İri və xırdabuynuzlu heyvanlar arasında epizootoloji monitorinqlər keçiriləcək
31 Oktyabr 2023 15:57

2023-cü ilin 1-17 noyabr tarixlərində “Azərbaycan Respublikasının 2023-cü il üçün epizootiya əleyhinə Tədbirlər Planı”na əsasən, peyvənd olunduqdan sonra immun fonun təyin olunması və xüsusi təhlükəli xəstəliklərə görə epizootoloji şəraitin öyrənilməsi məqsədilə iri və xırdabuynuzlu heyvanlar arasında epizootoloji monitorinqlər keçiriləcək.
Monitorinqlər zamanı təsadüfi seçim üsulu ilə müəyyən olunmuş respublikanın 56 rayonunun (şəhərinin) 192 yaşayış məntəqəsinin hər birində heyvan növünə görə 3 fermer və ya ailə təsərrüfatı olmaqla, ümumilikdə 1152 baş iribuynuzlu və 1152 baş xırdabuynuzlu heyvanlardan diaqnostik qan nümunələrinin götürülməsi planlaşdırılır.
Müayinələrin aparılması üçün götürülmüş nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasına və regional sınaq laboratoriyalarına təqdim olunacaq.
Monitorinqlərdə Qida Təhlükəsizliyi Agentliyinin baytarlıq müfəttişləri və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarələrinin mütəxəssisləri iştirak edəcəklər.
Oxşar xəbərlər

Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
1 dekabr 2023-cü il tarixində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhəri və Şəki rayonunda fəaliyyət göstərən 7 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar inzibati tədbir görülüb.

Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
29-30 noyabr tarixlərində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhəri və Lənkəran, Şəmkir rayonlarında fəaliyyət göstərən 12 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar inzibati tədbir görülüb.

Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatlarına əsasən, Kamboca Krallığının Kampot əyalətində və Bolqarıstan Respublikasının Dobriç vilayətində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
