Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
23 Avqust 2022 14:38
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
17-19 avqust tarixlərində Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Daxili İşlər Nazirliyinin və yerli icra hakimiyyəti orqanlarının əməkdaşları ilə birgə respublika üzrə fəaliyyət göstərən 111 heyvan kəsimi məntəqəsində aparılan monitorinqlər zamanı ümumilikdə 91 nöqsan müəyyən olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 10 heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülməsinə dair qərar qəbul edilib, 26 məntəqədə kəsim qurğuları sökülüb, 55 məntəqə sahibinə qanunvericiliyin tələbləri izah edilib və sonuncu xəbərdarlıq edilib.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və inzibati məsuliyyətə cəlb edilmiş məntəqələr aşağıdakılardır:
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Görülmüş tədbir |
1 |
Əhmədov Ərəstun Abuzər oğlu |
Tovuz rayonu, Qovlar şəhəri |
İnzibati protokol tərtib edilib |
2 |
Nəsibov Nicat Nizami oğlu |
Tovuz rayonu, Qovlar şəhəri |
İnzibati protokol tərtib edilib |
3 |
Sadıqov Anar Qədi oğlu |
Tovuz rayonu, Qovlar şəhəri |
İnzibati protokol tərtib edilib |
4 |
Ramazanov Rövşən Salman oğlu |
Gəncə şəhəri, Gülüstan qəsəbəsi |
İnzibati protokol tərtib edilib |
5 |
Dadaşov Cavid Fəlayət oğlu |
Salyan rayonu, Ələt-Astara yolu 59 km |
İnzibati protokol tərtib edilib |
6 |
Əhmədov Rahim Səftər oğlu |
Salyan şəhəri, “Muğan Nemətləri Şirkəti” MMC-yə məxsus bazar |
İnzibati protokol tərtib edilib |
7 |
Cəfərov Səbuhi Zakir oğlu |
Salyan şəhəri, “Muğan Nemətləri Şirkəti” MMC-yə məxsus bazar |
İnzibati protokol tərtib edilib |
8 |
Mürsəlov Qədim Nürəddin oğlu |
Tovuz şəhəri, M.H.Şəhriyar küçəsi |
İnzibati protokol tərtib edilib |
9 |
Vəliyev Vüqar Şirzad oğlu |
Tovuz rayonu, Aşağı Quşçu kəndi |
İnzibati protokol tərtib edilib |
10 |
Salmanov Şirvan Aslan oğlu |
İsmayıllı şəhəri, Ç. Əmrəliyev küçəsi |
İnzibati protokol tərtib edilib |
Qanusuz metal konstruksiyaları sökülmüş müəssisələr
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Aşkar olunan nöqsanlar |
1 |
Aşumov Mikayıl |
Yasamal rayonu, Akim Abbasov küçəsi 16 |
Qanunsuz metal konstruksiyalar sökülüb |
2 |
Cavadov Mübariz Zəngəzur oğlu |
Yasamal rayonu, Həsən Məcidov küçəsi 65 |
Qanunsuz metal konstruksiyalar sökülüb |
3 |
Cabbarov İlqar Arif oğlu |
Suraxanı rayonu, Zığ kəndi, H. Allahverdiyev küçəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
4 |
Şıxəliyev Şıxəli Ədalət oğlu |
Suraxanı rayonu, Zığ kəndi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
5 |
Ağasiyev Hafiz Ağahüseyin oğlu |
Suraxanı rayonu, Zığ kəndi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
6 |
Əliyeva Şəlalə Nurəddin qızı |
Suraxanı rayonu, Qum adası |
Qanunsuz metal konstruksiyalar sökülüb |
7 |
Quliyev Eldar Eyvaz oğlu |
Suraxanı rayonu, Qum adası |
Qanunsuz metal konstruksiyalar sökülüb |
8 |
Muradov İsrail Kamran oğlu |
Yasamal rayonu, Əhməd Əsədov küçəsi, 7-ci bina |
Qanunsuz metal konstruksiyalar sökülüb |
9 |
Əliyev Elnur Misir oğlu |
Yasamal rayonu, Yeni Yasamal massivi, Əsəd Əhmədov küç., bina 3 |
Qanunsuz metal konstruksiyalar sökülüb |
10 |
Əliyarov Xaliq |
Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi 181 |
Qanusuz metal konstruksiyalar sökülüb |
11 |
Əhmədov Zaur |
Yasamal rayonu, Müzəffər Həsənov küçəsi 81 |
Qanunsuz metal konstruksiyalar sökülüb |
12 |
Heydərov Şahin Baba oğlu |
Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
13 |
Səfərov Surxay Akif oğlu |
Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsi 33 |
Qanunsuz metal konstruksiyalar sökülüb |
14 |
Feyzullayev Yusif Musa oğlu |
Nizami rayonu, R. Rüstəmov küçəsi 234 |
Qanunsuz metal konstruksiyalar sökülüb |
15 |
Əliyev Səfəralı Möhübbət oğlu |
Nizami rayonu, Ç. Naxçivanski küçəsi 68 |
Qanunsuz metal konstruksiyalar sökülüb |
16 |
Hüseynov Rahim Ramiz oğlu |
Nizami rayonu, B.Nuriyev küçəsi 343 |
Qanunsuz metal konstruksiyalar sökülüb |
17 |
Səfərov Rüfət Abdula oğlu |
Yasamal rayonu, Məhəmməd Xiyabani 27, 28 |
Qanunsuz metal konstruksiyalar sökülüb |
18 |
Atakişiyev Xaləddin Adışirin oğlu |
Nizami rayonu, B. Nuruyev küçəsi 417 B |
Qanunsuz metal konstruksiyalar sökülüb |
19 |
Hüseynov Eldəniz Zülfü oğlu |
Nizami rayonu, Elşən Süleymanov küçəsi 166B |
Qanunsuz metal konstruksiyalar sökülüb |
20 |
Hacıyev Kamil Hacı oğlu |
Nizami rayonu, Ə. Kürçaylı küçəsi 7 |
Qanunsuz metal konstruksiyalar sökülüb |
21 |
Osmansoylu Vüsal Osman oğlu |
Yasamal rayonu, A. Abbasov küçəsi 1 |
Qanunsuz metal konstruksiyalar sökülüb |
22 |
Əhmədov Murad Hakim oğlu |
Xaçmaz rayonu, Köhnə-Xaçmaz kəndi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
23 |
Seyidov Zaur Buludxan oğlu |
Xaçmaz rayonu, Köhnə-Xaçmaz kəndi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
24 |
Məmmədov Yaşar |
Beyləqan rayonu, Qarallar kəndi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
25 |
Abışov Azər |
Beyləqan rayonu, Qarallar kəndi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
26 |
Quluzadə Aftandil |
Beyləqan rayonu, Qarallar kəndi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
AQTA qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.
Oxşar xəbərlər

Dünyadakı epizootik vəziyyətə uyğun olaraq bəzi məhdudiyyətlər tətbiq olunub
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Çin Xalq Respublikasının Sincan Uyğur muxtar regionunda xırdabuynuzlu heyvanların taun, Andorra Knyazlığının Ordino inzibati ərazi vahidində blutanq, Tunis Respublikasının Aryana, Ben-Arous, Beca, Qafsa, Cenduba, Mahdiya, Manuba, Sfax, Silyana, Susa, Zaqvan, Kebili, Medenin vilayətlərində, Koreya Respublikasının Collanam-do əyalətində, Slovakiya Respublikasının Trnavsk, Bratislava diyarlarında isə dabaq xəstəliyi aşkarlanıb. Bundan başqa, Polşa Respublikasının Podkarpatsk, Malopolsk inzibati ərazilərində, Şimali Makedoniya Respublikasının Poloq regionunda Nyukasl, Kamboca Krallığının Kamponq Çnanq, Prea Sianuk əyalətlərində, Şotlandiyanın Haylənd inzibati ərazi vahidində, Amerika Birləşmiş Ştatlarının Nyu-Cersi ştatında, Polşa Respublikasının Sventokşisk inzibati ərazisində, Nigeriya Federativ Respublikasının Kaduna, Zamfara ştatlarında, Toqo Respublikasının Mərkəz, Maritaym vilayətlərində, Banqladeş Xalq Respublikasının Kxulna vilayətində, Hindistan Respublikasının Karnataka ştatında, Toqo Respublikasının Maritaym vilayətində, İngiltərənin Şimal-Şərqi İngiltərə regionunda isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəliklərdən qorunması üçün zonalaşma prinsipi nəzərə alınmaqla, diri iri və xırdabuynuzlu heyvanların, onlara aid məhsulların, habelə diri quş və quşçuluq məhsullarının idxalı və tranzit daşınması ilə bağlı ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Rusiya Federasiyasının Başqırdıstan, Buryatiya, Tatarıstan respublikalarında, Zabaykalsk diyarında, Çelyabinsk vilayətində nodulyar dermatit, Rusiya Federasiyasının Dağıstan Respublikasının Dərbənd rayonunda xırdabuynuzlu heyvanların çiçək, Macarıstanın Borşod-Abauy-Zemplen, Dyör-Moşon-Şopron inzibati ərazi vahidlərində, Amerika Birləşmiş Ştatlarının Aydaho, Alabama, Nebraska, Qərbi Virciniya, Corciya, Vaşinqton ştatlarında isə qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb. Bununla əlaqədar, respublika ərazisinin həmin yoluxucu xəstəliklərdən qorunması məqsədilə qeyd olunan ərazilərə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Quş qripi xəstəliyinə qarşı növbəti epizootoloji monitorinq keçiriləcək
Respublika ərazisində quş qripi xəstəliyinə qarşı 7-11 aprel tarixlərində epizootoloji monitorinq keçiriləcək. Monitorinq zamanı risk əsasında müəyyən olunmuş ovçuluq təsərrüfatları və milli parkların su-bataqlıq, dənizsahili zonalar və digər əraziləri əhatə etməklə yanaşı, vəhşi quşlara ümumi baxış keçiriləcək, xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə vəhşi quşlar ovlanacaq. Həmçinin quşçuluq müəssisələrində, o cümlədən müxtəlif rayonlardakı (şəhərlərdəki) ailə təsərrüfatlarında saxlanılan ev quşlarından diaqnostik nümunələr götürüləcək. Habelə ölkə üzrə müəssisələrə, təsərrüfatlara, su hövzələrinə və parklara ümumi baxış keçirilməklə, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri həyata keçiriləcək və epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək. Monitorinq çərçivəsində müşahidə aparılacaq ərazilər barədə məlumatlar beynəlxalq sistemə daxil ediləcək. Monitorinq Qida Təhlükəsizliyi Agentliyi və aidiyyəti qurumların əməkdaşları və mütəxəssisləri ilə birlikdə həyata keçiriləcək. Tədbir müddətində götürülmüş nümunələr Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasında müayinələrə cəlb olunacaq.