxsus alkoqolsuz içki istehsalı müəssisəsində planlı yoxlama keçirib. Baxış zamanı sanitariya norma və qaydaların, gigiyena normativlərinin tələblərinin pozulduğu aşkarlanıb. Belə ki, müəssisədə döşəmə və divar səthlərinin korroziyaya davamlı hamar və yuyulabilən materialla üzlənmədiyi, işçilərin əllərinin yuyulması üçün isti-soyuq su və yuyucu maddələrlə təmin edilmiş yuma sahəsinin ayrılmadığı, kanalizasiya xətlərinin çirklənmədən mühafizə edəcək şəkildə quraşdırılmadığı, yuyucu və dezinfeksiyaedici maddələrin saxlanması üçün xüsusi bölümün ayrılmadığı və digər nöqsanlar müəyyən edilib. Fakla bağlı qanunvericiliyə uyğun olaraq müəssisənin fəaliyyəti məhdudlaşdırılıb, sahibkarlıq subyekti inzibati məsuliyyətə cəlb edilib. Araşdırmalar davam etdirilir.
Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ölkədə heyvan kəsiminin normativ tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir. 2024-cü il 2-6 dekabr tarixlərində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhərində fəaliyyət göstərən 10 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar inzibati tədbir görülüb. Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati xəta haqqında protokol tərtib edilmiş məntəqələr aşağıdakılardır: № Sahibkarlıq subyekti Ünvan Görülən tədbir Bakı şəhəri üzrə 1. Qafarov Rafail Rafiq oğlu Yasamal rayonu, A.Abbasov küçəsi 16 İnzibati protokol tərtib edilib 2. Əliyev Ramiz Rasim oğlu Yasamal rayonu, A.M.Şərifzadə küçəsi İnzibati protokol tərtib edilib 3. Vəliyev Çingiz Fazil oğlu Yasamal rayonu, M.Seyidov küçəsi 19 İnzibati protokol tərtib edilib 4. Qurbanov Sənani Vəfadar oğlu Yasamal rayonu, D.Bünyadzadə küçəsi 232 İnzibati protokol tərtib edilib 5. Abdullayev Bəhruz Adil oğlu Yasamal rayonu, M.Xiyabani küçəsi 33 İnzibati protokol tərtib edilib 6. Tapdıqlı Elməddin Səfədar oğlu Yasamal rayonu, M.Xiyabani küçəsi İnzibati protokol tərtib edilib 7. Ağakişiyev Elşad Lətif oğlu Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İ.Nəbiyev küçəsi 1594 İnzibati protokol tərtib edilib 8. Soltanbəyli Rəşad Şahin oğlu Qaradağ rayonu, Lökbatan qəsəbəsi, V.Ələsgərov küçəsi 20 İnzibati protokol tərtib edilib 9. Quliyev Habil Ərşad oğlu Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi İnzibati protokol tərtib edilib 10. Vəliyev Səyyad Mürşüd oğlu Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi İnzibati protokol tərtib edilib