İtaliyalı mütəxəssislər Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasında təlimdə iştirak edib
28 İyun 2018 00:00
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 4 saylı sınaq laboratoriyasında İtaliyanın “Ferrero” şirkətinin nümayəndələri ilə birgə fındıq nümunəsində aflatoksin sınaqlarının aparılması üzrə təlim keçirilib. Təlimin məqsədi Azərbaycandan ixrac olunan fındığın keyfiyyətini və təhlükəsizliyini təmin edəcək davamlı qida zəncirinin qiymətləndirilməsi və aflatoksin sınağı əsasında praktik biliklərin təkmilləşdirilməsidir. İtaliyalı mütəxəssislərə əvvəlcə fındığın yığımı, saxlanması, nümunələrin düzgün homogenizasiya edilərək seçilməsi, laboratoriyaya çatdırılması və sınaqların həyata keçirilməsinə dair prezentasiyalar təqdim edilib, sonra isə müqayisəli metodlara əsaslanaraq fındıqda aflatoksin miqdarının təyini sınaqları keçirilib. Sınaq zamanı keyfiyyətə nəzarət qrafikləri, kalibrləmə əyriləri, nümunə ekstraksiya metodları, şahid nümunələrinin saxlanması və digər məsələlər barədə müzakirələr aparılıb. Yaş və quru nümunə hazırlama metodları ilə fındığın aflatoksin sınağı üzrə nəticələri də müqayisə edilib və nəticədə yaş (slurry) metodun daha effektiv olduğu müəyyənləşib.
Oxşar xəbərlər
AQTA heyvan satışı bazarlarında monitorinqləri davam etdirir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkədə epizootoloji stabilliyin qorunması, baytarlıq nəzarətinin təmin olunması, bu sahədə fəaliyyətlərin tənzimlənməsi məqsədilə heyvan satışı bazarlarında monitorinqlər davam etdirilir.
Quduzluq xəstəliyindən necə qorunmaq olar?
Quduzluq virus mənşəli olub sinir sisteminin iltihabı ilə səciyyələnən ağır infeksion zoonoz xəstəlikdir. Bu infeksiya növü ilə demək olar ki, bütün növ ev və kənd təsərrüfatı heyvanları, vəhşi heyvanlar, həmçinin insanlar yoluxur.
Respublika ərazisinin yoluxucu xəstəliklərdən qorunması məqsədilə bir sıra ərazilərə tətbiq edilən məhdudiyyətlər aradan qaldırılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.