Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
15 Fevral 2023 12:14
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
14 fevral tarixində Agentlik əməkdaşları tərəfindən respublika üzrə fəaliyyət göstərən ət satışı və heyvan kəsimi məntəqələrində aparılan monitorinqlər zamanı Bakı şəhəri və Şamaxı, Xaçmaz rayonlarında bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 21 heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb, 3 məntəqədə isə yenidən bərpa edilmiş qanunsuz metal konstruksiyalar təkrarən sökülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati protokol tərtib edilmiş və ya qanunsuz metal konstruksiyaları sökülən məntəqələr aşağıdakılardır:
|
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Görülən tədbir |
|
Bakı şəhəri üzrə |
|||
|
1. |
Novruzov Namiq Nazim oğlu |
Xətai rayonu, Q.Nəbi küçəsi 62-10 |
İnzibati protokol tərtib edilib |
|
2. |
Fərzəliyev Xəyal Bəxtiyar oğlu |
Xətai rayonu, Q.Nəbi küçəsi 4 |
İnzibati protokol tərtib edilib və yenidən bərpa edilmiş qurğular sökülüb |
|
3. |
Bayramov Sərxan Ələsgər oğlu |
Xətai rayonu, Q.Nəbi küçəsi 2 |
İnzibati protokol tərtib edilib və yenidən bərpa edilmiş qurğular sökülüb |
|
4. |
Nəsirov İlqar Yusif oğlu |
Xətai rayonu, S.Ə.Şirvan küçəsi 2B |
İnzibati protokol tərtib edilib və yenidən bərpa edilmiş qurğular sökülüb |
|
5. |
Məmmədov Emin Elxan oğlu |
Xətai rayonu, S.Ə.Şirvan küçəsi |
İnzibati protokol tərtib edilib |
|
6. |
Mehdiyev Xaliq Baloğlan oğlu |
Xətai rayonu, Q.Nəbi küçəsi 2 |
İnzibati protokol tərtib edilib |
|
7. |
Mikayılov İsmayıl Murtuza oğlu |
Xətai rayonu, S.Ə.Şirvan küçəsi 9 |
İnzibati protokol tərtib edilib |
|
8. |
Hümbətov Səbuhi Məmmədyar oğlu |
Xətai rayonu, S.Ə.Şirvan küçəsi 9 |
İnzibati protokol tərtib edilib |
|
9. |
Səfərov Rəşad Şakir oğlu |
Xətai rayonu, S.Ə.Şirvan küçəsi |
İnzibati protokol tərtib edilib |
|
10. |
Həsənov Natiq İdris oğlu |
Binəqədi rayonu, Binəqədi qəsəbəsi |
İnzibati protokol tərtib edilib |
|
11. |
Quliyev Rauf Çingiz oğlu |
Binəqədi rayonu, Binəqədi qəsəbəsi |
İnzibati protokol tərtib edilib |
|
12. |
Quliyev Etimad Teyfur oğlu |
Binəqədi rayonu, Binəqədi qəs., Mərkəzi küçə |
İnzibati protokol tərtib edilib |
|
13. |
Məmmədov Gəncəli Zakir oğlu |
Binəqədi rayonu, Binəqədi qəs., Mərkəzi küçə |
İnzibati protokol tərtib edilib |
|
14. |
Əhmədov Güloğlan Adışirin oğlu |
Binəqədi rayonu, Binəqədi qəs., Mərkəzi küçə |
İnzibati protokol tərtib edilib |
|
15. |
Məmmədov Zamiq Naibəli oğlu |
Binəqədi rayonu, Binəqədi qəs., G.Ramazanov küçəsi 1-4 |
İnzibati protokol tərtib edilib |
|
16. |
Nağıyev Mehman Fikrət oğlu |
Binəqədi rayonu, Binəqədi qəs., Mərkəzi küçə |
İnzibati protokol tərtib edilib |
|
17. |
Məmmədov Fariz Canəli oğlu |
Binəqədi rayon, Binəqədi qəs., Mərkəzi küçə |
İnzibati protokol tərtib edilib |
|
18. |
Mustafayev Vüsal Mehman oğlu |
Binəqədi rayon, Binəqədi qəs., Mərkəzi küçə |
İnzibati protokol tərtib edilib |
|
19. |
Kərimov Etibar İsmayıl oğlu |
Binəqədi rayon, Binəqədi qəs., Mərkəzi küçə |
İnzibati protokol tərtib edilib |
|
Şamaxı rayonu üzrə |
|||
|
20. |
Ələkbərov Qahir Sabir oğlu |
Şamaxı şəhəri, N.Nərmanov küçəsi |
İnzibati protokol tərtib edilib |
|
Xaçmaz rayonu üzrə |
|||
|
21. |
Mehrəliyev Məclum Gülmurad oğlu |
Quba yolu |
İnzibati protokol tərtib edilib |
AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.
Oxşar xəbərlər
Ölkə üzrə heyvanların identikləşdirilməsi genişləndiriləcək – Dövlət Proqramı
Prezidentin Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı”nda heyvanların identikləşdirilməsi və məlumatların Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sisteminə (AQTİS) daxil edilməsi nəzərdə tutulur. Prosesin icrası ilə heyvan sağlamlığına nəzarət gücləndiriləcək və heyvan mənşəli məhsulların izlənilməsi təmin olunacaq. Bu çərçivədə heyvan sahibləri və fermerlər identikləşdirilmə prosesinin vacibliyi və tələbləri barədə məlumatlandırılacaq, müvafiq təlimlər keçiriləcək. Dövlət Proqramında heyvanların identifikasiyası və qeydiyyatı ilə bağlı rəqəmsal imkanların inkişafına da xüsusi diqqət yetirilir. Sənəddə Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminin (HİQS) əhatə dairəsinin genişləndirilməsi və funksionallığının artırılmasının heyvan sağlamlığı və biotəhlükəsizliyin təmin olunması baxımından əhəmiyyəti vurğulanır. Sistem heyvanların düzgün qeydiyyatını, sağlamlıq vəziyyətinin izlənilməsini və müvafiq tədbirlərin vaxtında həyata keçirilməsini dəstəkləyir.
Sahibsiz heyvanların sığınacaqla təmin edilməsi istiqamətində tədbirlər həyata keçiriləcək
“Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı”nda heyvan sağlamlığı və biotəhlükəsizliyə nəzarət sisteminin təkmilləşdirilməsi istiqamətində sahibsiz heyvanların sığınacaqlarla təmin edilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev Dövlət Proqramında nəzərdə tutulan tapşırıqların icrası ilə bağlı məsələlərə aydınlıq gətirib. Ətraflı:
Aldığımız ətin mənşəyini necə öyrənə bilərik? - VİDEO
Heyvan mənşəli məhsulların təhlükəsizliyinin təmin olunmasında heyvanların identifikasiyası və izlənilməsi mühüm əhəmiyyət daşıyır. Belə ki, heyvan doğulduğu andan etibarən onun fərdi identifikasiyası aparılır. Əldə olunan məlumatlar Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemində (AQTİS) qeydiyyata alınır. Sistem vasitəsilə heyvanın saxlanıldığı təsərrüfat, onunla bağlı həyata keçirilən baytarlıq tədbirləri barədə məlumatların izlənilməsi təmin edilir. Bu, heyvanın təsərrüfatdan bazara və kəsim məntəqəsinə qədər hərəkətinin izlənilməsinə imkan yaradır. İdentifikasiya və izlənilmə sistemi heyvan xəstəliklərinin vaxtında aşkarlanması və qarşısının alınması, baytarlıq tədbirlərinə nəzarətin gücləndirilməsi, həmçinin heyvan mənşəli məhsulların təhlükəsizliyinin təmin olunması baxımından əhəmiyyətlidir. Beləliklə, istehlakçının aldığı ətin mənşəyi ilə bağlı məlumatın geriyə doğru izlənilməsi heyvanın yetişdirildiyi təsərrüfata qədər mümkündür. Bu imkanın əsasını isə heyvanların identifikasiyası təşkil edir. Daha ətraflı:
Giriş