AQTA koronavirusun profilaktikası çərçivəsində monitorinqləri davam etdirir
28 May 2021 19:05
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qanunvericiliyin tələblərinin yerinə yetirilməsinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.
Nəzarət tədbirləri çərçivəsində 2021-ci il mayın 27-də ölkə üzrə 448 ictimai iaşə obyektində 778 monitorinq keçirilib. Monitorinqlər zamanı 16 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küç., ev 162 ünvanında yerləşən, fiziki şəxs Babaşov Şöhrət Adışirin oğluna məxsus “Pakdad” kafesi;
2. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan ŞTQ, Sergey Yesenin (Mərdəkan Qəs.) Avtodayanacaq ünvanında yerləşən, fiziki şəxs Nəsibov Ramin Rasim oğluna məxsus dönərxana;
3. Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 9 ünvanında yerləşən, fiziki şəxs Məlikov Çingiz Çingiz oğluna məxsus kafe;
4. Bakı şəhəri, Nəsimi rayonu Nizami küç., ev 137 m. 69 ünvanında yerləşən, fiziki şəxs Namazova Dürdanə Rəhim qızına məxsus çay evi;
5. Bakı şəhəri, Nizami rayonu, Məhsəti küç., ev 22 ünvanında yerləşən, fiziki şəxs Orucov Zahir Qurban oğluna məxsus kafe;
6. Bakı şəhəri, Nizami rayonu, Məhsəti küç., ev 1A, m.1A ünvanında yerləşən, fiziki şəxs Cavadov Anar Məhərrəm oğluna məxsus “Sandıq” restoranı;
7. Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küç., ev 86 ünvanında yerləşən, hüquqi şəxs "Bos Turk" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “İstanbul lahmacun” restoranı;
8. Bakı şəhəri, Xətai rayonu, Əhmədli ŞTQ, Sarayevo küç., ev 20 ünvanında yerləşən, fiziki şəxs Məlikov Sərxan Xəqani oğluna məxsus "Pub Sarayevo" kafesi;
9. Bakı şəhəri, Xətai rayonu, Məzahir Rüstəmov küçəsi 22 ünvanında yerləşən, fiziki şəxs Babayev Qabil Eyvaz oğluna məxsus kafe;
10. Bakı şəhəri, Səbail rayonu, Nizami küç., ev 44 ünvanında yerləşən, hüquqi şəxs "City Service Company" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Food Station” restoranı;
11. Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 38 ünvanında yerləşən, fiziki şəxs Rüstəm Qədirov Xanlar oğluna məxsus “Pizza İnn” kafesi;
12. Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küç., ev 3V, m.16 ünvanında yerləşən, fiziki şəxs Dadaşov Aydin Elşad oğluna məxsus “Robochef” restoranı;
13. Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küç., ev 15A ünvanında yerləşən, fiziki şəxs "Reges Hotels" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Divan express” otelinin tərkibində fəaliyyət göstərən restoran;
14. Şirvan şəhəri, Xəqani küçəsində yerləşən, fiziki şəxs Məmmədli Şahin İsa oğluna məxsus dönər evi;
15. Kürdəmir rayonu, Xırdapay kəndində yerləşən, fiziki şəxs Rzayev İsmayıl Mahir oğluna məxsus kafe;
16. Abşeron rayonu, Xırdalan şəhərinə yerləşən, fiziki şəxs Eyyubov Elvin Sabutay oğluna məxsus "Panda" dönər evi.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər
Bəzi ərazilərdən heyvan və quş əti idxalına müvəqqəti məhdudiyyət qoyulub
Almaniya Federativ Respublikasının Brandenburq vilayətində və İsrail Dövlətinin Mərkəz dairəsində dabaq, Şotlandiyanın Anqus inzibati ərazi vahidində və Nigeriya Federativ Respublikasının Kano ştatında isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Bu barədə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) rəsmi məlumatlar daxil olub.
Quş qripi xəstəliyinə qarşı növbəti epizootoloji monitorinqlər keçiriləcək
Quş qripi xəstəliyinin qarşısının alınması üzrə dövlət qurumlarının və digər aidiyyəti subyektlərin əlaqəli Fəaliyyət Planına uyğun olaraq, 2025-ci ilin 13-17 yanvar tarixlərində növbəti epizootoloji monitorinqlər keçiriləcək. Bununla əlaqədar risk əsasında müəyyən olunmuş ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə etməklə ərazi ilə yanaşı, vəhşi quşlara ümumi baxış keçiriləcək, xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə vəhşi quşlar ovlanacaq və həmin müddətdə respublikada fəaliyyət göstərən bəzi sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisələrində, o cümlədən müxtəlif rayonlardakı (şəhərlərdəki) ailə təsərrüfatlarında saxlanılan ev quşlarından laborator müayinə aparılması üçün diaqnostik nümunələr götürüləcək, habelə ölkə üzrə müəssisələrə, təsərrüfatlara, su hövzələrinə və parklara ümumi baxış keçirilməklə, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri görüləcək və epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək. Monitorinqlər çərçivəsində müşahidə aparılacaq ərazilər barədə məlumatlar “Epicollect5” proqramına daxil ediləcək. Monitorinqlərdə Qida Təhlükəsizliyi Agentliyinin, Qida Təhlükəsizliyi İnstitutunun, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin və yerli Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarələrinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin və Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin əməkdaşları və mütəxəssisləri iştirak edəcəklər. Tədbirlər müddətində götürülmüş nümunələrin İnstitutun Mərkəzi Baytarlıq Laboratoriyasında müvafiq müayinələri aparılacaq.
Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminin tətbiqi davam etdirilir
Ölkədə heyvan sağlamlığının və təhlükəsiz heyvan mənşəli qida məhsulları istehsalının təmin olunması məqsədilə Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminin (HİQS) ölkə üzrə tətbiqi davam etdirilir. 2021-ci il 15 dekabr - 2025-ci il 8 yanvar tarixlərində respublika üzrə ailə-kəndli və fermer təsərrüfatlarında 446143 baş iribuynuzlu heyvan, 4302 baş at identikləşdirilərək, həm təsərrüfat, həm də heyvanlar haqqında məlumatlar elektron sistemə daxil edilib. Bununla bağlı olaraq, ölkə ərazisində mövcud olan iri və xırdabuynuzlu heyvanların və atların müvafiq təlimata uyğun identikləşdirilməsinin təmin edilməsi, bu məlumatların Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminə daxil edilməsi və digər məsələlərlə bağlı regionlarda müşavirələr keçirilir. Müşavirələrdə heyvanların identifikasiya olunmasının əhəmiyyəti barədə iştirakçılara geniş məlumat verilir. Qeyd edək ki, HİQS sistemi heyvanların məruz qaldığı xəstəlikləri, profilaktik və müalicə tədbirləri, tətbiq edilən preparatları, diaqnostik sınaqı və nəticələri, heyvanın hərəkəti, həmçinin sahibləri və digər individual göstəriciləri barədə məlumatların unikal identifikasiya kodu ilə əlaqələndirilmiş qaydada toplanılaraq, idarə olunmasını təmin edir. Həmçinin sistemin əsas fuksiyalarına tətbiq olunan preparatların orqanizmdən xaricolma müddətinin gözlənilməsi, alqı-satqısı, daşınması və kəsim dövründə heyvanlara nəzarət edilməsi, itmiş heyvanların axtarılması və ya tapılmış heyvanların sahibinin aşkar edilməsi və digər bu kimi proseslərin idarə olunması daxildir.