AQTA koronavirusun profilaktikası çərçivəsində monitorinqləri davam etdirir
6 Aprel 2021 17:55
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunvericiliyin tələblərinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydlər davam etdirilir.
Nəzarət tədbirləri çərçivəsində 5 aprel 2021-ci il tarixində ölkə üzrə 464 ictimai iaşə obyektində 783 monitorinq keçirilib. Monitorinqlər zamanı 31 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Uyğunsuzluqlar aşkar edilən ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Yasamal rayonu, Lev Tolstoy küçəsində yerləşən, fiziki şəxs Həsənov Şəhriyar Bəxtiyar oğluna məxsus çay evi;
2. Bakı şəhəri, Nəsimi rayonu, Mirzə İbrahimov küçəsində yerləşən, fiziki şəxs Rəcəbli Ceyhun Cavid oğluna məxsus kafe;
3. Bakı şəhəri, Yasamal rayonu, Lev Tolstoy küçəsində yerləşən, fiziki şəxs Teymurov Ülvi Elman oğluna məxsus kafe;
4. Bakı şəhəri, Səbail rayonu, Xəqani küç. 4 ünvanında yerləşən, fiziki şəxs Atayev Elçin Qəhrəman oğluna məxsus kafe;
5. Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsində yerləşən, fiziki şəxs Axundov Ayaz Gündüz oğluna məxsus "Hop Stop Fast Food” restoranı;
6. Bakı şəhəri, Yasamal rayonu, D. Əliyeva küç., ev 43 küçəsində yerləşən, fiziki şəxs Nemətli Təbriz Şahverdi oğluna məxsus kafe;
7. Bakı şəhəri, Yasamal rayonu, M. İbrahimov 11 ünvanında yerləşən, fiziki şəxs İdrisov Əzəddin Anar oğluna məxsus kafe;
8. Bakı şəhəri, Səbail rayonu, Z. Əliyeva küç., ev 3 ünvanında yerləşən, fiziki şəxs Abdullayev Bəxtiyar Aftandil oğluna məxsus restoran;
9. Bakı şəhəri, Yasamal rayonu, Ş. Mehdiyev küç., ev 81 ünvanında yerləşən, fiziki şəxs Məmmədov Azər Bilal oğluna məxsus kafe;
10. Bakı şəhəri, Xətai rayonu, Z. Yusifov 40 E ünvanında yerləşən, fiziki şəxs Nəcəfəliyev Fikrət Abul oğluna məxsus "Yeni Məkan" kafesi;
11. Bakı şəhəri, Xətai rayonu, Çingizxan Kərimov küçəsi 10 ünvanında yerləşən, fiziki şəxs Heydərov Manaf Teymur oğluna məxsus çay evi;
12. Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, ev 25 ünvanında yerləşən, fiziki şəxs Dadaşov Mahir Xaman oğluna məxsus kafe;
13. Bakı şəhəri, Nərimanov rayonu, K. Rəhimov küç., ev 22c ünvanında yerləşən, fiziki şəxs Cəfərov Vüqar Eldar oğluna məxsus "Ocaq üstü" dönər evi;
14. Bakı şəhəri, Nərimanov rayonu, D. Qədirbəyova küç., ev 63a ünvanında yerləşən fiziki şəxs Dəmirov Elsevər Telman oğluna məxsus "Xəlifə" çay evi;
15. Bakı şəhəri, Nərimanov rayonu, F. Xoyski küç., ev 113 ünvanında yerləşən, fiziki şəxs Əliyev Azin Arif oğluna məxsus “Narzan” kafesi;
16. Bakı şəhəri, Nəsimi rayonu, Lev Tolstoy küç., ev 153, m. 9 ünvanında yerləşən, fiziki şəxs Qarayeva Ramilə Xudaverdi qızına məxsus pub;
17. Bakı şəhəri, Nəsimi rayonu, Tiblisi pr. 10 ünvanında yerləşən, fiziki şəxs Kərimova Kəmalə Gülmurad qızına məxsus "Xəngəl House" restoranı;
18. Bakı şəhəri, Nizami rayonu, H. Əliyev 119 ünvanında yerləşən, fiziki şəxs Eldar Babyev Tağı oğluna məxsus "Maf" kafesi;
19. Bakı şəhəri, Səbail rayonu, Badamdar ştq, Massiv 2 ünvanında yerləşən, fiziki şəxs Mikayılov Tural Məzahir oğluna məxsus "Açıq Hava" restoranı;
20. Bakı şəhəri, Nizami rayonu, Q. Qarayev küç., ev 7 ünvanında yerləşən, fiziki şəxs Şıxəliyev İsmayıl Eldar oğluna məxsus "Lyuks" dönər evi;
21. Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küç. 5 ünvanında yerləşən, fiziki şəxs Mirzəyeva Nərgiz Nəriman qızına məxsus kafe;
22. Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küç., 3067-ci məhəlləsində yerləşən, fiziki şəxs Əliyev Kənan Eldar oğluna məxsus “Manqal dönər” evi;
23. Bakı şəhəri, Binəqədi rayonu, İbrahimpaşa Dadaşov küç., ev 74 ünvanında yerləşən, fiziki şəxs Cabbarov Ramin Tofiq oğluna məxsus kafe;
24. Sumqayıt şəhəri, Çerkassi küçəsində yerləşən, fiziki şəxs Mustafayev Elşad Baladadaş oğluna məxsus "Moskva" çay evi;
25. Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən, fiziki şəxs İslam Maqarlamova məxsus kafe;
26. Gəncə şəhəri, D. Qorqud 42 ünvanında yerləşən, fiziki şəxs Səidov Əbülfət Sultan oğluna məxsus kafe;
27. Qazax şəhəri, Xanlıqlar kəndində yerləşən, fiziki şəxs Qasımov Aqil Məmməd oğluna məxsus kafe;
28. Qəbələ rayonu, Bum kəndində yerləşən, fiziki şəxs Salamov Ram Zakir oğluna məxsus kafe;
29. Göyçay rayonu, Çayarxı kəndində yerləşən, fiziki şəxs Adilov Rəşad İlham oğluna məxsus çayxana;
30. Ağcabədi şəhəri, H. Zərdabi küçəsində yerləşən, fiziki şəxs Soltanov Sənan Elyar oğluna məxsus çay evi;
31. Ağcabədi şəhəri, S. Vurğun küçəsində yerləşən, fiziki şəxs Verdiyev Cahid Vahid oğluna məxsus "Basdırma" dönər evi.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda respublika üzrə AQTA müfəttişləri tərəfindən monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər
Yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə tətbiq olunan bəzi məhdudiyyətlər aradan qaldırılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir. Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatlarına əsasən, Rusiya Federasiyasının Leninqrad vilayətində xırdabuynuzlu heyvanların çiçək, Pakistan İslam Respublikasının Sind, Pəncab regionlarında nodulyar dermatit, Hindistan Respublikasının Çhattisqarh, Karnataka, Madya Pradeş, Qücərat, Pəncab, Madhya-Pradeş, Uttar-Pradeş, Cammu-Kəşmir, Haryana, Bihar ştatlarında və Haryana ştatının Pançkula, Madhya-Pradeş ştatının Cabua, Maxaraştra ştatının Parbhani inzibati ərazi vahidlərində, Botsvana Respublikasının Kqatlenq dairəsində, Rusiya Federasiyasının Başqırdıstan, Tatarıstan, Komi respublikalarında, Rumıniyanın Teleorman inzibati ərazi vahidində qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb. Belə ki, WOAH -nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, qeyd olunan ərazilərdə bu xəstəliklərin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizootik sağlamlıq statusu bərpa olunub. Bununla əlaqədar, respublika ərazisinin həmin yoluxucu xəstəliklərdən qorunması məqsədilə adıçəkilən ərazilərə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Azərbaycan ÜHST-nin İdarəetməyə Nəzarət Komitəsinə üzv seçilib
Azərbaycan Respublikası Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) İdarəetməyə Nəzarət Komitəsinin üzvü seçilib. Komitədə Azərbaycan, Çin, Avstraliya, Avstriya, Norveç, İrlandiya, Kanada, Çili də daxil olmaqla, ümumilikdə, 16 dövlət təmsil olunur. Bu il ÜHST-nin 91-ci Ali Baş Sessiyasında yaradılan komitənin məqsədi sözügedən təşkilatın normativ sənədlərinin yenilənməsi, maliyyə idarəçiliyi və dünyada sahə üzrə prioritet məsələlərin tənzimlənməsi vəziyyətinin monitorinqinin aparılması və təkmilləşdirilməsindən ibarətdir. Komitənin işi ÜHST-nin Baş Qərargahında yerləşən katiblik tərəfindən koordinasiya ediləcək. Üzv ölkələrin nümayəndələri arasında müxtəlif görüşlərin keçirilməsi, müvafiq sahələr üzrə məsləhətçi və ekspertlərin də iştirakı nəzərdə tutulur. Komitə tərəfindən “İnstitusional, texniki və maliyyə idarəçiliyi üzrə qiymətləndirilmənin nəticələrinə dair hesabat” hazırlanaraq ÜHST-nin rəhbərliyinə təqdim olunacaq. Ölkəmizi İdarəetməyə Nəzarət Komitəsində Azərbaycanın ÜHST-dəki nümayəndəsi, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev təmsil edəcək. Qeyd edək ki, son illər AQTA tərəfindən ölkədə heyvan sağlamlığı və bioloji təhlükəsizliyin təmin edilməsi, başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərinin qarşısının alınması, habelə ətraf mühitdə biotəhlükəsizliyin pozulmasına səbəb olan xəstəliklərə görə sağlamlıq statusunun təsdiq edilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilməkdədir. Eyni zamanda Azərbaycanın təşəbbüsü ilə heyvan sağlamlığı sahəsində regional əməkdaşlığın gücləndirilməsi ÜHST tərəfindən yüksək qiymətləndirilir. Belə ki, ölkəmiz dabaq xəstəliyi üzrə Şərqi Avropa və Mərkəzi Asiya regionu üzrə məsləhət qrupuna sədr, həmçinin ÜHST-nin “Avropa heyvan rifahı platforması”nın rəhbər komitəsinə üzv seçilib. Cari ildə ölkəmizin xırdabuynuzlu heyvanların taunu və yüksək patogen quş qripi xəstəliklərindən azad olma statusu ÜHST tərəfindən təsdiqlənib. Heyvan sağlamlığı və bioloji təhlükəsizliyin təmin edilməsi sahəsində icra edilən institusional islahatlar nəticəsində ölkəmizə yüksək etimad göstərilərək Azərbaycan Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının İdarəetməyə Nəzarət Komitəsinə üzv seçilib.
Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinqlər davam etdirilir
Quş qripi xəstəliyinin qarşısının alınması üzrə dövlət qurumlarının və digər aidiyyəti subyektlərin əlaqəli Fəaliyyət Planına uyğun olaraq, 2024-cü ilin 16-20 dekabr tarixlərində növbəti epizootoloji monitorinq keçiriləcək. Bununla əlaqədar risk əsasında müəyyən olunmuş ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə etməklə ərazi ilə yanaşı, vəhşi quşlara ümumi baxış keçiriləcək, xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə vəhşi quşlar ovlanacaq və həmin müddətdə respublikada fəaliyyət göstərən bəzi sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisələrində, o cümlədən müxtəlif rayonlardakı (şəhərlərdəki) ailə təsərrüfatlarında saxlanılan ev quşlarından laborator müayinə aparılması üçün diaqnostik nümunələr götürüləcək, habelə ölkə üzrə müəssisələrə, təsərrüfatlara, su hövzələrinə və parklara ümumi baxış keçirilməklə, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri həyata keçiriləcək və epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək. Monitorinqlər çərçivəsində müşahidə aparılacaq ərazilər barədə məlumatlar “Epicollect5” proqramına daxil ediləcək. Monitorinqlərdə Qida Təhlükəsizliyi Agentliyinin, Qida Təhlükəsizliyi İnstitutunun, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin və yerli Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarələrinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin və Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin əməkdaşları və mütəxəssisləri iştirak edəcəklər. Tədbirlər müddətində götürülmüş nümunələr İnstitutun Mərkəzi Baytarlıq Laboratoriyasında müvafiq müayinələrə cəlb olunacaq. Monitorinqlərin keçirildiyi dövr ərzində təbiət ərazilərində, ailə və fermer təsərrüfatlarında quduzluq və xırdabuynuzlu heyvanların taunu xəstəlikləri üzrə də müşahidələr aparılacaq, xəstə və ya tələf olmuş heyvanlara rast gəldikdə isə diaqnostik nümunələr götürüləcək.