Qurban bayramı günlərində qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun, rahat şəkildə təşkili üçün heyvanların kəsimi və satışı aidiyyəti dövlət orqanlarının müəyyən etdiyi yerlərdə həyata keçirilməlidir.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Qurban bayramında fəaliyyət göstərəcək müasir kəsim məntəqələrinə infotur təşkil edilib.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi cari ilin 13-17 may tarixlərində respublika ərazisində quş qripi xəstəliyinə qarşı keçirilmiş epizootoloji monitorinqlərin nəticələrini açıqlayıb.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin nümayəndə heyəti Vyana şəhərində Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının “Avropa Regionu üzrə Vahid Sağlamlıq” mövzusunda keçirilən seminarında iştirak edir.
16, 17 iyun tarixlərində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi bayram günlərində müvafiq qurumlarla birgə gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirəcək.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi aidiyyəti dövlət orqanları ilə birgə əhalinin təhlükəsiz ət və ət məhsulları ilə təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərin miqyasını daha da genişləndirəcək.
Mərkəzi Baytarlıq Laboratoriyası Türkiyə Akkreditasiya Qurumu (TÜRKAK) tərəfindən ISO/IEC 17025:2017 “Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə ümumi tələblər” standartına uyğun olaraq beynəlxalq akkreditasiyadan keçirilən parametr sayını artıraraq 50-ə çatdırıb.
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının Nümayəndələri Assambleyasının Paris şəhərində keçirilən 91-ci Ali Baş Sessiyasında ölkəmizin xırdabuynuzlu heyvanların taun xəstəliyindən azad olması statusunun rəsmiləşdirilməsi elan olunub.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin nümayəndə heyəti Paris şəhərində keçirilən Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının Nümayəndələri Assambleyasının 91-ci Ali Baş Sessiyasının açılış mərasimində iştirak edir.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi respublika ərazisində fəaliyyət göstərən atçılıq təsərrüfatlarında epizootoloji monitorinqlər keçirəcək.
Ölkə Prezidentinin “Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” müvafiq Sərəncamının icrası ilə bağlı müasir tələblərə uyğun heyvan kəsimi məntəqələrinin yaradılması, baytarlıq-sanitariya normalarına cavab verməyən yerlərdə heyvan kəsimi hallarının qarşısının alınması istiqamətində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi aidiyyəti dövlət qurumları ilə birgə tədbirlərini davam etdirir.
Giriş