Ərzaq Təhlükəsizliyi üzrə İslam Təşkilatının baş direktoru AQTİ laboratoriyalarının iş şəraiti ilə tanış olub
16 İyun 2022 11:04
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) ixtisaslaşmış qurumu olan Ərzaq Təhlükəsizliyi üzrə İslam Təşkilatının (IOFS) baş direktoru Yerlan Baidaulet Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) nəzdində Milli Referens Laboratoriyasının (MRL) iş şəraiti ilə tanış olub.
Qonağa ilk növbədə AQTİ-nin fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verilib. Qeyd edilib ki, qida təhlükəsizliyi sisteminə daxil olan mövcud laboratoriyalar şəbəkəsi optimallaşdırılıb, müasir tələblərə cavab verən yeni laboratoriyalar yaradılıb. Laboratoriya sisteminin təkmilləşdirilməsi, o cümlədən laboratoriyaların maddi-texniki bazasının gücləndirilməsi və modernləşdirilməsi istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirilir. Bildirilib ki, hazırda AQTİ-nin nəzdində qida təhlükəsizliyi, kompleks müayinələr, heyvan və bitki sağlamlığı üzrə ümumilikdə 16 laboratoriya və regional bölmə fəaliyyət göstərir. Laboratoriyalar qida təhlükəsizliyinin təmin edilməsi və əhalinin sağlamlığının qorunması məqsədilə ölkədə istehsal edilən, həmçinin idxal və ixrac olunan qida məhsullarının, aqrokimyəvi və baytarlıq preparatları kimi qeyri-qida məhsullarının, eləcə də qida qablaşdırma materiallarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə müayinələrinin aparılması üçün ən müasir cihaz və avadanlıqlarla təchiz edilib.
Görüş vaxtı IOFS və AQTİ arasında müxtəlif sahələrdə əməkdaşlıq imkanları müzakirə olunub. Daha sonra Yerlan Baidaulet AQTİ-nin Milli Referens Laboratoriyasının Bioloji müayinələr bölməsində molekulyar-bioloji sınaqlarının aparılması prosesini izləyib, kimyəvi müayinələr bölməsinə, fındıqda aflatoksin müayinəsi aparılan maye xromatoqraf otağına, həmçinin fiziki-kimyəvi sınaqlar, pestisid və antibiotik qalıqları sınaqları həyata keçirilən laborator otaqlara baxış keçirib.
IOFS baş direktoru laboratoriya sisteminin təkmilləşdirilməsi, o cümlədən laboratoriyaların maddi-texniki bazasının gücləndirilməsi və modernləşdirilməsi istiqamətində AQTİ tərəfindən aparılan işləri yüksək dəyərləndirib.
Oxşar xəbərlər

Quş qripi xəstəliyi ilə bağlı tətbiq edilmiş bəzi məhdudiyyətlər aradan qaldırılıb
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatına əsasən, Amerika Birləşmiş Ştatlarının Minnesota, Oklahoma, Tennessi və Arizona ştatlarında qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb. Belə ki, qeyd olunan inzibati ərazi vahidlərində ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, bu xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizootik sağlamlıq statusu bərpa olunub. Bununla əlaqədar, respublika ərazisinin həmin yoluxucu xəstəlikdən qorunması məqsədilə həmin inzibati ərazi vahidlərinə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Quş qripi xəstəliyi ilə bağlı tətbiq edilmiş bəzi məhdudiyyətlər aradan qaldırılıb
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatına əsasən, Amerika Birləşmiş Ştatlarının Minnesota, Oklahoma, Tennessi və Arizona ştatlarında qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb. Belə ki, qeyd olunan inzibati ərazi vahidlərində ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, bu xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizootik sağlamlıq statusu bərpa olunub. Bununla əlaqədar, respublika ərazisinin həmin yoluxucu xəstəlikdən qorunması məqsədilə həmin inzibati ərazi vahidlərinə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Dünyadakı epizootik vəziyyətə uyğun olaraq bəzi məhdudiyyətlər tətbiq olunub
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Çin Xalq Respublikasının Sincan Uyğur muxtar regionunda xırdabuynuzlu heyvanların taun, Andorra Knyazlığının Ordino inzibati ərazi vahidində blutanq, Tunis Respublikasının Aryana, Ben-Arous, Beca, Qafsa, Cenduba, Mahdiya, Manuba, Sfax, Silyana, Susa, Zaqvan, Kebili, Medenin vilayətlərində, Koreya Respublikasının Collanam-do əyalətində, Slovakiya Respublikasının Trnavsk, Bratislava diyarlarında isə dabaq xəstəliyi aşkarlanıb. Bundan başqa, Polşa Respublikasının Podkarpatsk, Malopolsk inzibati ərazilərində, Şimali Makedoniya Respublikasının Poloq regionunda Nyukasl, Kamboca Krallığının Kamponq Çnanq, Prea Sianuk əyalətlərində, Şotlandiyanın Haylənd inzibati ərazi vahidində, Amerika Birləşmiş Ştatlarının Nyu-Cersi ştatında, Polşa Respublikasının Sventokşisk inzibati ərazisində, Nigeriya Federativ Respublikasının Kaduna, Zamfara ştatlarında, Toqo Respublikasının Mərkəz, Maritaym vilayətlərində, Banqladeş Xalq Respublikasının Kxulna vilayətində, Hindistan Respublikasının Karnataka ştatında, Toqo Respublikasının Maritaym vilayətində, İngiltərənin Şimal-Şərqi İngiltərə regionunda isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəliklərdən qorunması üçün zonalaşma prinsipi nəzərə alınmaqla, diri iri və xırdabuynuzlu heyvanların, onlara aid məhsulların, habelə diri quş və quşçuluq məhsullarının idxalı və tranzit daşınması ilə bağlı ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.