Qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
11 Oktyabr 2022 16:53
Ölkə Prezidentinin “Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” müvafiq Sərəncamının icrası ilə bağlı müasir tələblərə uyğun heyvan kəsimi məntəqələrinin yaradılması, müvafiq laboratoriya infrastrukturlarının qurulması, baytarlıq-sanitariya normalarına cavab verməyən yerlərdə heyvan kəsimi hallarının qarşısının alınması istiqamətində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) aidiyyəti dövlət qurumları ilə birgə tədbirlərini davam etdirir.
Bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində Agentlik tərəfindən baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə uyğun müasir stasionar və modul tipli heyvan kəsimi məntəqələrinin yaradılması məqsədilə müvafiq baytarlıq-sanitariya normaları hazırlanaraq qəbul edilib. Həmçinin kiçik və orta tutumlu heyvan kəsimi məntəqələri üçün texnoloji eskiz layihəsi hazırlanaraq yerli icra hakimiyyəti orqanlarına göndərilib. Həmin layihələr əsasında kəsim məntəqələrinin yaradılması istiqamətində regionlarda sahibkarlarla çoxsaylı maarifləndirici görüşlər keçirilib və mütəxəssislər tərəfindən onlara hərtərəfli metodiki kömək davam etdirilməkdədir.
Görülmüş işlər nəticəsində ölkə üzrə müasir baytarlıq-sanitariya tələblərinə uyğun kəsim məntəqələrinin sayı 74-ə çatdırılıb. Hansı ki, bu rəqəm Agentlik fəaliyyətə başladığı dövrdə 15 idi. Hazırda bu istiqamətdə fəaliyyətlər daha da genişlənməkdədir.
Onu da qeyd edək ki, hazırda Bakı şəhərində müasir tələblərə uyğun 22 kəsim məntəqəsi fəaliyyət göstərir. Bu məntəqələr Bakı şəhəri üzrə gündəlik kəsim tələbatını qarşılamaq imkanına malikdir. Həmin kəsim məntəqələrində gündə 1025 baş iribuynuzlu və 9470 baş xırdabuynuzlu heyvanın kəsimi həyata keçirilə bilər. Həmçinin Sumqayıt şəhəri üzrə də gündəlik tələbata uyğun yetərincə kəsim məntəqələri qurulub. Ancaq təəssüflə qeyd etməliyik ki, ölkə ərazisi üzrə hələ də 21 rayonda qanuni heyvan kəsimi məntəqələrinin təşkili istiqamətində ləngimələr var və hazırda bu rayonların ərazisində bu cür kəsim məntəqələri fəaliyyət göstərmir.
Müasir tipli heyvan kəsimi məntəqəsi olmayan rayonlarda sahibkarlar tərəfindən kəsim məntəqələrinin yaradılmasının təşviqi istiqamətində Agentliyin regional bölmələri ardıcıl olaraq maarifləndirmə tədbirləri həyata keçirir, həmçinin metodiki köməklik məqsədilə “Kiçik və orta tutumlu heyvan kəsimi məntəqələri üçün texnoloji eskiz layihəsi” sahibkarlara təqdim olunur.
Sahibkarlar qanunvericilik çərçivəsində heyvan kəsimi məntəqələri yaratmaq üçün rayon icra hakimiyyətlərinə, mütəxəssislər tərəfindən peşəkar köməklik və baytarlıq-sanitariya normaları ilə bağlı məlumatları əldə etmək üçün Agentliyin regional bölmələrinə müraciət edə bilərlər.
Agentliyin müvafiq regional bölmələrinin əlaqə vasitələri |
|||
№ |
Müasir tipli heyvan kəsim məntəqəsi olmayan rayonlar |
Agentliyin regional bölmələri |
Əlaqə vasitələri |
1 |
Xızı |
Xaçmaz |
Heyvan sağlamlığı və baytarlıq nəzarəti sektorunun müdiri: Hüseynov Məmmədbağır İlqar oğlu Ünvan: Xaçmaz şəhəri, R.Babayev küçəsi 7 Tel.: (012) 565 12 72, daxili 616 e-mail: memmedbagir.huseynov@afsa.gov.az |
2 |
Beyləqan |
Ucar |
Heyvan sağlamlığı və baytarlıq nəzarəti sektorunun müdiri: Məhəmmədov Coşqun Müslət oğlu Ünvan: Ucar şəhəri, M.Ə.Rəsulzadə küçəsi 32 Tel.: (012) 565 12 72, daxili 675 e-mail: joshgun.mahammadov@afsa.gov.az |
3 |
İmişli |
||
4 |
Ucar |
||
5 |
Ağstafa |
Tovuz |
Heyvan sağlamlığı və baytarlıq nəzarəti sektorunun müdiri: Mehralıyev Firudin Şükür oğlu Ünvan: Tovuz şəhəri, S.Məmmədov küçəsi 5 Tel.: (012) 565 12 72, daxili 643 e-mail: firudin.mehvaliyev@afsa.gov.az |
6 |
Şəmkir |
||
7 |
Balakən |
Şəki |
Heyvan sağlamlığı və baytarlıq nəzarəti sektorunun böyük məsləhətçisi: Əlibəyov İlqar Nizami oğlu Ünvan: Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti 6 Tel.: (012) 565 12 72, daxili 635 e-mail: ilgar.alibayov@afsa.gov.az |
8 |
Oğuz |
||
9 |
Qax |
||
10 |
Ağsu |
Şamaxı |
Heyvan sağlamlığı və baytarlıq nəzarəti sektorunun müdiri: Əzizov Eldar Əliağa oğlu Ünvan: Şamaxı şəhəri, Bakı-Şamaxı yolu, 120-ci kilometr Tel.: (012) 565 12 72, daxili 690 e-mail: eldar.azizov@afsa.gov.az |
11 |
Kürdəmir |
||
12 |
Hacıqabul |
Salyan |
Heyvan sağlamlığı və baytarlıq nəzarəti sektorunun müdiri: İsmayılov Fərid Natiq oğlu Ünvan: Salyan rayonu, Arbatan kəndi Tel.: (012) 565 12 72, daxili 731 e-mail: farid.ismayilov@afsa.gov.az |
13 |
Neftçala |
||
14 |
Şirvan |
||
15 |
Astara |
Lənkəran |
Heyvan sağlamlığı və baytarlıq nəzarəti sektorunun böyük məsləhətçisi: Məmmədov Tamerlan Cəfər oğlu Ünvan: Lənkəran şəhəri, Ş.Xiyabanı küçəsi 178 Tel.: (012) 565 12 72, daxili 613 e-mail: farid.ismayilov@afsa.gov.az |
16 |
Biləsuvar |
||
17 |
Cəlilabad |
||
18 |
Lənkəran |
||
19 |
Lerik |
||
20 |
Yardımlı |
||
21 |
Daşkəsən |
Gəncə |
Heyvan sağlamlığı və baytarlıq nəzarəti sektorunun müdiri: Abbasov Elvin Elman oğlu Ünvan: Gəncə şəhəri, Ş.İ.Xətai prospekti 478 Tel.: (012) 565 12 72, daxili 747 e-mail: elvin.abbasov@afsa.gov.az |
Oxşar xəbərlər

Bayramla bağlı 135 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstərilir
İyunun 6-sı və 7-si tarixlərini əhatə edən Qurban bayramı günlərində əhalinin təhlükəsiz ət və ət məhsulları ilə təmin olunması, həmçinin qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun, təhlükəsiz və sağlam şəraitdə həyata keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyi və aidiyyəti qurumlar tərəfindən bütün zəruri tədbirlər görülüb. Tədbirlər çərçivəsində Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkə üzrə 135 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil edilib. Onlardan 77-də qurbanlıq heyvanların kəsimi və satışı, 30-da yalnız satışı, 28-də isə yalnız kəsimi xidmətləri vətəndaşlara təklif olunur. Bununla yanaşı, bir sıra regionlarda səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı həyata keçirilir. Bu çərçivədə Zəngilan rayonunun Ağalı kəndində və Ağdərə rayonunun Talış kəndində, həmçinin Ağdam, Şuşa, Füzuli və Cəbrayıl rayonlarında da heyvan kəsimi üçün çadırlar quraşdırılıb. Kəsim məntəqələrində Qida Təhlükəsizliyi İnstitutunun baytarlıq laboratoriyaları da mövcuddur. Gücləndirilmiş rejimdə fəaliyyət göstərən laboratoriyalarda peşəkar baytar həkimlər fəaliyyət göstərir. Qurbanlıq heyvanlar arasında hər hansı xəstəliyə şübhə yaranarsa, daxili orqanlarından nümunə götürülərək həmin laboratoriyalarda, eyni zamanda Mərkəzi Baytarlıq Laboratoriyasında müayinə edilir. Ölkə ərazisində fəaliyyət göstərən soyuducu infrastruktura malik ticarət şəbəkələri tərəfindən də əvvəlcədən qəbul olunmuş sifarişlər əsasında qurbanlıq heyvanların kəsilməsi və ətinin vətəndaşlara çatdırılması xidməti həyata keçirilir. Vətəndaşlar qurbanlıq heyvanların kəsim və satış məntəqələri barədə məlumatı Agentliyin saytından (afsa.gov.az/az/qurban-bayrami-2025) əldə edə bilərlər. Vətəndaşlardan bayram günlərində heyvan kəsimi və satışı fəaliyyətləri ilə bağlı xoşagəlməz hallarla rastlaşdıqda, aidiyyəti dövlət qurumlarına və ya Agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat vermələri xahiş olunur.

Latviyanın Vidzeme regionunda quş qripi xəstəliyi qeydə alınıb
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatına əsasən, Latviya Respublikasının Vidzeme regionunda yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəlikdən qorunması üçün Vidzeme regionunda zonalaşma prinsipi nəzərə alınmaqla, xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və quşçuluq məhsullarının idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanların SİYAHISI
Qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun, sağlam və rahat şəraitdə həyata keçirilməsi məqsədilə bu il Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkə üzrə 135 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunacaq. Bunlardan 77-də həm kəsim, həm satış, 30-da qurbanlıq heyvanların yalnız satışı, 28-də isə yalnız heyvan kəsimi xidmətləri təklif olunacaq. Həmin məntəqələrdə baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar əhaliyə təqdim olunacaq. Bununla yanaşı, bir sıra regionlarda Qida Təhlükəsizliyi Agentliyi ilə razılaşdırılmaqla səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı təmin ediləcək. Həmçinin ölkə ərazisində fəaliyyət göstərən müvafiq infrastruktura malik ticarət şəbəkələri tərəfindən sifarişlərə uyğun bayram günlərində qurbanlıq heyvan ətinin vətəndaşlara çatdırılması nəzərdə tutulur. Bununla bağlı həmin satış şəbəkələri tərəfindən ətraflı məlumatlar veriləcək. Vətəndaşlar bayram günlərində saat 08:00-dan 20:00-dək qurbanlıq heyvanları satmaq, almaq və ya kəsdirmək üçün yuxarıda qeyd edilən xidmətlərdən istifadə edə bilərlər. Ölkə üzrə qurbanlıq heyvanların satışı və kəsimi yerləri barədə məlumatları https://afsa.gov.az/az/qurban-bayrami-2025 linkinə daxil olmaqla, eləcə də aşağıdakı cədvəldən əldə edə bilərsiniz: