Rusiya ərazisindən fitosanitar nəzarətində olan yüklərin tranzit daşınmasına icazə verilib
29 Yanvar 2021 18:48
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) müraciəti əsasında Rusiya Federasiyasının müvafiq qurumu tərəfindən ölkəmizdən ixrac olunan fitosanitar nəzarətində olan yüklərin bu ölkənin ərazisindən tranzit keçməsinə icazə verilib. Belə ki, Avrasiya İqtisadi Birliyinin (AAİB) Gömrük İttifaqı Komissiyasının gömrük sərhədində karantin fitosanitar nəzarəti proseduruna uyğun olaraq, yüklərin Rusiya Federasiyası ərazisindən digər ölkələrə keçməsi məsələsi öz müsbət həllini tapıb.
Oxşar xəbərlər
AQTA yanında Məşvərət Şurasının üzvü pestisidlərin təhlükəsiz istifadəsi ilə bağlı vacib məqamlara diqqət çəkib - VİDEO
Pestisidlərin, aqrokimyəvi maddələrin və gübrələrin keyfiyyətinin qorunması, eləcə də onların təhlükəsizliyinin təmin edilməsi üçün düzgün saxlanılması və elmi əsaslara uyğun tətbiqi mühüm əhəmiyyət daşıyır. Bu məhsullar istehsalçının müəyyən etdiyi temperatur və rütubət şəraitində, müvafiq tələblərə cavab verən xüsusi anbarlarda və orijinal qablaşdırmalarında saxlanılmalıdır. Bu fikirləri Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi yanında Məşvərət Şurasının üzvü, Azərbaycan Gübrə İstehsalçıları və İdxalatçıları Assosiasiyasının üzvü Mehmet Manavoğlu bildirib. Onun sözlərinə görə, saxlanma və tətbiq qaydalarına düzgün riayət edilməsi aqrokimyəvi məhsulların keyfiyyətinin qorunmasına, insan sağlamlığına və ətraf mühitə yarana biləcək risklərin minimuma endirilməsinə xidmət edir. Ətraflı:
Qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə tədbirləri davam etdirilir
Qəhvəyi mərmər bağacığının yayılmasının qarşısının alınması istiqamətində Şəki-Zaqatala regionunda növbəti tədbirlər keçirilib. Tədbirlər çərçivəsində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları yaşayış məntəqələrində, təhsil müəssisələrində, ictimai yerlərdə və aqrar təsərrüfatlarda əhali ilə maarifləndirici görüşlər təşkil edib. Görüşlərdə zərərvericinin yayılma xüsusiyyətləri, kənd təsərrüfatına vurduğu zərər və mübarizə üsulları barədə məlumat verilib. Qəhvəyi mərmər bağacığının qışlamaq üçün yaşayış evlərinə, anbarlara, tövlələrə və digər qapalı məkanlara sığındığı diqqətə çatdırılıb. Bildirilib ki, payız-qış dövründə mexaniki mübarizə tədbirlərinin aparılması böyük əhəmiyyət daşıyır, aşkar edilən zərərvericilərin toplanaraq məhv edilməsi onların çoxalmasının qarşısını alır. Qeyd edək ki, qəhvəyi mərmər bağacığına qarşı mübarizə ilboyu diqqətdə saxlanılmalı, xüsusilə qış dövründə mexaniki mübarizə tədbirləri davamlı həyata keçirilməlidir. Hər bir vətəndaşın bu prosesdə fəal iştirakı mübarizənin səmərəliliyini artıracaq və kənd təsərrüfatı məhsullarının qorunmasına mühüm töhfə verəcək.
Fermer: Birgə mübarizə tədbirləri zərərvericinin yayılmasının qarşısının alınmasına böyük töhfə verəcək – VİDEO
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qəhvəyi mərmər bağacığının ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir. Bu çərçivədə növbəti maarifləndirici videoçarx hazırlanıb. Videomüraciətdə fermerlərin zərərverici ilə mübarizədə iştirakı, qışlama dövründə onun aşkar edilərək məhv edilməsinin əhəmiyyəti vurğulanır. Bildirilir ki, 300-dən çox bitki növü ilə qidalanan qəhvəyi mərmər bağacığı kənd təsərrüfatına ciddi ziyan vura bilər. AQTA əhalini və fermerləri zərərvericiyə qarşı mübarizədə fəal olmağa, qışlama yerlərində aşkar edilən bağacıqları zərərsizləşdirməyə çağırır. Qışlama dövründə aparılan mübarizə tədbirləri zərərvericinin sayının azalmasına və növbəti mövsümdə yayılmasının qarşısının alınmasına mühüm töhfə verir. Daha ətraflı:
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş