Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
12 Aprel 2023 14:56
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
11 aprel tarixində Agentlik əməkdaşları tərəfindən respublika üzrə fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqələrində aparılan monitorinqlər zamanı Bakı şəhəri və Abşeron, Gədəbəy, Masallı, Göygöl rayonlarında bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 21 heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb, 5 məntəqədə isə yenidən bərpa edilmiş qanunsuz metal konstruksiyalar təkrarən sökülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati protokol tərtib edilmiş və ya qanunsuz metal konstruksiyaları sökülən məntəqələr aşağıdakılardır:
|
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Görülən tədbir |
|
Bakı şəhəri üzrə |
|||
|
1. |
Rustamov Elmixan Rövşən oğlu |
Xətai rayonu, R.Behbudov küçəsi |
İnzibati protokol tərtib edilib |
|
2. |
Pirimov Ədalət İsmayıl oğlu |
Xətai rayonu, Mingəçevir küçəsi 8 |
İnzibati protokol tərtib edilib |
|
3. |
Nəciyev Rövşən Fərman oğlu |
Xətai rayonu, Cavanşir küçəsi |
İnzibati protokol tərtib edilib |
|
4. |
Musayev Nail Abbas oğlu |
Xətai rayonu, K.Kərimov küçəsi 17 |
İnzibati protokol tərtib edilib |
|
5. |
Məmmədov Adil Məhəmməd oğlu |
Xətai rayonu, K.Kərimov küçəsi |
İnzibati protokol tərtib edilib |
|
6. |
Məmiyev Fuad Mətləbxan oğlu |
Xətai rayonu, K.Kərimov küçəsi 153 |
İnzibati protokol tərtib edilib |
|
7. |
Cabbarov Xəyal İsa oğlu |
Xətai rayonu, İ.Abbasov küç., 4-cü dairə |
İnzibati protokol tərtib edilib |
|
8. |
İlyasov Nizami Gəray oğlu |
Xətai rayonu, İ.Həbibov küçəsi |
İnzibati protokol tərtib edilib |
|
9. |
Novruzov Əlixan Ələmşad oğlu |
Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Aslanov küçəsi, “Laçın” ət dükanı |
İnzibati protokol tərtib edilib |
|
10. |
Həsənov Natiq İdris oğlu |
Binəqədi rayonu, Mədən küçəsi 1 |
İnzibati protokol tərtib edilib |
|
11. |
Əmənov Zülfi Oruc oğlu |
Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Aslanov küçəsi |
İnzibati protokol tərtib edilib |
|
12. |
Abdulxalıqov Qurban Asif oğlu |
Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5057/68 |
İnzibati protokol tərtib edilib və yenidən bərpa edilmiş qurğular sökülüb |
|
13. |
Beydiyev Kamran Ağa oğlu |
Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsi 24 |
İnzibati protokol tərtib edilib |
|
14. |
Əliyev Yasin İbrahim oğlu |
Binəqədi rayonu, Xırdalan yolu |
İnzibati protokol tərtib edilib |
|
15. |
Quliyev Əlizadə Ələkbər oğlu |
Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Aslanov küçəsi |
İnzibati protokol tərtib edilib |
|
16. |
İsmayılov Cabbar Osman oğlu |
Binəqədi rayonu, Biləcəri qəsəbəsi |
İnzibati protokol tərtib edilib və yenidən bərpa edilmiş qurğular sökülüb |
|
Abşeron rayonu üzrə |
|||
|
17. |
Ağayev Razim Hüseyn oğlu |
Masazır kəndi, Qurtuluş 93, bina 11 |
Yenidən bərpa edilmiş qurğular sökülüb |
|
18. |
Atakişiyev Elnur Yaşar oğlu |
Masazır kəndi, Qurtuluş 93, bina 36 |
Yenidən bərpa edilmiş qurğular sökülüb |
|
19. |
Namazov Müşfiq Qəzənfər oğlu |
Masazır kəndi, Qurtuluş 93 |
Yenidən bərpa edilmiş qurğular sökülüb |
|
Gədəbəy rayonu üzrə |
|||
|
20. |
Əliyev Yəhya Müslüm oğlu |
Zəhmət kəndi |
İnzibati protokol tərtib edilib |
|
Masallı rayonu üzrə |
|||
|
21. |
Məmmədov Məmməd Şəmsəddin oğlu |
Şərəfə kəndi |
İnzibati protokol tərtib edilib |
|
Göygöl rayonu üzrə |
|||
|
22. |
Ramazanov Rövşən Salman oğlu |
Balçılı kəndi |
İnzibati protokol tərtib edilib |
|
23. |
Kərimov Rza Həbib oğlu |
Balçılı kəndi |
İnzibati protokol tərtib edilib |
|
24. |
Hüseynov Tural Məzahir oğlu |
Balçılı kəndi |
İnzibati protokol tərtib edilib |
AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.
Oxşar xəbərlər
Ölkədə fəaliyyətə başlayan heyvan bazarlarının sayı 20-yə çatıb
Cəlilabad və Zaqatala rayonlarında yerləşən heyvan bazarlarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib. Bazar əraziləri asfaltlanıb, heyvanların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə rampalar və çardaqlar quraşdırılıb. Eyni zamanda, baytar həkimlərin nəzarəti həyata keçirməsi üçün xüsusi məntəqə yaradılıb. Aparılan qiymətləndirmə nəticəsində heyvan bazarında bioloji təhlükəsizlik və dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi üçün zəruri şəraitin yaradıldığı müəyyən edilib. Bundan başqa yeni tikilən və yenidən qurulan heyvan bazarlarında identifikasiya sisteminin tətbiqi üçün də şərait təmin olunub. Bu sistem heyvanların təsərrüfatlar arasında, eləcə də təsərrüfatlardan kəsimxanalara qədər izlənilməsinə imkan verir. Qeyd edək ki, ölkə üzrə artıq 20 heyvan bazarı AQTA Kollegiyasının 50 nömrəli Qərarı ilə təsdiq edilmiş “Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları”na uyğun yenidən qurularaq istifadəyə verilib. Hazırda ölkənin bir sıra heyvan bazarlarında yenidənqurma və abadlaşdırma işləri davam etdirilir. Link:
Heyvanların uçotu və qeydiyyatı üzrə tədbirlər davam etdirilir - VİDEO
Heyvanların fərdi uçotunun aparılması və qeydiyyatının təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir. Növbəti tədbir Bərdə rayonunda fəaliyyət göstərən təsərrüfatlardan birində həyata keçirilib. Burada saxlanılan 200 baş heyvana fərdi birkalar vurulub, onların nömrələri üzrə müvafiq məlumatlar qeydiyyata alınıb. Proses baytar həkim tərəfindən həyata keçirilib və təsərrüfatda mövcud heyvanların uçota alınması təmin edilib. Heyvanların fərdi uçotu onların hərəkətinin izlənilməsi, baytarlıq nəzarətinin gücləndirilməsi, eləcə də epizootik sabitliyin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Qeyd edək ki, təsərrüfatlarda heyvanların uçotunun dəqiqləşdirilməsi və baytarlıq xidmətlərinin səmərəliliyinin artırılması məqsədilə bu istiqamətdə tədbirlər mütəmadi olaraq həyata keçirilir. Daha ətraflı:
Arıçılıq təsərrüfatlarında epizootoloji monitorinqlər keçiriləcək
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən arıçılıq təsərrüfatlarında bioloji təhlükəsizliyin təmin edilməsi, arılar arasında xüsusi təhlükəli, ekzotik, infeksion və invazion xəstəliklərin erkən aşkarlanması məqsədilə epizootoloji monitorinqlər keçiriləcək.
Giriş