Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
20 Avqust 2024 09:34
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ölkədə heyvan kəsiminin normativ tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
2024-cü il 12-15 avqust tarixlərində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhəri və Abşeron, Masallı, Lənkəran rayonlarında fəaliyyət göstərən 14 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar inzibati tədbir görülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati xəta haqqında protokol tərtib edilmiş məntəqələr aşağıdakılardır:
|
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Görülən tədbir |
|
Bakı |
|||
|
|
Əzizov Eldar Yaşıl oğlu |
Qaradağ rayonu, Müşviqabad qəsəbəsi |
İnzibati protokol tərtib edilib |
|
|
Orucov İlyas Həsən oğlu |
Qaradağ rayonu, Müşviqabad qəsəbəsi |
İnzibati protokol tərtib edilib |
|
|
Zahidov Zabit Telman oğlu |
Nərimanov rayonu, İ.Dadaşov küçəsi 52 |
İnzibati protokol tərtib edilib |
|
|
Məmmədov Əzməmməd Məmməd oğlu |
Nərimanov rayonu, Atatürk prospekti 41 |
İnzibati protokol tərtib edilib |
|
|
Axundov Pərviz Fikrət oğlu |
Nərimanov rayonu, F.X.Xoyski küçəsi 110 |
İnzibati protokol tərtib edilib |
|
|
Nağıyev Elşad Nağı oğlu |
Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci massiv |
İnzibati protokol tərtib edilib |
|
|
Həsənov Murad Hidayət oğlu |
Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsi |
İnzibati protokol tərtib edilib |
|
|
Əhmədov Mahmud Fətiş oğlu |
Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsi |
İnzibati protokol tərtib edilib |
|
|
Soltanbəyli Rəşad Şahin oğlu |
Qaradağ rayonu, Lökbatan qəsəbəsi, V.Əsgərov küçəsi 20 |
İnzibati protokol tərtib edilib |
|
|
Atakişiyev Elşən Lətif oğlu |
Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İ.Nəbiyev küçəsi |
İnzibati protokol tərtib edilib |
|
Abşeron |
|||
|
|
Yusifov Cəbrayıl Çərkəz oğlu |
Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi |
İnzibati protokol tərtib edilib |
|
|
Seyidələsgərov Sədrəddin Adil oğlu |
Xırdalan şəhəri, H.Əliyev prospekti |
İnzibati protokol tərtib edilib |
|
Masallı |
|||
|
|
Məmmədxanov Emin Hümmət oğlu |
20 Yanvar küçəsi |
İnzibati protokol tərtib edilib |
|
Lənkəran |
|||
|
|
Həsənov Atəş Əhmədağa oğlu |
Koroğlu küçəsi |
İnzibati protokol tərtib edilib |
Oxşar xəbərlər
Ölkədə fəaliyyətə başlayan heyvan bazarlarının sayı 20-yə çatıb
Cəlilabad və Zaqatala rayonlarında yerləşən heyvan bazarlarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib. Bazar əraziləri asfaltlanıb, heyvanların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə rampalar və çardaqlar quraşdırılıb. Eyni zamanda, baytar həkimlərin nəzarəti həyata keçirməsi üçün xüsusi məntəqə yaradılıb. Aparılan qiymətləndirmə nəticəsində heyvan bazarında bioloji təhlükəsizlik və dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi üçün zəruri şəraitin yaradıldığı müəyyən edilib. Bundan başqa yeni tikilən və yenidən qurulan heyvan bazarlarında identifikasiya sisteminin tətbiqi üçün də şərait təmin olunub. Bu sistem heyvanların təsərrüfatlar arasında, eləcə də təsərrüfatlardan kəsimxanalara qədər izlənilməsinə imkan verir. Qeyd edək ki, ölkə üzrə artıq 20 heyvan bazarı AQTA Kollegiyasının 50 nömrəli Qərarı ilə təsdiq edilmiş “Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları”na uyğun yenidən qurularaq istifadəyə verilib. Hazırda ölkənin bir sıra heyvan bazarlarında yenidənqurma və abadlaşdırma işləri davam etdirilir. Link:
Heyvanların uçotu və qeydiyyatı üzrə tədbirlər davam etdirilir - VİDEO
Heyvanların fərdi uçotunun aparılması və qeydiyyatının təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir. Növbəti tədbir Bərdə rayonunda fəaliyyət göstərən təsərrüfatlardan birində həyata keçirilib. Burada saxlanılan 200 baş heyvana fərdi birkalar vurulub, onların nömrələri üzrə müvafiq məlumatlar qeydiyyata alınıb. Proses baytar həkim tərəfindən həyata keçirilib və təsərrüfatda mövcud heyvanların uçota alınması təmin edilib. Heyvanların fərdi uçotu onların hərəkətinin izlənilməsi, baytarlıq nəzarətinin gücləndirilməsi, eləcə də epizootik sabitliyin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Qeyd edək ki, təsərrüfatlarda heyvanların uçotunun dəqiqləşdirilməsi və baytarlıq xidmətlərinin səmərəliliyinin artırılması məqsədilə bu istiqamətdə tədbirlər mütəmadi olaraq həyata keçirilir. Daha ətraflı:
Arıçılıq təsərrüfatlarında epizootoloji monitorinqlər keçiriləcək
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən arıçılıq təsərrüfatlarında bioloji təhlükəsizliyin təmin edilməsi, arılar arasında xüsusi təhlükəli, ekzotik, infeksion və invazion xəstəliklərin erkən aşkarlanması məqsədilə epizootoloji monitorinqlər keçiriləcək.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş