Heyvanların identifikasiyası nə üçün vacibdir? - VİDEO
14 İyul 2026 14:17
Bir heyvanın yeri, aldığı peyvəndlər və keçirdiyi xəstəliklər bir neçə saniyə ərzində müəyyən edilə bilər. Bu, heyvanların identifikasiyası və qeydiyyatı sistemi sayəsində mümkündür.
Kənd təsərrüfatı heyvanlarının identifikasiyası qanunvericiliyin tələbidir və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi — AQTİS vasitəsilə həyata keçirilir.
İdentifikasiya sistemi "Fermadan süfrəyə" prinsipi üzrə qida təhlükəsizliyi zəncirinin etibarlı fəaliyyətini təmin edir.
Heyvan itirildikdə və ya oğurlandıqda identifikasiya sistemi heyvan sahibinin müəyyən edilməsinə və məlumatların hüquqi sübut kimi istifadə olunmasına imkan yaradır.
Heyvanların identifikasiyası sadəcə nişanlama deyil. Bu, sağlam heyvanların, təhlükəsiz qidanın və etibarlı baytarlıq nəzarətinin əsas şərtidir.
Daha ətraflı:
Oxşar xəbərlər
Qoşqar Təhməzli “ATS Food” MMC-nin fəaliyyəti ilə tanış olub
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli avqust ayının 13-də “ATS Food” MMC-nin “Bismak” əmtəə nişanlı istehsal xəttinin fəaliyyəti ilə tanış olub. Müəssisədə istehsal prosesinin müxtəlif mərhələləri, tətbiq olunan texnologiyalar, unlu qənnadı və digər qənnadı məmulatlarının emalı və qablaşdırılması proseslərini izləyib.
Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qida təhlükəsizliyinin təmin olunması, baytarlıq-sanitariya və sanitariya-gigiyena qaydalarına əməl olunmasına nəzarət məqsədilə respublika üzrə fəaliyyət göstərən kəsim məntəqələrində növbəti monitorinqlər həyata keçirilib.
Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində Malayziya mənşəli bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş