Qoşqar Təhməzli Belarus Respublikasının kənd təsərrüfatı və ərzaq naziri Krupko İvan İvanoviçlə görüşüb
13 Aprel 2021 17:55
Aprelin 13-də Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Belarus Respublikasının kənd təsərrüfatı və ərzaq naziri Krupko İvan İvanoviçlə görüşüb.
AQTA ilə Belarus Respublikasının Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi arasında əməkdaşlığın genişləndirilməsindən məmnunluğunu ifadə edən Qoşqar Təhməzli son dövrlərdə Azərbaycanda qida təhlükəsizliyinin təmin olunması və inkişafı istiqamətində həyata keçirilən tədbirlər və qəbul olunmuş qərarlar barədə qonaqlara ətraflı məlumat verib. Agentlik sədri ölkəmizdə heyvan sağlamlığının təmin olunması, baytarlıq nəzarəti sahəsində işin daha səmərəli təşkili və heyvanların identifikasiyası sisteminin qurulması ilə bağlı görülən tədbirlərdən danışıb. Bildirib ki, heyvan sağlamlığının təmin olunması sahəsində əməkdaşlığın genişləndirilməsi, baytarlıq dərmanlarının istehsalında Belarus Respublikasının təcrübəsinin öyrənilməsi, həmçinin qida təhlükəsizliyi sahəsində informasiya sistemlərinin inteqrasiyası iki ölkə arasında münasibətlərin inkişafına yeni töhfələr verəcəkdir.
Belarus Respublikasının kənd təsərrüfatı və ərzaq naziri Krupko İvan İvanoviç iki ölkə arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu qeyd edib və heyvan sağlamlığı, baytarlıq dərmanları, yem və yem əlavələrinin tədqiqi və qeydiyyatı, o cümlədən elmi-tədqiqat mərkəzləri arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
Görüşdə Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında qida məhsullarının idxal-ixrac əməliyyatları zamanı tətbiq olunan nəzarət tədbirləri müzakirə olunub. Qida təhlükəsizliyi, baytarlıq və fitosanitariya sahəsində Belarus Respublikasının ixtisaslaşmış universitetləri ilə birgə təlim və seminarların təşkilinə dair fikir mübadiləsi aparılıb.
Sonda Belarus Respublikasının kənd təsərrüfatı və ərzaq naziri Krupko İvan İvanoviç AQTA sədri Qoşqar Təhməzlini bu ilin 1-5 iyun tarixlərində keçiriləcək "Belagro" sərgisinə dəvət edib.
Oxşar xəbərlər
Fındıq bağlarında fitosanitar monitorinqlər aparılıb
Qida Təhlükəsizliyi Agentliyinin Şəki-Zaqatala regional bölməsi tərəfindən Milli Monitorinq Planı çərçivəsində region ərazisində yerləşən fındıq bağlarında fitosanitar monitorinqlər aparılıb. Monitorinqlər zamanı əsas diqqət karantin tətbiq edilən Qəhvəyi mərmər bağacığının aşkarlanmasına və ona qarşı fitosanitar tədbirlərin gücləndirilməsinə yönəldilib. Bu məqsədlə Zaqatala rayonundan Danaçı, Fındıqlı, Maqov, Dağlı, Muğanlı, Faldarlı, 3-cü Tala kəndlərində, Balakən rayonundan isə İtitala, Xalatala, Gərəkli, Poçtbinə, Mazımqara, Şərif, Yeni Şərif kəndlərində yerləşən bağ sahələrində müşahidələr aparılıb və xüsusi feromon tələlər quraşdırılıb. Zərərverici aşkarlanmış sahələrdə aqrotexniki və biotexniki tədbirlər barədə fermerlər və aidiyyəti qurumlar operativ şəkildə məlumatlandırılıb, zəruri fitosanitar tədbirlərin həyata keçirilməsi tövsiyə olunub.
Meyvə bağlarında fitosanitar monitorinqlər davam etdirilir
Milli Monitorinq Planına uyğun olaraq, Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları ölkə ərazisində zərərli orqanizmlərin vaxtında aşkarlanması və yayılmasının qarşısının alınması məqsədilə fitosanitar monitorinqlər keçirib. Monitorinqlər Göyçay rayonunun Potu, Hüngütlü, Mallı - Şıxlı, Məlikkənd, Ləkçıplaq və Ağdaş rayonunun Ərəbocağı, Nehrəxəlil, Yeniarx kəndləri, habelə Saatlı rayonunun Sarısu ərazisi, Hacıqasımlı kəndində, Sabirabad rayonunun Bulduq və Nizami kəndlərində, həmçinin Beyləqan rayonunun Türklər kəndi ərazisində yerləşən meyvə bağları və bitkiçilik təsərrüfatlarını əhatə edib.
Bərdə, Ağcabədi və Tərtərdə fitosanitar monitorinqlər keçirilib
Milli Monitorinq Planına uyğun olaraq, Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları ölkə ərazisində zərərli orqanizmlərin vaxtında aşkarlanması və yayılmasının qarşısının alınması məqsədilə fitosanitar monitorinqlər keçirib. Monitorinqlər Bərdə rayonunun Qazıqurdalı, Samuxlu, Qaraqoyunlu və Qaradəmirçilər kəndlərində, Ağcabədi rayonunun Minaxorlu kəndi və Hindarx qəsəbəsində, həmçinin Tərtər rayonunun Borsunlu, Hacıqərvənd, Xoruzlu və Kəngərli kəndlərində yerləşən meyvə bağları və bitkiçilik təsərrüfatlarını əhatə edib. Təsərrüfat sahibləri ilə maarifləndirici söhbətlər aparılıb, onlara karantin tətbiq edilən zərərli orqanizmlər, mübarizə tədbirləri, eləcə də pestisidlərdən istifadə zamanı təhlükəsizlik qaydalarına əməl olunmasının vacibliyi barədə ətraflı məlumat verilib. Monitorinqlər çərçivəsində Qəhvəyi mərmər bağacığına qarşı feromon tələlər asılıb. Eyni zamanda sirayətlənmə əlamətləri müşahidə edilən təsərrüfatlardan nümunələr götürülərək müvafiq laboratoriyalara təqdim olunub.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş