Heyvanların qeydiyyata alınması nə üçün zəruridir?
13 May 2024 10:45
![Heyvanların qeydiyyata alınması nə üçün zəruridir?](https://afsa.gov.az/resized/resize649/center/pages/9067/4-heyvanlarin-identifikasiyasi00-00-10-24still001-0.jpg)
![Heyvanların qeydiyyata alınması nə üçün zəruridir?](https://afsa.gov.az/resized/resize649/center/pages/9067/4-heyvanlarin-identifikasiyasi00-02-01-06still004.jpg)
![Heyvanların qeydiyyata alınması nə üçün zəruridir?](https://afsa.gov.az/resized/resize649/center/pages/9067/4-heyvanlarin-identifikasiyasi00-00-10-24still001-0.jpg)
![Heyvanların qeydiyyata alınması nə üçün zəruridir?](https://afsa.gov.az/resized/resize649/center/pages/9067/4-heyvanlarin-identifikasiyasi00-02-01-06still004.jpg)
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminə (HİQS) dair yeni videoçarx hazırlanıb.
Videoçarxda HİQS və bu sistemin üstünlükləri haqqında ətraflı məlumat verilib. Bildirilib ki, heyvan sağlamlığı və qida təhlükəsizliyi baxımından əhəmiyyətli olan bu sistemin tətbiqi heyvanların genetik xətt üzrə izlənməsinə və damazlıq işinin təşkilinə töhfə verir. Həmçinin ixrac prosesinin asanlaşmasına münbit şərait yaradır. Heyvanların identifikasiyası, heyvan və heyvan mənşəli məhsulların izlənilməsi ölkəmizdə bioloji təhlükəsizliyin təmin olunması və insan sağlamlığının qorunmasında xüsusi əhəmiyyət kəsb edir.
Qeyd edək ki, sahibkarlıq subyektləri bu videoçarx vasitəsilə HİQS və bu sistemin üstünlükləri barədə ətraflı məlumat əldə edə biləcəklər.
AQTA tərəfindən hazırlanan HİQS-ə dair yeni videoçarxla aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:
Oxşar xəbərlər
![Bioloji aktiv qida məhsullarının idxalı ilə məşğul olan sahibkarlar AQTİ-də olub](https://afsa.gov.az/resized/resize224/center/pages/9365/whatsapp-image-2024-07-26-at-181412-1.jpg)
Bioloji aktiv qida məhsullarının idxalı ilə məşğul olan sahibkarlar AQTİ-də olub
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda bioloji aktiv qida məhsullarının idxalı ilə məşğul olan sahibkarlıq subyektlərinin rəhbərləri və digər məsul şəxslərinin iştirakı ilə görüş keçirilib.
![Quş qripi xəstəliyi ilə bağlı tətbiq olunan bəzi məhdudiyyətlər aradan qaldırılıb](https://afsa.gov.az/resized/resize224/center/pages/9363/woah.jpg)
Quş qripi xəstəliyi ilə bağlı tətbiq olunan bəzi məhdudiyyətlər aradan qaldırılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.
![Tövsiyələrə əməl edək, qidadan zəhərlənməyək!](https://afsa.gov.az/resized/resize224/center/pages/9358/whatsapp-image-2024-07-26-at-120911.jpg)
Tövsiyələrə əməl edək, qidadan zəhərlənməyək!
Qida zəhərlənmələri bütün dünyada tez-tez rast gəlinən bir haldır və isti havalarda, yaz-yay aylarında daha çox təsadüf edilir. Zəhərlənmələrə mikroorqanizmlər, onların toksinləri və ya kimyəvi maddələrlə çirklənmiş qida qəbulu səbəb ola bilər. Son illərin statistik rəqəmlərinə əsasən, qida zəhərlənmələrinin 75 %-i məişət zəminində baş verir. Qida zəhərlənmələrindən qorunmaq üçün evdə qida hazırlayarkən tövsiyə olunan gigiyena qaydalarına əməl etmək lazımdır:
![Bioloji aktiv qida məhsullarının idxalı zamanı riayət edilməsi vacib tələblər](https://img.youtube.com/vi/TUM1wv6QTHY/hqdefault.jpg)