Qəhvəyi mərmər bağacığına qarşı tədbirlər davam etdirilir
21 Oktyabr 2025 16:29
Qida Təhlükəsizliyi Agentliyinin Gəncə-Daşkəsən regional bölməsinin fitosanitar müfəttişləri Qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri çərçivəsində Gəncə şəhərinin Gülüstan qəsəbəsində, Göygöl rayonunun Topalhəsənli, Qızılhacıllı, Firuzabad kəndlərində monitorinq keçirib.
Monitorinq zamanı aşkar edilmiş zərərvericilər məhv edilib, əhali ilə maarifləndirici söhbətlər aparılıb. Payız mövsümü ilə əlaqədar qışlamaya üstünlük verən zərərverici əsasən yaşayış evləri, ictimai iaşə obyektləri, təsərrüfat tikililəri və digər qapalı məkanlarda müşahidə olunduğu üçün mübarizədə fəal və diqqətli olmaları, müvafiq tədbirlər görmələri nəzərə çatdırılıb.
Oxşar xəbərlər
Yeni sanitariya norma və qaydaları təsdiq edilib
İstehlakçıların sağlamlığının qorunması, heyvan mənşəli qida məhsullarının minimum keyfiyyətinin və təhlükəsizliyinin beynəlxalq tələblərə uyğunlaşdırılması və qida zəncirində çarpaz çirklənmə risklərinin minimuma endirilməsi məqsədilə yeni normativ hüquqi aktlar təsdiq edilib.
Qəhvəyi mərmər bağacığı ilə mübarizə tədbirləri çərçivəsində Xaçmazda İşçi Qrupunun iclası keçirilib
Ölkə ərazisində qəhvəyi mərmər bağacığının (QMB) yayılmasının qarşısını almaq üçün kompleks bitki mühafizəsi tədbirləri davam edir. Məsələ ilə bağlı Nazirlər Kabinetinin Sərəncamından irəli gələrək yaradılan İşçi qrupun növbəti iclası Xaçmazda keçirilib.
Uyğunsuzluq aşkarlanan yağ məhsulu partiyaları ilə bağlı müvafiq tədbirlər görülüb
AQTA tərəfindən aparılan nəzarət tədbirləri çərçivəsində ölkəyə idxal olunan yağ məhsulu partiyalarında uyğunsuzluqlar aşkar edilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş