Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun elanı
21 Sentyabr 2018 00:00
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda yüksək məvacibli vakant vəzifələrin tutulması üçün müsahibə elan olunur. Müsahibədə ali təhsili olan mikrobioloqlar, virusoloqlar, xromatoqrafiya, AAS, İCP MS üzrə təcrübəsi olan kimyaçılar, PCR üzrə təcrübəsi olan genetiklər, magistratura dərəcəsi olan baytar həkimlər, keyfiyyətə nəzarət üzrə mütəxəssislər iştirak edə bilərlər.
Müraciət etmək istəyən namizədlər 21 sentyabr 2018-ci il tarixindən 17 oktyabr 2018-ci il tarixinədək Qida Təhlükəsizliyi İnstitutuna müraciət edə bilərlər. Ünvan: Bakı şəh., S.S.Axundov küç. 73c. Əlaqə nömrəsi: (012) 565-12-82 (573)
Oxşar xəbərlər
AQTA heyvan satışı bazarlarında monitorinqləri davam etdirir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkədə epizootoloji stabilliyin qorunması, baytarlıq nəzarətinin təmin olunması, bu sahədə fəaliyyətlərin tənzimlənməsi məqsədilə heyvan satışı bazarlarında monitorinqlər davam etdirilir.
Quduzluq xəstəliyindən necə qorunmaq olar?
Quduzluq virus mənşəli olub sinir sisteminin iltihabı ilə səciyyələnən ağır infeksion zoonoz xəstəlikdir. Bu infeksiya növü ilə demək olar ki, bütün növ ev və kənd təsərrüfatı heyvanları, vəhşi heyvanlar, həmçinin insanlar yoluxur.
Respublika ərazisinin yoluxucu xəstəliklərdən qorunması məqsədilə bir sıra ərazilərə tətbiq edilən məhdudiyyətlər aradan qaldırılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.