Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
26 Avqust 2022 17:17
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
25 avqust tarixində Agentlik əməkdaşları tərəfindən respublika üzrə fəaliyyət göstərən ət satışı və heyvan kəsimi məntəqələrində aparılan monitorinqlər zamanı bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 13 heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb, 52 məntəqədə isə kəsim qurğuları sökülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və inzibati məsuliyyətə cəlb edilmiş və ya qanunsuz metal konstruksiyaları sökülən məntəqələr aşağıdakılardır:
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Görülən tədbir |
1 |
Hacıxanov Vüqar İdris oğlu |
Nizami rayonu, Keşlə qəsəbəsi, A. Mirzəyev küçəsi 21C |
Qanunsuz metal konstruksiyalar sökülüb |
2 |
Nəsirov İlqar Yusif oğlu |
Xətai rayonu, Seyid Əzim Şirvani küçəsi 2B |
Qanunsuz metal konstruksiyalar sökülüb |
3 |
Nəcəfov Natiq Cəfər oğlu |
Nizami rayonu, Keşlə qəsəbəsi, Sabir küçəsi 36 |
Qanunsuz metal konstruksiyalar sökülüb |
4 |
Mehtiyev Xaliq Baloğlan oğlu |
Xətai rayonu, Qaçaq Nəbi küçəsi 2 |
Qanunsuz metal konstruksiyalar sökülüb |
5 |
Bayramov Sərxan Ələsgər oğlu |
Xətai rayonu, Qaçaq Nəbi küçəsi, bina 2 |
Qanunsuz metal konstruksiyalar sökülüb |
6 |
Novruzov Namiq Nazim oğlu |
Xətai rayonu, Qaçaq Nəbi küçəsi 62-10 |
Qanunsuz metal konstruksiyalar sökülüb |
7 |
Hüseynov Amil Adil oğlu |
Xətai rayonu, Sarayeva küçəsi, ev 38 |
Qanunsuz metal konstruksiyalar sökülüb |
8 |
İsfəndiyarov Sədrəddin Vəliyəddin oğlu |
Xətai rayonu, Sarayeva küçəsi 18 |
Qanunsuz metal konstruksiyalar sökülüb |
9 |
İbrahimov Ədalət Tehran oğlu |
Nizami rayonu, Keşlə qəsəbəsi, Uzun köndələn küçəsi, ev 17 |
Qanunsuz metal konstruksiyalar sökülüb |
10 |
Paşayev Ramiq Nürəddin oğlu |
Nizami rayonu, Keşlə qəsəbəsi, M. Ə. Sabir küçəsi 45 |
İnzibati protokol tərtib edilib və qanunsuz metal konstruksiyalar sökülüb |
11 |
Abbasov Rabil Əlipaşa oğlu |
Xətai rayonu, Məzahir Rüstəmov küçəsi 1 |
Qanunsuz metal konstruksiyalar sökülüb |
12 |
Beydiyev Əkbər Kamran oğlu |
Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A. Zeynallı küçəsi 24A |
Qanunsuz metal konstruksiyalar sökülüb |
13 |
Əlişzadə Elmin Rəfdar oğlu |
Nizami rayonu, Keşlə qəsəbəsi, Abdullayev küçəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
14 |
Məmmədov Emin Elxan oğlu |
Xətai rayonu, Seyid Əzim Şirvani küçəsi 66 |
Qanunsuz metal konstruksiyalar sökülüb |
15 |
Qarayev Səbuhi Həsən oğlu |
Nizami rayonu, Nəsimi küçəsi 174 |
Qanunsuz metal konstruksiyalar sökülüb |
16 |
Fərəcov Elbrus Cəfər oğlu |
Xətai rayonu, Şıxlinski küçəsi 2 |
Qanunsuz metal konstruksiyalar sökülüb |
17 |
Təhməzov Samir Əlövsət oğlu |
Nizami rayonu, M. Şərifli küçəsi 92 |
Qanunsuz metal konstruksiyalar sökülüb |
18 |
Fərəcov Elbrus Cəfər oğlu |
Xətai rayonu, Şıxlinski küçəsi 4 |
Qanunsuz metal konstruksiyalar sökülüb |
19 |
Çıraqov Məzahir Yapon oğlu |
Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Biləcəri şosesi, ev 4 |
Qanunsuz metal konstruksiyalar sökülüb |
20 |
Məmmədov Müşviq Əyyub oğlu |
Nizami rayonu, M. Şərifli küçəsi 92 |
Qanunsuz metal konstruksiyalar sökülüb |
21 |
Hümbətov Dahin Məmməd oğlu |
Xətai rayonu, Seyid Əzim Şirvani küçəsi 10 |
Qanunsuz metal konstruksiyalar sökülüb |
22 |
Salahov Məhəmməd Xansuvar oğlu |
Xətai rayonu, Seyid Əzim Şirvani küçəsi 9 |
Qanunsuz metal konstruksiyalar sökülüb |
23 |
Qasımov İsrafil Məzahir oğlu |
Xətai rayonu, Şıxlinski küçəsi 1A |
Qanunsuz metal konstruksiyalar sökülüb |
24 |
Rüstəmov Mehman Məhərrəm oğlu |
Xətai rayonu, N. Tusi küçəsi, ev 31 |
Qanunsuz metal konstruksiyalar sökülüb |
25 |
Almazov Şıxsəddin |
Xaçmaz rayonu, Yergüc kəndi |
İnzibati protokol tərtib edilib və qanunsuz metal konstruksiyalar sökülüb |
26 |
Qasımov Mirmayıl Mirəli oğlu |
Xaçmaz şəhəri, bazar ərazisi |
İnzibati protokol tərtib edilib və qanunsuz metal konstruksiyalar sökülüb |
27 |
Nəsrullayev Bəxtiyar Balaəhməd oğlu |
Xaçmaz şəhəri, Bakı prospekti |
Qanunsuz metal konstruksiyalar sökülüb |
28 |
Vəliyev Arazxan Alısavad oğlu |
Şamaxı şəhəri, Çuxuryurd kəndi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
29 |
Vəliyev Arazxan Alısavad oğlu |
Şamaxı şəhəri, Çuxuryurd kəndi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
30 |
Hüseynov İlham Ramiz oğlu |
Şamaxı şəhəri, Çuxuryurd kəndi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
31 |
Əhmədov Fərid Sahib oğlu |
Tovuz rayonu, Düz Qırıqlı kəndi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
32 |
Hümbətov Fərhad Akif oğlu |
Bərdə rayonu, Qaradəmirçi kəndi |
İnzibati protokol tərtib edilib və qanunsuz metal konstruksiyalar sökülüb |
33 |
Baxdiyarov Rauf Baxdiyar oğlu |
Bərdə rayonu, Alpout kəndi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
34 |
Mirzəyev Elməddin Şəmil oğlu |
Gəncə şəhəri, Zülfü Hacıyev küçəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
35 |
Zalov Elfaq Yaqub oğlu |
Gəncə şəhəri, 28 May küçəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
36 |
Abuzərov Hidayət |
Gəncə şəhəri, Bağmanlar 141 |
Qanunsuz metal konstruksiyalar sökülüb |
37 |
Həsənov Mehman Məhyəddin oğlu |
Gəncə şəhəri, İsmət Qayıbov küçəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
38 |
Hacıyev Muğamat |
Gəncə şəhəri, İsmət Qayıbov küçəsi 177 |
Qanunsuz metal konstruksiyalar sökülüb |
39 |
Kazımov Fikrət Yelmar oğlu |
Gəncə şəhəri, Gülüstan qəsəbəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
40 |
Məmmədov Qafar Cavid oğlu |
Gəncə şəhəri, Gülüstan qəsəbəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
41 |
Hüseynov Elyar Asif oğlu |
Gəncə şəhəri, Muxtar Hacıyev küçəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
42 |
Mehrəliyev Məcnun |
Xaçmaz şəhəri, Quba yolu |
İnzibati protokol tərtib edilib |
43 |
Fərzəliyev Rəsul Salamı oğlu |
Xaçmaz şəhəri, N. Nərimanov prospekti |
İnzibati protokol tərtib edilib |
44 |
İbrahimov Seymur Nifdulla oğlu |
Şamaxı şəhəri, N. Nərimanov küçəsi |
İnzibati protokol tərtib edilib |
45 |
İbadov Azər |
Ağcabədi rayonu, Ü.Hacıbəyli küçəsi |
İnzibati protokol tərtib edilib və qanunsuz metal konstruksiyalar sökülüb |
46 |
Quliyev Rəsul |
Ağcabədi rayonu, H.Əliyev prospekti |
İnzibati protokol tərtib edilib və qanunsuz metal konstruksiyalar sökülüb |
47 |
Məmmədov Bəhruz |
Ağcabədi rayonu, S. Vurğun küçəsi |
İnzibati protokol tərtib edilib və qanunsuz metal konstruksiyalar sökülüb |
48 |
Ağayev Niyaməddin |
Ağcabədi rayonu, Ü. Hacıbəyli küçəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
49 |
Tağıyev Tağı |
Ağcabədi rayonu, Hacıbədəlli kəndi |
İnzibati protokol tərtib edilib və qanunsuz metal konstruksiyalar sökülüb |
50 |
Rüstəmov Bayram |
Ağcabədi rayonu, Hacıbədəlli kəndi |
İnzibati protokol tərtib edilib və qanunsuz metal konstruksiyalar sökülüb |
51 |
Hüseynov Əlibaba Özbək oğlu |
Salyan rayonu, Xalac kəndi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
52 |
Əhmədov Ələkbər Muxtar oğlu |
Salyan rayonu, Xalac kəndi |
İnzibati protokol tərtib edilib və qanunsuz metal konstruksiyalar sökülüb |
53 |
Quliyev Natiq Xalid oğlu |
Salyan rayonu, Xalac kəndi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
54 |
Şükürov Qulu Murtuz oğlu |
Salyan rayonu, Xalac kəndi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
55 |
Mirzəyev İslam İlham oğlu |
Salyan rayonu, Xalac kəndi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.
Oxşar xəbərlər

Bayramla bağlı 135 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstərilir
İyunun 6-sı və 7-si tarixlərini əhatə edən Qurban bayramı günlərində əhalinin təhlükəsiz ət və ət məhsulları ilə təmin olunması, həmçinin qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun, təhlükəsiz və sağlam şəraitdə həyata keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyi və aidiyyəti qurumlar tərəfindən bütün zəruri tədbirlər görülüb. Tədbirlər çərçivəsində Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkə üzrə 135 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil edilib. Onlardan 77-də qurbanlıq heyvanların kəsimi və satışı, 30-da yalnız satışı, 28-də isə yalnız kəsimi xidmətləri vətəndaşlara təklif olunur. Bununla yanaşı, bir sıra regionlarda səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı həyata keçirilir. Bu çərçivədə Zəngilan rayonunun Ağalı kəndində və Ağdərə rayonunun Talış kəndində, həmçinin Ağdam, Şuşa, Füzuli və Cəbrayıl rayonlarında da heyvan kəsimi üçün çadırlar quraşdırılıb. Kəsim məntəqələrində Qida Təhlükəsizliyi İnstitutunun baytarlıq laboratoriyaları da mövcuddur. Gücləndirilmiş rejimdə fəaliyyət göstərən laboratoriyalarda peşəkar baytar həkimlər fəaliyyət göstərir. Qurbanlıq heyvanlar arasında hər hansı xəstəliyə şübhə yaranarsa, daxili orqanlarından nümunə götürülərək həmin laboratoriyalarda, eyni zamanda Mərkəzi Baytarlıq Laboratoriyasında müayinə edilir. Ölkə ərazisində fəaliyyət göstərən soyuducu infrastruktura malik ticarət şəbəkələri tərəfindən də əvvəlcədən qəbul olunmuş sifarişlər əsasında qurbanlıq heyvanların kəsilməsi və ətinin vətəndaşlara çatdırılması xidməti həyata keçirilir. Vətəndaşlar qurbanlıq heyvanların kəsim və satış məntəqələri barədə məlumatı Agentliyin saytından (afsa.gov.az/az/qurban-bayrami-2025) əldə edə bilərlər. Vətəndaşlardan bayram günlərində heyvan kəsimi və satışı fəaliyyətləri ilə bağlı xoşagəlməz hallarla rastlaşdıqda, aidiyyəti dövlət qurumlarına və ya Agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat vermələri xahiş olunur.

Latviyanın Vidzeme regionunda quş qripi xəstəliyi qeydə alınıb
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatına əsasən, Latviya Respublikasının Vidzeme regionunda yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəlikdən qorunması üçün Vidzeme regionunda zonalaşma prinsipi nəzərə alınmaqla, xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və quşçuluq məhsullarının idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanların SİYAHISI
Qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun, sağlam və rahat şəraitdə həyata keçirilməsi məqsədilə bu il Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkə üzrə 135 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunacaq. Bunlardan 77-də həm kəsim, həm satış, 30-da qurbanlıq heyvanların yalnız satışı, 28-də isə yalnız heyvan kəsimi xidmətləri təklif olunacaq. Həmin məntəqələrdə baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar əhaliyə təqdim olunacaq. Bununla yanaşı, bir sıra regionlarda Qida Təhlükəsizliyi Agentliyi ilə razılaşdırılmaqla səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı təmin ediləcək. Həmçinin ölkə ərazisində fəaliyyət göstərən müvafiq infrastruktura malik ticarət şəbəkələri tərəfindən sifarişlərə uyğun bayram günlərində qurbanlıq heyvan ətinin vətəndaşlara çatdırılması nəzərdə tutulur. Bununla bağlı həmin satış şəbəkələri tərəfindən ətraflı məlumatlar veriləcək. Vətəndaşlar bayram günlərində saat 08:00-dan 20:00-dək qurbanlıq heyvanları satmaq, almaq və ya kəsdirmək üçün yuxarıda qeyd edilən xidmətlərdən istifadə edə bilərlər. Ölkə üzrə qurbanlıq heyvanların satışı və kəsimi yerləri barədə məlumatları https://afsa.gov.az/az/qurban-bayrami-2025 linkinə daxil olmaqla, eləcə də aşağıdakı cədvəldən əldə edə bilərsiniz: