Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
7 Fevral 2023 11:31
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
6 fevral tarixində Agentlik əməkdaşları tərəfindən respublika üzrə fəaliyyət göstərən ət satışı və heyvan kəsimi məntəqələrində aparılan monitorinqlər zamanı Bakı şəhərində bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 16 heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb, 1 məntəqədə isə yenidən bərpa edilmiş qanunsuz metal konstruksiyalar təkrarən sökülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati protokol tərtib edilmiş və ya qanunsuz metal konstruksiyaları sökülən məntəqələr aşağıdakılardır:
|
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Görülən tədbir |
|
Bakı şəhəri üzrə |
|||
|
1. |
Abdullayev Eldəniz Salam oğlu |
Suraxanı rayonu, Yeni Günəşli qəs., “Q” massivi |
İnzibati protokol tərtib edilib |
|
2. |
Kamalzadə Taleh Elşən oğlu |
Suraxanı rayonu, Yeni Günəşli qəs., “V” massivi |
İnzibati protokol tərtib edilib |
|
3. |
Pənəliyev Tehran Novruz oğlu |
Suraxanı rayonu, Yeni Günəşli qəs., “V” massivi |
İnzibati protokol tərtib edilib və yenidən bərpa edilmiş qurğular sökülüb |
|
4. |
Məmmədov Asif Kamal oğlu |
Suraxanı rayonu, Yeni Günəşli qəs., S.Cəfərov küçəsi |
İnzibati protokol tərtib edilib |
|
5. |
Qurbanov Süleyman Qurban oğlu |
Suraxanı rayonu, Yeni Günəşli qəs., “V” massivi |
İnzibati protokol tərtib edilib |
|
6. |
Əliyev Qiyas İlham oğlu |
Suraxanı rayonu, Yeni Günəşli qəs., “V” massivi |
İnzibati protokol tərtib edilib |
|
7. |
Quliyev Ənsər Faiq oğlu |
Suraxanı rayonu, Yeni Günəşli qəs., “AB” massivi |
İnzibati protokol tərtib edilib |
|
8. |
Sultanov Qavər Sultanpaşa oğlu |
Suraxanı rayonu, Yeni Günəşli qəs., “D” massivi |
İnzibati protokol tərtib edilib |
|
9. |
Bəyişov Zaur Nəbi oğlu |
Suraxanı rayonu, Yeni Günəşli qəs., “AB” massivi |
İnzibati protokol tərtib edilib |
|
10. |
Şahverdiyev Rauf Fazil oğlu |
Qaradağ rayonu, Sahil qəs., M.Seyid küçəsi |
İnzibati protokol tərtib edilib |
|
11. |
Şahverdiyev Ərəstun Fazil oğlu |
Qaradağ rayonu, Sahil qəs., M.Seyid küçəsi |
İnzibati protokol tərtib edilib |
|
12. |
Ağayev Fikrət Barat oğlu |
Qaradağ rayonu, Sahil qəs., N.Mustafayev küçəsi |
İnzibati protokol tərtib edilib |
|
13. |
Ələkbərov Xosrov Bafadar oğlu |
Qaradağ rayonu, Sahil qəs., E.Quliyev küçəsi |
İnzibati protokol tərtib edilib |
|
14. |
Şahməmmədov Ədalət Məhəmməd oğlu |
Qaradağ rayonu, Sahil qəs., Ş.Əsgərov küçəsi |
İnzibati protokol tərtib edilib |
|
15. |
Quliyev Habil Ərşad oğlu |
Qaradağ rayonu, Sahil qəs., M.Seyid küçəsi |
İnzibati protokol tərtib edilib |
|
16. |
Vəliyev Səyyad Mürşüd oğlu |
Qaradağ rayonu, Sahil qəs., M.Seyid küçəsi |
İnzibati protokol tərtib edilib |
AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.
Oxşar xəbərlər
İdentifikasiya sistemi üzrə təcrübə mübadiləsi aparılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə Macarıstanın Qida Zənciri Təhlükəsizliyi Qurumu arasında heyvan sağlamlığı sahəsində qanunvericilik və institusional təcrübənin öyrənilməsinə həsr olunmuş onlayn görüş keçirilib. Görüşdə Macarıstanda heyvanların identifikasiyası və qeydiyyatı sisteminin hüquqi və institusional əsasları, tətbiqi və idarə olunması mexanizmləri, mövcud vəziyyəti, izlənmənin təmin olunması və digər məsələlər barədə məlumatlar təqdim edilib. Eyni zamanda, heyvan xəstəliklərinin vaxtında aşkarlanması və qarşısının alınması, eləcə də heyvan mənşəli məhsulların izləniləbilənliyinin təmin edilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Sonda tərəflər qarşılıqlı əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəliblər.
Təkdırnaqlı heyvanlar arasında epizootoloji monitorinqlər keçirilib - VİDEO
Ölkə ərazisində epizootik sabitliyin qorunması, xüsusi təhlükəli heyvan xəstəliklərinin vaxtında aşkarlanması və yayılmasının qarşısının alınması Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əsas fəaliyyət istiqamətlərindəndir. Bu çərçivədə AQTA tərəfindən noyabrın 16-dan 20-dək respublika ərazisində təkdırnaqlı heyvanlar arasında epizootoloji monitorinqlər keçirilib. Monitorinqlər zamanı müxtəlif xəstəliklər üzrə epizootoloji vəziyyətin qiymətləndirilməsi məqsədilə heyvanların kliniki müayinəsi aparılıb, laborator müayinələr üçün diaqnostik nümunələr götürülüb, saxlanma yerlərinin baytarlıq-sanitariya vəziyyəti yoxlanılıb. Eyni zamanda, heyvan sahibləri arasında baytarlıq norma və qaydalarına riayət olunması, xəstəliklərin profilaktikası və biotəhlükəsizlik tədbirlərinin əhəmiyyəti ilə bağlı maarifləndirmə işləri aparılıb.
Tərtərdə iri və xırdabuynuzlu heyvanların identifikasiyası ilə bağlı tədbir keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Qarabağ regional bölməsi Tərtər rayonunda yerli icra nümayəndələri və bələdiyyə üzvlərinin iştirakı ilə iri və xırdabuynuzlu heyvanların dövlət hesabına identifikasiyasının aparılması ilə bağlı maarifləndirici tədbir keçirib. Görüşdə “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan hədəflər diqqətə çatdırılıb. Bildirilib ki, heyvanların elektron uçotu onların mənşəyinin və doğulandan kəsiminədək izlənilməsinə, baytarlıq nəzarətinin gücləndirilməsinə və heyvan mənşəli məhsulların təhlükəsizliyinin təmin edilməsinə mühüm töhfə verəcək. Bu baxımdan rayonun kənd və qəsəbələrində heyvandarlıq təsərrüfatlarının qeydiyyata alınması və izlənmənin düzgün təmin edilməsi mühüm əhəmiyyət daşıyır. Tədbirdə həmçinin heyvanların identifikasiyasının təşkili, eləcə də məlumatların Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sisteminə daxil edilməsi qaydaları izah olunub, yaradılmış modul və portalın təqdimatı keçirilib. Sonda iştirakçıların sualları cavablandırılıb, qarşıdakı vəzifələrin icrasında birgə, koordinasiyalı fəaliyyətin vacibliyi vurğulanıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş