AQTA koronavirusun profilaktikası çərçivəsində monitorinqləri davam etdirir
8 May 2021 17:13
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qanunvericiliyin tələblərinin yerinə yetirilməsinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.
Nəzarət tədbirləri çərçivəsində 2021-ci il mayın 7-də ölkə üzrə 441 ictimai iaşə obyektində 729 monitorinq keçirilib. Monitorinqlər zamanı 23 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi, ev 18 ünvanında yerləşən, fiziki şəxs Əlişli Nurlan Nazim oğluna məxsus kafe;
2. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsi 1AM ünvanında yerləşən, hüquqi şəxs "Yanar-Dağ" Qapalı Tipli Səhmdar Cəmiyyətinə məxsus kafe;
3. Bakı şəhəri, Binəqədi rayonu, Ordubadi küçəsi 26 ünvanında yerləşən, fiziki şəxs Abdullayev Vüqar Rasul oğluna məxsus çay evi;
4. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən, fiziki şəxs Kazımov Şəhruz İlqar oğluna məxsus kafe;
5. Bakı şəhəri, Binəqədi rayonu, Ordubadi küçəsi 50 ünvanında yerləşən, fiziki şəxs Şahverdiyev Rəşad Elman oğluna məxsus “Tadım” dönər evi;
6. Bakı şəhəri, Xətai rayonu, Afiəddin Cəlilov küçəsi, ev 27H ünvanında yerləşən, fiziki şəxs Heydərov Zaur Rafael oğluna məxsus çay evi;
7. Bakı şəhəri, Sabunçu rayonu, Muxtar Fətəliyev küçəsində yerləşən, fiziki şəxs Zeynalov Rövşən Şahbaz oğluna məxsus dönər evi;
8. Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən, fiziki Şəxs Babayev Sədail Sərdar oğluna məxsus “Bağ” kafesi;
9. Bakı şəhəri, Nərimanov Rayonu, M. Cümə küçəsində yerləşən, fiziki şəxs Atakişiyev Elməddin Hünbət oğluna məxsus “Sofrası” kafe-restoran;
10. Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 92 ünvanında yerləşən, fiziki şəxs Dəmirli Asif Azər oğluna məxsus “Arabesquexana” restoranı;
11. Bakı şəhəri, Nəsimi rayonu, Mərdənov Qardaşları küç., ev 102 ünvanında yerləşən, fiziki şəxs Fərzəliyev Rövşən Natiq oğluna məxsus kafe;
12. Bakı şəhəri, Nəsimi rayonu, Nizami küç., ev 145 ünvanında yerləşən, fiziki şəxs Qasımov Rəşad Faiq oğluna məxsus “Qafqaz mətbəxi” kafesi;
13. Bakı şəhəri, Nəsimi rayonu, Topçubaşov küçəsi 23 ünvanında yerləşən, fiziki şəxs Əliyev Baba Rəvayət oğluna məxsus çay evi;
14. Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsində yerləşən, fiziki şəxs Mehmanzadə Nahid Natiq oğluna məxsus kafe;
15. Bakı şəhəri, Nizami rayonu, Şərifli küç., ev 256 ünvanında yerləşən, fiziki şəxs Hacıyev Tural Səməd oğluna məxsus kafe;
16. Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsi 214 ünvanında yerləşən, fiziki şəxs Adamoviç Zinaida Aleksandrovnaya məxsus çay evi;
17. Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küç., ev 47 ünvanında yerləşən, fiziki şəxs İbrahimov İlman Rəhbər oğluna məxsus “Ağcabədi” kafesi;
18. Bakı şəhəri, Nərimanov rayonu, Səməd Vurğun küç., ev 138A ünvanında yerləşən, fiziki şəxs Səfərov Fuad Roman oğluna məxsus restoran;
19. Abşeron rayonu, Səttar Bəhlulzadə küçəsində yerləşən, fiziki şəxs Cavadzadə Mirhüseyn Mirdamat oğluna məxsus "Ləziz" dönər evi;
20. İsmayıllı rayonu, Heydər Əliyev prospektində yerləşən, fiziki şəxs Dəmirov Rəhim Zahid oğluna məxsus çay evi;
21. Hacıqabul rayonu, Padar kəndində yerləşən, fiziki şəxs Şıxəliyev Şıxəli Hacəli oğluna məxsus çay evi;
22. Göygöl rayonu, Nizami qəsəbəsi, ev 2d ünvanında yerləşən, fiziki şəxs Məmmədova İmmi Hacıəli qızına məxsus çay evi;
23. Tovuz rayonu, Şəhriyar küçəsində yerləşən, fiziki şəxs Abdullayev Elmir Elçin oğluna məxsus dönər evi.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər
Yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə tətbiq olunan bəzi məhdudiyyətlər aradan qaldırılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir. Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatlarına əsasən, Rusiya Federasiyasının Leninqrad vilayətində xırdabuynuzlu heyvanların çiçək, Pakistan İslam Respublikasının Sind, Pəncab regionlarında nodulyar dermatit, Hindistan Respublikasının Çhattisqarh, Karnataka, Madya Pradeş, Qücərat, Pəncab, Madhya-Pradeş, Uttar-Pradeş, Cammu-Kəşmir, Haryana, Bihar ştatlarında və Haryana ştatının Pançkula, Madhya-Pradeş ştatının Cabua, Maxaraştra ştatının Parbhani inzibati ərazi vahidlərində, Botsvana Respublikasının Kqatlenq dairəsində, Rusiya Federasiyasının Başqırdıstan, Tatarıstan, Komi respublikalarında, Rumıniyanın Teleorman inzibati ərazi vahidində qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb. Belə ki, WOAH -nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, qeyd olunan ərazilərdə bu xəstəliklərin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizootik sağlamlıq statusu bərpa olunub. Bununla əlaqədar, respublika ərazisinin həmin yoluxucu xəstəliklərdən qorunması məqsədilə adıçəkilən ərazilərə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Azərbaycan ÜHST-nin İdarəetməyə Nəzarət Komitəsinə üzv seçilib
Azərbaycan Respublikası Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) İdarəetməyə Nəzarət Komitəsinin üzvü seçilib. Komitədə Azərbaycan, Çin, Avstraliya, Avstriya, Norveç, İrlandiya, Kanada, Çili də daxil olmaqla, ümumilikdə, 16 dövlət təmsil olunur. Bu il ÜHST-nin 91-ci Ali Baş Sessiyasında yaradılan komitənin məqsədi sözügedən təşkilatın normativ sənədlərinin yenilənməsi, maliyyə idarəçiliyi və dünyada sahə üzrə prioritet məsələlərin tənzimlənməsi vəziyyətinin monitorinqinin aparılması və təkmilləşdirilməsindən ibarətdir. Komitənin işi ÜHST-nin Baş Qərargahında yerləşən katiblik tərəfindən koordinasiya ediləcək. Üzv ölkələrin nümayəndələri arasında müxtəlif görüşlərin keçirilməsi, müvafiq sahələr üzrə məsləhətçi və ekspertlərin də iştirakı nəzərdə tutulur. Komitə tərəfindən “İnstitusional, texniki və maliyyə idarəçiliyi üzrə qiymətləndirilmənin nəticələrinə dair hesabat” hazırlanaraq ÜHST-nin rəhbərliyinə təqdim olunacaq. Ölkəmizi İdarəetməyə Nəzarət Komitəsində Azərbaycanın ÜHST-dəki nümayəndəsi, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev təmsil edəcək. Qeyd edək ki, son illər AQTA tərəfindən ölkədə heyvan sağlamlığı və bioloji təhlükəsizliyin təmin edilməsi, başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərinin qarşısının alınması, habelə ətraf mühitdə biotəhlükəsizliyin pozulmasına səbəb olan xəstəliklərə görə sağlamlıq statusunun təsdiq edilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilməkdədir. Eyni zamanda Azərbaycanın təşəbbüsü ilə heyvan sağlamlığı sahəsində regional əməkdaşlığın gücləndirilməsi ÜHST tərəfindən yüksək qiymətləndirilir. Belə ki, ölkəmiz dabaq xəstəliyi üzrə Şərqi Avropa və Mərkəzi Asiya regionu üzrə məsləhət qrupuna sədr, həmçinin ÜHST-nin “Avropa heyvan rifahı platforması”nın rəhbər komitəsinə üzv seçilib. Cari ildə ölkəmizin xırdabuynuzlu heyvanların taunu və yüksək patogen quş qripi xəstəliklərindən azad olma statusu ÜHST tərəfindən təsdiqlənib. Heyvan sağlamlığı və bioloji təhlükəsizliyin təmin edilməsi sahəsində icra edilən institusional islahatlar nəticəsində ölkəmizə yüksək etimad göstərilərək Azərbaycan Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının İdarəetməyə Nəzarət Komitəsinə üzv seçilib.
Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinqlər davam etdirilir
Quş qripi xəstəliyinin qarşısının alınması üzrə dövlət qurumlarının və digər aidiyyəti subyektlərin əlaqəli Fəaliyyət Planına uyğun olaraq, 2024-cü ilin 16-20 dekabr tarixlərində növbəti epizootoloji monitorinq keçiriləcək. Bununla əlaqədar risk əsasında müəyyən olunmuş ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə etməklə ərazi ilə yanaşı, vəhşi quşlara ümumi baxış keçiriləcək, xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə vəhşi quşlar ovlanacaq və həmin müddətdə respublikada fəaliyyət göstərən bəzi sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisələrində, o cümlədən müxtəlif rayonlardakı (şəhərlərdəki) ailə təsərrüfatlarında saxlanılan ev quşlarından laborator müayinə aparılması üçün diaqnostik nümunələr götürüləcək, habelə ölkə üzrə müəssisələrə, təsərrüfatlara, su hövzələrinə və parklara ümumi baxış keçirilməklə, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri həyata keçiriləcək və epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək. Monitorinqlər çərçivəsində müşahidə aparılacaq ərazilər barədə məlumatlar “Epicollect5” proqramına daxil ediləcək. Monitorinqlərdə Qida Təhlükəsizliyi Agentliyinin, Qida Təhlükəsizliyi İnstitutunun, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin və yerli Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarələrinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin və Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin əməkdaşları və mütəxəssisləri iştirak edəcəklər. Tədbirlər müddətində götürülmüş nümunələr İnstitutun Mərkəzi Baytarlıq Laboratoriyasında müvafiq müayinələrə cəlb olunacaq. Monitorinqlərin keçirildiyi dövr ərzində təbiət ərazilərində, ailə və fermer təsərrüfatlarında quduzluq və xırdabuynuzlu heyvanların taunu xəstəlikləri üzrə də müşahidələr aparılacaq, xəstə və ya tələf olmuş heyvanlara rast gəldikdə isə diaqnostik nümunələr götürüləcək.