Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
23 Yanvar 2023 15:29
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
18-19 yanvar tarixlərində Agentlik əməkdaşları tərəfindən respublika üzrə fəaliyyət göstərən ət satışı və heyvan kəsimi məntəqələrində aparılan monitorinqlər zamanı Bakı şəhəri və Masallı, Xaçmaz rayonlarında bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 20 heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb, 1 məntəqədə kəsim qurğuları sökülüb, 11 məntəqədə isə yenidən bərpa edilmiş qanunsuz metal konstruksiyalar təkrarən sökülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati protokol tərtib edilmiş və ya qanunsuz metal konstruksiyaları sökülən məntəqələr aşağıdakılardır:
|
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Görülən tədbir |
|
Bakı şəhəri üzrə |
|||
|
1. |
Quliyev Faiq Akif oğlu |
Nizami rayonu, C.Naxçıvanski küçəsi 180b |
İnzibati protokol tərtib edilib və yenidən bərpa edilmiş qurğular sökülüb |
|
2. |
Zərbalıyev Rəcəb İntizam oğlu |
Nizami rayonu, B. Nuriyev küçəsi 5 |
İnzibati protokol tərtib edilib və yenidən bərpa edilmiş qurğular sökülüb |
|
3. |
Hüseynov Şöhrət Xəlil oğlu |
Nizami rayonu, B.Nuriyev küçəsi 12 |
İnzibati protokol tərtib edilib və yenidən bərpa edilmiş qurğular sökülüb |
|
4. |
Əliyev Ceyhun Faiq oğlu |
Xəzər rayonu, Mərdəkan qəs., B.Əliyev küçəsi 15 |
Yenidən bərpa edilmiş qurğular sökülüb |
|
5. |
Əsədullayev Zaur Əhmədəli oğlu |
Xəzər rayonu, Mərdəkan qəs., S.Yesenin küçəsi |
Yenidən bərpa edilmiş qurğular sökülüb |
|
6. |
Hüseynov Hacı Nəcəf oğlu |
Xəzər rayonu, Mərdəkan qəs., S.Yesenin küçəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
|
7. |
Abdullayev Rauf Hümbət oğlu |
Xəzər rayonu, Mərdəkan qəs., S.Yesenin küçəsi |
İnzibati protokol tərtib edilib |
|
8. |
Həsənov Araz Cəlal oğlu |
Xəzər rayonu, Mərdəkan qəs., S.Yesenin küçəsi |
Yenidən bərpa edilmiş qurğular sökülüb |
|
9. |
Abdullayev Nicat Cəlal oğlu |
Xəzər rayonu, Mərdəkan qəs., S.Yesenin küçəsi 108 |
İnzibati protokol tərtib edilib |
|
10. |
Abdullayev Nicat Cəlal oğlu |
Xəzər rayonu, Mərdəkan qəs., R.Cəfərov küçəsi |
İnzibati protokol tərtib edilib |
|
11. |
Ağayev Böyükağa Mirəhəd oğlu |
Xəzər rayonu, Mərdəkan qəs., R.Cəfərov küçəsi |
İnzibati protokol tərtib edilib |
|
12. |
Abdullayev Bahadur Yahya oğlu |
Xəzər rayonu, Mərdəkan qəs., S.Yesenin küçəsi 92f |
İnzibati protokol tərtib edilib |
|
13. |
Fərzəliyev Zaur Firudun oğlu |
Xəzər rayonu, Mərdəkan qəs., R.Cəfərov küçəsi |
İnzibati protokol tərtib edilib |
|
14. |
Əliyev Dəyanət Rza oğlu |
Xəzər rayonu, Mərdəkan qəs., S.Yesenin küçəsi 161 |
İnzibati protokol tərtib edilib |
|
15. |
Quliyev Turab Əli oğlu |
Nizami rayonu, E.Süleymanov küçəsi 126 |
İnzibati protokol tərtib edilib və yenidən bərpa edilmiş qurğular sökülüb |
|
16. |
Hüseynov Vüqar Sədrəddin oğlu |
Nizami rayonu, Naxçıvanski küçəsi |
İnzibati protokol tərtib edilib və yenidən bərpa edilmiş qurğular sökülüb |
|
17. |
Baloğlanov Təvəkkül İsrafil oğlu |
Nizami rayonu, Naxçıvanski küçəsi |
İnzibati protokol tərtib edilib və yenidən bərpa edilmiş qurğular sökülüb |
|
18. |
İsalı Akif İsalı oğlu |
Nizami rayonu, Naxçıvanski küçəsi 466 |
İnzibati protokol tərtib edilib və yenidən bərpa edilmiş qurğular sökülüb |
|
19. |
Tağıyev Rəşad Ədalət oğlu |
Nizami rayonu, E.Süleymanov küçəsi 166B |
İnzibati protokol tərtib edilib və yenidən bərpa edilmiş qurğular sökülüb |
|
Masallı rayonu üzrə |
|||
|
20. |
Feyzullayev Amil Tofiq oğlu |
20 Yanvar küçəsi |
İnzibati protokol tərtib edilib |
|
21. |
Əliyev Mirdamət Mirkərim oğlu |
20 Yanvar küçəsi |
İnzibati protokol tərtib edilib |
|
22. |
Abbasov Təvəkkül Təsadüf oğlu |
20 Yanvar küçəsi |
İnzibati protokol tərtib edilib |
|
Xaçmaz rayonu üzrə |
|||
|
23. |
Məlikməmmədov Rəşad İlyas oğlu |
Köhnə Xaçmaz kəndi |
İnzibati protokol tərtib edilib |
|
24. |
Ağayev Nizami Əmirağa oğlu |
Köhnə Xaçmaz kəndi |
İnzibati protokol tərtib edilib |
AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.
Oxşar xəbərlər
Ölkədə fəaliyyətə başlayan heyvan bazarlarının sayı 20-yə çatıb
Cəlilabad və Zaqatala rayonlarında yerləşən heyvan bazarlarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib. Bazar əraziləri asfaltlanıb, heyvanların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə rampalar və çardaqlar quraşdırılıb. Eyni zamanda, baytar həkimlərin nəzarəti həyata keçirməsi üçün xüsusi məntəqə yaradılıb. Aparılan qiymətləndirmə nəticəsində heyvan bazarında bioloji təhlükəsizlik və dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi üçün zəruri şəraitin yaradıldığı müəyyən edilib. Bundan başqa yeni tikilən və yenidən qurulan heyvan bazarlarında identifikasiya sisteminin tətbiqi üçün də şərait təmin olunub. Bu sistem heyvanların təsərrüfatlar arasında, eləcə də təsərrüfatlardan kəsimxanalara qədər izlənilməsinə imkan verir. Qeyd edək ki, ölkə üzrə artıq 20 heyvan bazarı AQTA Kollegiyasının 50 nömrəli Qərarı ilə təsdiq edilmiş “Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları”na uyğun yenidən qurularaq istifadəyə verilib. Hazırda ölkənin bir sıra heyvan bazarlarında yenidənqurma və abadlaşdırma işləri davam etdirilir. Link:
Heyvanların uçotu və qeydiyyatı üzrə tədbirlər davam etdirilir - VİDEO
Heyvanların fərdi uçotunun aparılması və qeydiyyatının təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir. Növbəti tədbir Bərdə rayonunda fəaliyyət göstərən təsərrüfatlardan birində həyata keçirilib. Burada saxlanılan 200 baş heyvana fərdi birkalar vurulub, onların nömrələri üzrə müvafiq məlumatlar qeydiyyata alınıb. Proses baytar həkim tərəfindən həyata keçirilib və təsərrüfatda mövcud heyvanların uçota alınması təmin edilib. Heyvanların fərdi uçotu onların hərəkətinin izlənilməsi, baytarlıq nəzarətinin gücləndirilməsi, eləcə də epizootik sabitliyin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Qeyd edək ki, təsərrüfatlarda heyvanların uçotunun dəqiqləşdirilməsi və baytarlıq xidmətlərinin səmərəliliyinin artırılması məqsədilə bu istiqamətdə tədbirlər mütəmadi olaraq həyata keçirilir. Daha ətraflı:
Arıçılıq təsərrüfatlarında epizootoloji monitorinqlər keçiriləcək
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən arıçılıq təsərrüfatlarında bioloji təhlükəsizliyin təmin edilməsi, arılar arasında xüsusi təhlükəli, ekzotik, infeksion və invazion xəstəliklərin erkən aşkarlanması məqsədilə epizootoloji monitorinqlər keçiriləcək.
Giriş