AQTA koronavirusun profilaktikası çərçivəsində monitorinqləri davam etdirir
2 İyun 2021 17:58
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qanunvericiliyin tələblərinin yerinə yetirilməsinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.
Nəzarət tədbirləri çərçivəsində 2021-ci il iyunun 1-də ölkə üzrə 427 ictimai iaşə obyektində 728 monitorinq keçirilib. Monitorinqlər zamanı 15 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev 25 ünvanında yerləşən, fiziki şəxs Orucov Şahin Namaz oğluna məxsus "Olimp pub" kafesi;
2. Bakı şəhəri, Yasamal rayonu, Zərdabi 588 ünvanında yerləşən, fiziki şəxs Xəlilov Fərid Qəhrəman oğluna məxsus "The lodge" kafesi;
3. Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov 53 ünvanında yerləşən, fiziki şəxs Babayev Namiq İbrahim oğluna məxsus "Pizza Mizza" restoranı;
4. Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov 53 ünvanında yerləşən, fiziki şəxs Rəcəbov Tale Əmrəddin oğluna məxsus " Senior Mansimo" restoranı;
5. Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski ev 101 A ünvanında yerləşən, fiziki şəxs Axundov Pərviz Kamal oğluna məxsus kafe;
6. Bakı şəhəri, Nərimanov rayonu, V.Çəmənzəminli ev 14 ünvanında yerləşən, fiziki şəxs Həmidli Həmid Zabil oğluna məxsus "Beer Majlis" restoranı;
7. Bakı şəhəri, Nərimanov rayonu, Xarici dairəvi yol 2061-ci məhəllədə yerləşən, fiziki şəxs Abasquliyeva Fəxriyə Aydın qızına məxsus "Xoşdad" kafesi;
8. Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsində yerləşən, fiziki şəxs Abıyeva Rəxşəndə Allahverdi qızına məxsus kafe;
9. Bakı şəhəri, Səbail rayonu, Nizami 42 ünvanında yerləşən, hüquqi şəxs "Mezzanine" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus "Happy Moons" restoranı;
10. Bakı şəhəri, Nizami rayonu, M.Şərifli 84 b ünvanında yerləşən, fiziki şəxs Qaçayev Babək Azərət oğluna məxsus " Bosman pub " kafesi;
11. Bakı şəhəri, Nizami rayonu, M.Şərifli 15 ünvanında yerləşən, fiziki şəxs Muradov Hüseyn Tahir oğluna məxsus "Ulu Borçalı" kafesi;
12. Kürdəmir rayonu, M.Ə.Sabir küçəsində yerləşən, fiziki şəxs Məmmədov Sərəddin Tacəddin oğluna məxsus kafe;
13. İsmayıllı rayonu, İsmayıllı-Qəbələ yolunda yerləşən, fiziki şəxs Nüsrətli Maqsud Elşən oğluna məxsus kafe;
14. Masallı rayonu, H.Əliyev prospektində yerləşən, fiziki şəxs Nəsirov Tural Füzuli oğluna məxsus kafe;
15. Sumqayıt şəhəri, 2-ci məhəllədə yerləşən, fiziki şəxs Mikayılova Ceyran Teyyub qızına məxsus "Karakoç" kafesi.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər
Bəzi ərazilərdən heyvan və quş əti idxalına müvəqqəti məhdudiyyət qoyulub
Almaniya Federativ Respublikasının Brandenburq vilayətində və İsrail Dövlətinin Mərkəz dairəsində dabaq, Şotlandiyanın Anqus inzibati ərazi vahidində və Nigeriya Federativ Respublikasının Kano ştatında isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Bu barədə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) rəsmi məlumatlar daxil olub.
Quş qripi xəstəliyinə qarşı növbəti epizootoloji monitorinqlər keçiriləcək
Quş qripi xəstəliyinin qarşısının alınması üzrə dövlət qurumlarının və digər aidiyyəti subyektlərin əlaqəli Fəaliyyət Planına uyğun olaraq, 2025-ci ilin 13-17 yanvar tarixlərində növbəti epizootoloji monitorinqlər keçiriləcək. Bununla əlaqədar risk əsasında müəyyən olunmuş ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə etməklə ərazi ilə yanaşı, vəhşi quşlara ümumi baxış keçiriləcək, xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə vəhşi quşlar ovlanacaq və həmin müddətdə respublikada fəaliyyət göstərən bəzi sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisələrində, o cümlədən müxtəlif rayonlardakı (şəhərlərdəki) ailə təsərrüfatlarında saxlanılan ev quşlarından laborator müayinə aparılması üçün diaqnostik nümunələr götürüləcək, habelə ölkə üzrə müəssisələrə, təsərrüfatlara, su hövzələrinə və parklara ümumi baxış keçirilməklə, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri görüləcək və epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək. Monitorinqlər çərçivəsində müşahidə aparılacaq ərazilər barədə məlumatlar “Epicollect5” proqramına daxil ediləcək. Monitorinqlərdə Qida Təhlükəsizliyi Agentliyinin, Qida Təhlükəsizliyi İnstitutunun, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin və yerli Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarələrinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin və Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin əməkdaşları və mütəxəssisləri iştirak edəcəklər. Tədbirlər müddətində götürülmüş nümunələrin İnstitutun Mərkəzi Baytarlıq Laboratoriyasında müvafiq müayinələri aparılacaq.
Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminin tətbiqi davam etdirilir
Ölkədə heyvan sağlamlığının və təhlükəsiz heyvan mənşəli qida məhsulları istehsalının təmin olunması məqsədilə Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminin (HİQS) ölkə üzrə tətbiqi davam etdirilir. 2021-ci il 15 dekabr - 2025-ci il 8 yanvar tarixlərində respublika üzrə ailə-kəndli və fermer təsərrüfatlarında 446143 baş iribuynuzlu heyvan, 4302 baş at identikləşdirilərək, həm təsərrüfat, həm də heyvanlar haqqında məlumatlar elektron sistemə daxil edilib. Bununla bağlı olaraq, ölkə ərazisində mövcud olan iri və xırdabuynuzlu heyvanların və atların müvafiq təlimata uyğun identikləşdirilməsinin təmin edilməsi, bu məlumatların Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminə daxil edilməsi və digər məsələlərlə bağlı regionlarda müşavirələr keçirilir. Müşavirələrdə heyvanların identifikasiya olunmasının əhəmiyyəti barədə iştirakçılara geniş məlumat verilir. Qeyd edək ki, HİQS sistemi heyvanların məruz qaldığı xəstəlikləri, profilaktik və müalicə tədbirləri, tətbiq edilən preparatları, diaqnostik sınaqı və nəticələri, heyvanın hərəkəti, həmçinin sahibləri və digər individual göstəriciləri barədə məlumatların unikal identifikasiya kodu ilə əlaqələndirilmiş qaydada toplanılaraq, idarə olunmasını təmin edir. Həmçinin sistemin əsas fuksiyalarına tətbiq olunan preparatların orqanizmdən xaricolma müddətinin gözlənilməsi, alqı-satqısı, daşınması və kəsim dövründə heyvanlara nəzarət edilməsi, itmiş heyvanların axtarılması və ya tapılmış heyvanların sahibinin aşkar edilməsi və digər bu kimi proseslərin idarə olunması daxildir.