“Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət sınağının aparılması, qeydiyyata alınması və istifadəsinə icazə verilmiş preparatların siyahısına daxil edilməsi üzrə Ekspert Şurası”nın növbəti iclası keçirilib
6 May 2022 11:52
2022-ci ilin 22 aprel tarixində “Preparatların sınağının aparılması, qeydiyyata alınması və istifadəsinə icazə verilmiş preparatların siyahısına daxil edilməsi barədə Ekspert Şurası”nın və “İstifadəyə yararsız və istifadəsi qadağan olunmuş pestisidlərin zərərsizləşdirilməsi və məhv edilməsinə dair İnventarlaşdırma Komissiyası”nın 39-cu iclası keçirilib.
Videokonfrans formatında keçirilən tədbirdə elmi-tədqiqat institutlarında sınaqları aparılmış preparatlarla bağlı məlumatlar mütəxəssislər tərəfindən təhlil edilib, yeni preparatlar üzrə sınaqların aparılmasına dair müraciətlər araşdırılıb. Preparatların sınağı və tətbiqi zamanı əldə olunan müsbət nəticələrə əsasən, ilk dəfə qeydiyyata alınan 19 adda aqrokimyəvi maddə və 26 adda pestisid, təkrar qeydiyyata alınan 14 adda aqrokimyəvi maddə və 50 adda pestisid olmaqla, ümumilikdə 109 adda preparatın dövlət qeydiyyatına alınması, sənədlərinin ekspertizası nəticəsində müsbət rəy bildirilən 16 adda aqrokimyəvi maddə və 18 adda pestisid olmaqla, toplam 34 adda preparatın (siyahısı əlavə olunur) 3 mərhələdən ibarət dövlət sınağının (laboratoriya şəraitində analizi, tarla və istehsalat sınağı) aparılması barədə qərar qəbul olunub.
İşçi qrup tərəfindən verilmiş rəylərə əsasən, ilkin qeydiyyat üçün müraciət edilmiş 43 adda (17 adda aqrokimyəvi maddə, 26 adda pestisid), təkrar qeydiyyat üçün 20 adda (19 adda aqrokimyəvi maddə, 1 adda pestisid) preparata məxsus sənədlər toplusunda uyğunsuzluq aşkar edilib. Bundan başqa, ilkin qeydiyyat üçün müraciət edilmiş 2 adda preparatın (pestisid), təkrar qeydiyyat üçün müraciət edilmiş 4 adda preparatın (pestisid) təsiredici maddəsi Agentliyin Kollegiyasının təsdiq etdiyi 191 adda qadağa siyahısında olmasa da, Avropa Birliyinin və Türkiyə Respublikasının qəbul etdiyi qadağa siyahısına daxil olduğuna görə, həmin təsiredici maddələrin yenilənəcək qadağa siyahısına daxil edilməsi nəzərdə tutulur. Bu səbəbdən, 2 adda pestisidin dövlət sınağına göndərilməsi, 4 adda pestisidin isə təkrar dövlət qeydiyyatına alınması məqsədəuyğun hesab edilməyib.
Bütün bunları nəzərə alaraq, Ekspert Şurasının üzvləri tərəfindən ümumilikdə 69 adda preparatla (siyahısı əlavə olunur) bağlı imtina qərarı verilib.
Qeyd edək ki, son illər ölkəmizdə bitki mühafizə vasitələrinin − pestisidlərin və bioloji preparatların istehsalı, idxalı, ixracı, saxlanılması və satışı sahəsində nəzarət tədbirləri daha da təkmilləşdirilmişdir. Sahibkarlıq subyektlərinə yalnız adları dövlət qeydiyyatına alınaraq istifadəsinə icazə verilmiş preparatlar siyahısına daxil edilən, mənşəyi və keyfiyyəti barədə sertifikatları olan, müvafiq qaydada qablaşdırılmış və etiketləşdirilmiş pestisidlərin, aqrokimyəvi maddələrin idxalına icazə verilir.
Dövlət qeydiyyatına alınmış və dövlət sınağının aparılması barədə qərar qəbul edilmiş preparatların siyahısı ilə aşağıdakı cədvəldə tanış ola bilərsiniz.
Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət sınağının aparılması, qeydiyyata alınması və istifadəsinə icazə verilmiş preparatların siyahısına daxil edilməsi üzrə Ekspert Şurası tərəfindən fiziki və hüquqi şəxslərin müraciətləri əsasında dövlət qeydiyyatına alınması və dövlət sınağının aparılması barədə qərar qəbul edilmiş preparatların
S İ Y A H I S I
1. İlk dəfə qeydiyyata alınan aqrokimyəvi maddələr
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin "AQROKOMPLEKSİ"nin müraciətinə əsasən, İspaniya Krallığının "Carbotecnia S.L" şirkətinin istehsalı
1. Novosil Plus
2. Carbo-Eco Potasi K
3. Carbo-Eco Mg
4. Carbo-Eco Algas
5. Carbo-Eco Cu
6. Carbo-Eco pH
7. Carbo-ORGA
"Agro Idea" MMC müraciətinə əsasən, Ukrayna Respublikasının "Ukrayna Agro Zar" MMC şirkətinin istehsalı
8. Rivine Humat (Kalium Humat) marka B
9. Rivine mikro element ilə Humat
"ECOSAFER" MMC-nin müraciətinə əsasən, Azərbaycan Respublikasının "ECOSAFER" MMC şirkətinin istehsalı
10. Eko Marvel
11. Balans 2.1.3
12. Eko Qumat
13. Super Aktivator
"Azilaqro" MMC-nin müraciətinə əsasən, Türkiyə Respublikasının "Doğa Tarım Ticaret San. Ve Turizm LTD. ŞTİ" şirkətinin istehsalı
14. Feed Line 16-8-24+TE
Azilaqro“ MMC-nin müraciətinə əsasən Türkiyə Respublikasının "Doğa Tarım Ticaret San. Ve Turizm LTD. ŞTİ" şirkətinin istehsalı
15. İnnodrip 18-18-18+TE
16. İnnodrip 15-30-15+TE
17. İnnodrip 16-8-24+TE
18. Feed Line 18-18-18+TE
19. Feed Line 15-30-15+TE
1. İlk dəfə qeydiyyata alınan pestisidlər
“RAIN FRUIT” MMC-nin müraciətinə əsasən Çin Xalq Respublikasının "Calmpo Alboran" şirkətinin istehsalı
1. Index
2. Satelit
3. Factor
4. Elixir
5. Perimetr
6. Quadrat
7. Boliar
8. Storm
9. Maxi super 25%
10. Amiral
11. Fix 1%
12. Praline 4% SG
13. Excel 1.9%
"ŞANS" MMC-nin müraciətinə əsasən Rusiya Federasiyasının "ŞANS" MMC şirkətinin istehsalı
14. Şanslin SPD
15. Şanstar SPD Astar 50 WP
16. Şansti SPD
"Expert Agro Services" MMC-nin müraciətinə əsasən Moldova Respublikasının "Mezhtrans Moldova" SRL şirkətinin istehsalı
17. Tuta absoluta Lure
18. Helicoverpa armigera lure
19. Ips duplicatus lure
20. Pantry Pure Moth Trap
"ECOSAFER" MMC-nin müraciətinə əsasən Azərbaycan Respublikasının "ECOSAFER" MMC şirkətinin istehsalı
21. İSİT
Atakişiyev Əmirxəlil Məhərrəm oğlunun müraciətinə əsasən Ukrayna Respublikasının "Nertus" şirkətinin istehsalı
22. Kontador Dua SC
23. Skorazol EC
24. Tiara WG
25. Dozo WP
26. Bimmer
III. Təkrar qeydiyyata alınan aqrokimyəvi maddələr
"Aqrokimya" MMC-nin müraciətinə əsasən Rusiya Federasiyasının "Voskresenskie Mineralniye Udobreniya" şirkətinin istehsalı
1. Start 15:30:15+2Mgo+ME
2. Start 11:40:11+2MgO+ME
3. Start 13:40:13+ME
4. Universal 18:18:18+3MgO+ME
5. Universal 19:19:19+ME
6. Universal 20:20:20+ME
7. Final 15:7:30+3MgO+ME
8. Final 12:6:36+2.5MgO+ME
"AGS TURKAZ" MMC-nin müraciətinə əsasən Rusiya Federasiyasının “URALKALİY” şirkətinin istehsalı
9. KALIUM XLORID
“GBR TRADE” MMC-nin müraciətinə əsasən İtaliya Respublikasının “BIOLCHIM S.P.A” şirkətinin istehsalı
10. BIOALGA
11. PHOSFIK PK
12. NITROCAM
13. FYLLOTON
14. MACROLIQ POTASSIO
1. Təkrar qeydiyyata alınan pestisidlər
“GBR Trade” MMC-nin müraciətinə əsasən Türkiyə Respublikasının "Agrobest Grup Tarım İlaçları Tohumculuk İmalat İthalat İhracat Sanayi Ve Ticaret . A.Ş." şirkətinin istehsalı
1. AKTİNARA 240 SC
2. AWACANT
3. BESTGART 75 WP
4. BORECAF
5. CONTİER
6. COREMİKS
7. EVAKUR
8. FAMOSO
9. GURADOR
10. HASSWİLL
11. HASSWİLL
12. NİMBECİDİNE
13. PERTRAK MZ
14. RİZOCLEAN
15. VELİYETTE
16. BEST ALFA 100 EC
17. HELGA SÜPER
18. KORITUS
19. MAYCEB M -45
20. MOONMITE
21. SANOMYL 90 SP
22. SONROUND 48 SL
"EMA" QSC-nin müraciətinə əsasən Türkiyə Respublikasının "Hektaş Tic. T.A.Ş." şirkətinin istehsalı
23. Hektaş Maestro
“GBR Trade” MMC-nin müraciətinə əsasən Türkiyə Respublikasının "Agrobest Grup Tarım İlaçları Tohumculuk İmalat İthalat İhracat Sanayi Ve Ticaret . A.Ş." şirkətinin istehsalı
24. BAYOMCA
25. BESTKUR 25 EC
26. BESTKUR 25 WP
27. BESTMILYN
28. CHANGER
29. FULLPAS 100 EC
30. KARZEP 50 WP
31. ROTUNDIS
32. BROADER 30 EC
33. CANOLEX 50 WP
34. KÜLHANE GOLD 24 E
35. NEMASAT 10 G
"EMA" QSC-nin müraciətinə əsasən Türkiyə Respublikasının “Hektaş Tic.T.A.Ş.” şirkətinin istehsalı
36. Formula Super 5 EC
Əliyev Sabit Şahmar oğlunun müraciətinə əsasən Türkiyə Respublikasının "Ertar Kimya Tarım Ürünleri ve Aletleri İml. Paz. San. ve Tic. LTD.ŞTİ" şirkətinin istehsalı
37. Massfiks
38. Massmectin
39. Echo 5 EC
"AVC Qrup" MMC-nin müraciətinə əsasən Almaniya Federativ Respublikasının "DVA Agro GmbH" şirkətinin istehsalı
40. Dellek Forte 240 EC
41. Bingo 20 WP
42. Komutator WG
43. Danon 700 WG
44. Elan WG
45. Felix WG
46. Duet Forte 650 WG
47. Concord 80 WG
48. Arbalet 75 WG
“GBR Trade” MMC-nin muraciətinə əsasən Belçika Krallığının “Arysta LifeScience Benelux S.P.R.L” şirkətinin istehsalı
49. Scort 25 % EC
50. SİTRİN 50 % EC
Cəmi 109 adda preparat.
1. Dövlət sınağının aparılması üçün göndərilən aqrokimyəvi maddələr
"Aqrokimya" MMC-nin müraciətinə əsasən Türkiyə Respublikasının "Koruma Klor Alkalı ve Tic A.Ş." şirkətinin istehsalı
1. Rebecca Extra
"AGRİCO" MMC-nin müraciətinə əsasən Türkiyə Respublikasının “Stoller Turkey Organik Tarım San.Tic.A.Ş.” şirkətinin istehsalı
2. Golden Harvest Plus GA 5-18-3
3. Max Fruit
4. Harvest More 10-55-10+TE
5. Key Feeds Zinc
6. Bud Feed
7. Maxfoli Can
8. Key Feeds İron
9. K-Now
10. Key Feeds Manganese
“AZCHEMCO” MMC-nin müraciətinə əsasən Azərbaycan Respublikasının “AZCHEMCO” MMC şirkətinin istehsalı
11. AZCHEMCO DİAMOND NPK 18-18-18+TE
12. AZCHEMCO DİAMOND NPK 20-20-20+TE
13. AZCHEMCO DİAMOND NPK 15-30-15+TE
14. AZCHEMCO DİAMOND NPK 16-8-24+TE
15. AZCHEMCO DİAMOND NPK 11-33-11+TE
"Aqroservis" ASC-nin müraciətinə əsasən Belarusiya Respublikasının OAO "Гомельский химический завод" şirkətinin istehsalı
16. Azot-fosfor-kalium-kükürd 16-16-16-6
1. Dövlət sınağının aparılması üçün göndərilən pestisidlər
"EMA" QSC-nin müraciətinə əsasən Türkiyə Respublikasının “Hektaş Tic.T.A.Ş.” şirkətinin istehsalı
1. HEKTAŞ HATTRİCK
2. KİBELE 490 SC
3. MAİCO
4. ESQUİ
5. PUZZLE 20 WP
6. SLOOP MZ
7. HEKTAŞ AKTOR
8. HEKTAŞ ADONİS
9. HEKTAŞ BİSELADO
10. HEKTAŞ GREDİ
11. HEKALFA 20 EC
12. HEKAŞ TESLA
13. HEKTAŞ HORA
"SHAMKİR AGRO" MMC-nin müraciətinə əsasən Rusiya Federasiyasının "AQROEKO" MMC şirkətinin istehsalı
14. Fitoverm M, KE
"Aqrokimya" MMC-nin müraciətinə əsasən Türkiyə Respublikasının 'Koruma klor Alkalı ye Tic A.Ş" şirkətinin istehsalı
15. Korfezin 400 SC
16. Alushta 116,2 EC
17. Korpollo 500 SC
"Buta Traidinq“ MMC-nin müraciətinə əsasən Türkiyə Respublikasının “ASTRANOVA TARIM TİC. VE SAN. A.Ş.” şirkətinin istehsalı
18. SHANGDONG 240 EC
Cəmi 34 adda preparat.
Pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət sınağının aparılması, qeydiyyata alınması və istifadəsinə icazə verilmiş preparatların siyahısına daxil edilməsi üzrə Ekspert Şurası tərəfindən fiziki və hüquqi şəxslərin müraciətləri əsasında dövlət qeydiyyatına alınmaması və dövlət sınağının aparılmaması barədə qərar qəbul edilmiş preparatların
S İ Y A H I S I
1. Dövlət sınağının aparılmasına imtina verilmiş aqrokimyəvi maddələr (sənədlər toplusunda uyğunsuzluq aşkar edildiyinə görə)
“Agrovit” MMC-nin müraciətinə əsasən Rusiya Federasiyasının OOO “Bioinovatik” şirkətinin istehsalı
1. Biodux M.
2. Biosleep BV,J
3. Bisleep BT
4. Orgamika S,J
5. Orgamika F,J
6. Organit N
7. Organit P
8. Psevdobakterin-3,J
“RONAR AZ" MMC-nin müraciətinə əsasən Niderland Krallığının “Intracare B.V.” şirkətinin istehsalı
9. Intra Eco Shield
"AGRICO" MMC-nin müraciətinə əsasən Çin Xalq Respublikasının “Jiangsu Inter” şirkətinin istehsalı
10. Dr Bio Mo 20g/l
11. Dr Bio EDTA-Zn-15
12. Dr Bio EDTA-Mn-13
13. Dr Bio EDDHA-Fe -6 (Ortho-Ortho: 3.6)
14. Dr Bio Mn 120 g/l
15. Dr Bio EDTA-Cu-15
“Aqrovita” MMC-nin müraciətinə əsasən Türkiyə Respublikasının “Tarsa Tarım San. Ve Tic A.Ş” şirkətinin istehsalı
16. Hydroponica Potassium Chloride
“Epidbiomed” MMC-nin müraciətinə əsasən Çin Xalq Respublikasının “HUMICA WEIHAI INTERNATIONAL CO., LTD” şirkətinin istehsalı
17. Humate 85 %
1. Dövlət sınağının aparılmasına imtina verilmiş pestisidlər (sənədlər toplusunda uyğunsuzluq aşkar edildiyinə görə)
“EMA” QSC-nin müraciətinə əsasən İsveçrə Konfederasiyasının “ BASF Agro B.V.Arnhem (NL) Freienbach Branch” şirkətinin istehsalı
1. Pulsar 40
“Sara Qrup” QSC-nin müraciətinə əsasən Almaniya Federativ Respublikasının “MAC-GMBH Agricultural Products” şirkətinin istehsalı
2. Trimexa WG
3. Chlopamex 200 SC
4. Cypromex 75 WDG
5. Spinomex 240 SC
6. Folmex 250 FS
7. Promex plus SC
“EMA” QSC-nin müraciətinə əsasən Türkiyə Respublikasının “HEKTAŞ TİCARET T.A.Ş.” şirkətinin istehsalı
8. HANDLE
9. PEMENA
10. FREYA 240 SC
11. HEKTAŞ BİSELADO
12. GALERON 600
“Aqrokimya” MMC-nin müraciətinə əsasən İsveçrə Konfederasiyasının “Syngenta Agro AG” şirkətinin istehsalı
13. LİRUM 78 SC
14. REGLONE AIR 200 SL (qadağadadır)
15. RIDOMIL GOLD R 162 WG
16. UNIFORM 446 SE
“EMA” QSC-nin müraciətinə əsasən Çin Xalq Respublikasının “Ningbo Generic Chemical Co.Ltd" şirkətinin istehsalı
17. Almaz
18. CHRYSAMED DEDEX
19. RED CARD
20. SAMBO
21. SOMBRERO WG
22. VALSAGLIF SL
23. VALSALAKSIL WP
24. VALSAMBA EC
25. VALSAREL EC
26. VALSAZEB WP
lll. Dövlət sınağının aparılmasına imtina verilmiş pestisidlər (təsiredici maddəsi qadağa siyahısına düşdüyünə görə)
“SHAMKİR AGRO” MMC-nin müraciətinə əsasən Rusiya Federasiyasının “AqroEko” şirkətinin istehsalı
1. Strekar KS
“Aqrokimya” MMC-nin müraciətinə əsasən Türkiyə Respublikasının “Koruma Klor Alkali San. Ve Tic. A.Ş.” şirkətinin istehsalı
2. KORLİNO 450 SC
1. Təkrar qeydiyyata alınmasına imtina verilmiş aqrokimyəvi maddələr (sənədlər toplusunda uyğunsuzluq aşkar edildiyinə görə)
“EMA” QSC-nin müraciətinə əsasən Fransa Respublikasının “Fertiplus” şirkətinin istehsalı
1. ACA 27
2. BİORAİZ
3. CALİMAG PLUS
4. CYTRAL Zn Mn
5. CYTRAL Zn
6. FERTİGROW 20-20-20+TE
7. FOLAX Bmo
8. FERTİBOOST AH 15
9. FOLİA K 300
10. MİX DRİP 12Fe
11. HUMİCS Kfe
12. SOLFER PREMİUM
13. SİNERGİAC
14. FERTİGROW 13-40-13+TE
15. FOLİMAX 5.10.35+TE
"AQROKİMYA" MMC-nin müraciətinə əsasən İsrail Dövlətinin "Haifa Negev Technologies Ltd" şirkətinin istehsalı
16. Poly-Feed 20-20-20 + ME
17. Poly-Feed 12-5-40 + ME
18. Poly-Feed 17-09-29+1MgO+ME
“AQROKİMYA" MMC-nin müraciətinə əsasən Rusiya Federasiyasının AO "OXK Uralxim" şirkətinin "KÇKX" filialının istehsalı
19. Azotofosfat marka 33:3
1. Təkrar qeydiyyata alınmasına imtina verilmiş pestisidlər (sənədlər toplusunda uyğunsuzluq aşkar edildiyinə görə)
“GBR Trade” MMC-nin müraciətinə əsasən Türkiyə Respublikasının “Agrobest Grup Tar. İl. Toh. İml. İth. İhr. San. Tic. A.Ş” şirkətinin istehsalı
1. Nivathion 60 EC
1. Təkrar qeydiyyata alınmasına imtina verilmiş pestisidlər (təsiredici maddəsi qadağa siyahısına düşdüyünə görə)
“GBR Trade” MMC-nin müraciətinə əsasən Türkiyə Respublikasının “Agrobest Grup Tar. İl. Toh. İml. İth. İhr. San. Tic. A.Ş” şirkətinin istehsalı
1. Fulldazim 50 WP
2. Gurell-D EC
3. KARNAVAL 50 WP
4. ROTANETT
Cəmi 69 adda preparat.
Oxşar xəbərlər
Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir. Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatlarına əsasən, Bolqarıstan Respublikasının Kırcali vilayətində xırdabuynuzlu heyvanların çiçək, Amerika Birləşmiş Ştatlarının Cənubi Dakota, Şimali Dakota, Ayova, Tennessi, Yuta ştatlarında isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəliklərdən qorunması üçün zonalaşma prinsipi nəzərə alınmaqla, Kırcali vilayətində xəstəlik baş vermiş təsərrüfatın 10 km radiusda olan məsafədən diri xırdabuynuzlu heyvanların, onlara aid məhsullar və xammalın, o cümlədən genetik materialların, Cənubi Dakota, Şimali Dakota, Ayova, Tennessi və Yuta ştatlarında isə xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə qeyd olunan inzibati ərazi vahidlərindən gələn, yaxud tranzitlə keçib respublikamıza daxil olan, habelə respublika ərazisindən tranzitlə digər ölkələrə gedən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Azərbaycan ÜHST-nin İdarəetməyə Nəzarət Komitəsinə üzv seçilib
Azərbaycan Respublikası Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) İdarəetməyə Nəzarət Komitəsinin üzvü seçilib. Komitədə Azərbaycan, Çin, Avstraliya, Avstriya, Norveç, İrlandiya, Kanada, Çili də daxil olmaqla, ümumilikdə, 16 dövlət təmsil olunur. Bu il ÜHST-nin 91-ci Ali Baş Sessiyasında yaradılan komitənin məqsədi sözügedən təşkilatın normativ sənədlərinin yenilənməsi, maliyyə idarəçiliyi və dünyada sahə üzrə prioritet məsələlərin tənzimlənməsi vəziyyətinin monitorinqinin aparılması və təkmilləşdirilməsindən ibarətdir. Komitənin işi ÜHST-nin Baş Qərargahında yerləşən katiblik tərəfindən koordinasiya ediləcək. Üzv ölkələrin nümayəndələri arasında müxtəlif görüşlərin keçirilməsi, müvafiq sahələr üzrə məsləhətçi və ekspertlərin də iştirakı nəzərdə tutulur. Komitə tərəfindən “İnstitusional, texniki və maliyyə idarəçiliyi üzrə qiymətləndirilmənin nəticələrinə dair hesabat” hazırlanaraq ÜHST-nin rəhbərliyinə təqdim olunacaq. Ölkəmizi İdarəetməyə Nəzarət Komitəsində Azərbaycanın ÜHST-dəki nümayəndəsi, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev təmsil edəcək. Qeyd edək ki, son illər AQTA tərəfindən ölkədə heyvan sağlamlığı və bioloji təhlükəsizliyin təmin edilməsi, başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərinin qarşısının alınması, habelə ətraf mühitdə biotəhlükəsizliyin pozulmasına səbəb olan xəstəliklərə görə sağlamlıq statusunun təsdiq edilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilməkdədir. Eyni zamanda Azərbaycanın təşəbbüsü ilə heyvan sağlamlığı sahəsində regional əməkdaşlığın gücləndirilməsi ÜHST tərəfindən yüksək qiymətləndirilir. Belə ki, ölkəmiz dabaq xəstəliyi üzrə Şərqi Avropa və Mərkəzi Asiya regionu üzrə məsləhət qrupuna sədr, həmçinin ÜHST-nin “Avropa heyvan rifahı platforması”nın rəhbər komitəsinə üzv seçilib. Cari ildə ölkəmizin xırdabuynuzlu heyvanların taunu və yüksək patogen quş qripi xəstəliklərindən azad olma statusu ÜHST tərəfindən təsdiqlənib. Heyvan sağlamlığı və bioloji təhlükəsizliyin təmin edilməsi sahəsində icra edilən institusional islahatlar nəticəsində ölkəmizə yüksək etimad göstərilərək Azərbaycan Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının İdarəetməyə Nəzarət Komitəsinə üzv seçilib.
Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinqlər davam etdirilir
Quş qripi xəstəliyinin qarşısının alınması üzrə dövlət qurumlarının və digər aidiyyəti subyektlərin əlaqəli Fəaliyyət Planına uyğun olaraq, 2024-cü ilin 16-20 dekabr tarixlərində növbəti epizootoloji monitorinq keçiriləcək. Bununla əlaqədar risk əsasında müəyyən olunmuş ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər ərazilərini əhatə etməklə ərazi ilə yanaşı, vəhşi quşlara ümumi baxış keçiriləcək, xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə vəhşi quşlar ovlanacaq və həmin müddətdə respublikada fəaliyyət göstərən bəzi sənaye əsaslı müxtəlif həcmli quşçuluq müəssisələrində, o cümlədən müxtəlif rayonlardakı (şəhərlərdəki) ailə təsərrüfatlarında saxlanılan ev quşlarından laborator müayinə aparılması üçün diaqnostik nümunələr götürüləcək, habelə ölkə üzrə müəssisələrə, təsərrüfatlara, su hövzələrinə və parklara ümumi baxış keçirilməklə, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri həyata keçiriləcək və epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək. Monitorinqlər çərçivəsində müşahidə aparılacaq ərazilər barədə məlumatlar “Epicollect5” proqramına daxil ediləcək. Monitorinqlərdə Qida Təhlükəsizliyi Agentliyinin, Qida Təhlükəsizliyi İnstitutunun, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin və yerli Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarələrinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin və Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin əməkdaşları və mütəxəssisləri iştirak edəcəklər. Tədbirlər müddətində götürülmüş nümunələr İnstitutun Mərkəzi Baytarlıq Laboratoriyasında müvafiq müayinələrə cəlb olunacaq. Monitorinqlərin keçirildiyi dövr ərzində təbiət ərazilərində, ailə və fermer təsərrüfatlarında quduzluq və xırdabuynuzlu heyvanların taunu xəstəlikləri üzrə də müşahidələr aparılacaq, xəstə və ya tələf olmuş heyvanlara rast gəldikdə isə diaqnostik nümunələr götürüləcək.