Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları UNİCEF-in nümayəndə heyəti ilə görüşüb
29 Mart 2018 00:00
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları UNİCEF-in nümayəndə heyətini qəbul edib. Görüşdə Qida Təhlükəsizliyi Agentliyinin Təftiş və dövlət nəzarəti şöbəsinin müdir müavini Namiq Zeynalov, Kommunikasiya və informasiya texnologiyaları şöbəsinin müdiri Aynur Kərimova iştirak edib. UNİCEF-in nümayəndə heyətini isə qurumun Səhiyyə və Qidalanma Proqramının rəhbəri Töhfə Cəmilova, Sosial Dəyişiklik üzrə Təşviqat Proqramının rəhbəri Elza İbrahimova təmsil edib.
Təftiş və dövlət nəzarəti şöbəsinin müdir müavini Namiq Zeynalov Agentliyin 1 yanvar 2018-ci il tarixindən etibarən fəaliyyət göstərdiyini, hazırda fəaliyyətinin təminatı ilə bağlı zəruri təşkilati-texniki tədbirlərin həyata keçirildiyini, o cümlədən Agentliyin kadr tərkibinin və strukturunun formalaşması istiqamətində işlər aparıldığını UNİCEF nümayəndə heyətinin diqqətinə çatdırıb. Kommunikasiya və informasiya texnologiyaları şöbəsinin müdiri Aynur Kərimova isə UNİCEF-lə birlikdə əhalinin maarifləndirilməsinə yönələn birgə sosial məsuliyyət layihələrinin həyata keçirilə biləcəyini bildirib.
UNİCEF-in nümayəndə heyətini isə qurumun Səhiyyə və Qidalanma Proqramının rəhbəri Töhfə Cəmilova uşaqların sağlamlıq və qidalanmasına, hamilə qadınlarda anemiyaya (dəmir çatışmazlığı) diqqət çəkərək, bu sahədə Agentliklə əməkdaşlığa hazır olduqlarını bildirib. Proqramın rəhbəri bu maarifləndirmə, təbliğat-təşviqat işlərinin digər dövlət qurumları ilə birlikdə kompleks şəkildə həyata keçirilməsinin daha effektli təsirlər göstərəcəyini vurğulayıb.
Görüşdə unun zənginləşdirilməsi, körpələrin ana südü ilə qidalanmasının önəmi, bu sahədə əhalinin maarifləndirmə işlərinin həyata keçirilməsi və iki qurum arasındakı əməkdaşlığın perspektivləri dəyərləndirilib.
Oxşar xəbərlər
Ölkədə fəaliyyətə başlayan heyvan bazarlarının sayı 20-yə çatıb
Cəlilabad və Zaqatala rayonlarında yerləşən heyvan bazarlarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib. Bazar əraziləri asfaltlanıb, heyvanların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə rampalar və çardaqlar quraşdırılıb. Eyni zamanda, baytar həkimlərin nəzarəti həyata keçirməsi üçün xüsusi məntəqə yaradılıb. Aparılan qiymətləndirmə nəticəsində heyvan bazarında bioloji təhlükəsizlik və dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi üçün zəruri şəraitin yaradıldığı müəyyən edilib. Bundan başqa yeni tikilən və yenidən qurulan heyvan bazarlarında identifikasiya sisteminin tətbiqi üçün də şərait təmin olunub. Bu sistem heyvanların təsərrüfatlar arasında, eləcə də təsərrüfatlardan kəsimxanalara qədər izlənilməsinə imkan verir. Qeyd edək ki, ölkə üzrə artıq 20 heyvan bazarı AQTA Kollegiyasının 50 nömrəli Qərarı ilə təsdiq edilmiş “Heyvan bazarlarına dair baytarlıq-sanitariya norma və qaydaları”na uyğun yenidən qurularaq istifadəyə verilib. Hazırda ölkənin bir sıra heyvan bazarlarında yenidənqurma və abadlaşdırma işləri davam etdirilir. Link:
Heyvanların uçotu və qeydiyyatı üzrə tədbirlər davam etdirilir - VİDEO
Heyvanların fərdi uçotunun aparılması və qeydiyyatının təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir. Növbəti tədbir Bərdə rayonunda fəaliyyət göstərən təsərrüfatlardan birində həyata keçirilib. Burada saxlanılan 200 baş heyvana fərdi birkalar vurulub, onların nömrələri üzrə müvafiq məlumatlar qeydiyyata alınıb. Proses baytar həkim tərəfindən həyata keçirilib və təsərrüfatda mövcud heyvanların uçota alınması təmin edilib. Heyvanların fərdi uçotu onların hərəkətinin izlənilməsi, baytarlıq nəzarətinin gücləndirilməsi, eləcə də epizootik sabitliyin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Qeyd edək ki, təsərrüfatlarda heyvanların uçotunun dəqiqləşdirilməsi və baytarlıq xidmətlərinin səmərəliliyinin artırılması məqsədilə bu istiqamətdə tədbirlər mütəmadi olaraq həyata keçirilir. Daha ətraflı:
Arıçılıq təsərrüfatlarında epizootoloji monitorinqlər keçiriləcək
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən arıçılıq təsərrüfatlarında bioloji təhlükəsizliyin təmin edilməsi, arılar arasında xüsusi təhlükəli, ekzotik, infeksion və invazion xəstəliklərin erkən aşkarlanması məqsədilə epizootoloji monitorinqlər keçiriləcək.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş