Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür
21 May 2025 10:50

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Kamboca Krallığının Kamponq Speu əyalətində yüksək patogen quş qripi, İsrail Dövlətinin Şimal bölgəsində isə xırdabuynuzlu heyvanların taun xəstəliyi qeydə alınıb.
Respublika ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması üçün qeyd olunan ərazilərdə zonalaşma prinsipi nəzərə alınmaqla, diri quş və quşçuluq məhsullarının idxalı, xırdabuynuzlu heyvanların və onlara aid məhsulların idxalı, habelə tranzit daşınması ilə bağlı Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Oxşar xəbərlər

Quş qripi xəstəliyi ilə bağlı tətbiq edilmiş bəzi məhdudiyyətlər aradan qaldırılıb
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, İsrail Dövlətinin Cənub bölgəsində və Rumıniyanın Olt inzibati ərazi vahidində qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb. Belə ki, qeyd olunan ərazilərdə ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizootik sağlamlıq statusu bərpa olunub. Bununla əlaqədar respublika ərazisinin bu yoluxucu xəstəlikdən qorunması məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həmin ərazilərə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

İdxal olunan bəzi qida məhsulu partiyalarında uyğunsuzluq aşkarlanıb
Nəzarət tədbirləri çərçivəsində Rusiya və İrandan idxal olunan bəzi qida məhsulu partiyalarında uyğunsuzluq aşkarlanıb. Bununla bağlı müvafiq ölkələrin aidiyyəti qurumlarına bildirişlər ünvanlanıb. Həmçinin faktla bağlı AQTA tərəfindən qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb. Uyğunsuzluqlar əsasən parazit və bakteriya üzrə, eləcə də kükürd dioksidin kütlə payının normadan çox olması ilə bağlı olub. Nöqsanlar aşkarlanan məhsul partiyaları aşağıdakılardır:

E621 kodu bizə nə deyir?
Mononatrium qlütamat — yeməklərin dadını gücləndirmək üçün geniş istifadə olunan qida əlavəsidir. Bu maddə qlütamat turşusunun natrium duzudur və emal olunmuş qidaların etiketlərində “E621” və ya “monosodium glutamate” kimi qeyd olunur. Bu maddə qida sənayesində əsasən kolbasa, sosiska, hazır şorbalar, “fast food”, çips və konservlərdə geniş istifadə olunur. Yol verilən həddən artıq qəbul edildikdə, insanlarda allergik reaksiyalar, nevroloji təsirlər, həmçinin “Çin restoranı sindromu” adlanan simptomlar yarana bilər. Bunlara baş ağrısı, boyun və sinə nahiyəsində gərginlik, tərləmə, ürək döyüntüsünün artması və halsızlıq kimi əlamətlər daxildir. Beynəlxalq təşkilatlar bu maddənin normal miqdarda istifadəsinin təhlükəsiz olduğunu bildirir. Ancaq gündə 3-5 qram və daha çox qəbul edildikdə bəzi insanlarda allergik reaksiyalar yarana bilər. Xüsusilə uşaqlar, hamilə qadınlar və bu maddəyə həssaslığı olan şəxslər ehtiyatlı olmalıdır. Qida etiketlərində mononatrium qlütamat müxtəlif adlarla qeyd oluna bilər. İstehlakçılar xüsusilə monosodium glutamate, E621, hidrolizə olunmuş bitki zülalı, ləzzət artırıcı və natrium qlütamat kimi ifadələrə diqqət yetirməlidirlər. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi E621 də daxil olmaqla qida əlavələrinin istifadəsini mövcud qanunvericiliyə uyğun şəkildə tənzimləyir və onların müəyyən olunmuş miqdarda təhlükəsiz şəkildə istifadəsinə nəzarət edir. Nəzərə almaq lazımdır ki, E621 bir çox fərqli məhsulda ola bilər və gün ərzində müxtəlif mənbələrdən qəbul edildikdə onun təsiri artaraq sağlamlığa zərər verə bilər. Buna görə də istehlakçılar rasionlarında bu maddənin miqdarına nəzarət etməli, mümkün qədər az istifadəsinə üstünlük verməlidirlər. Daha ətraflı videoda: https://www.youtube.com/shorts/Er-BTakezus
