Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
2 Sentyabr 2022 17:44
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
1 sentyabr tarixində Agentlik əməkdaşları tərəfindən respublika üzrə fəaliyyət göstərən ət satışı və heyvan kəsimi məntəqələrində aparılan monitorinqlər zamanı bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 14 heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb, 31 məntəqədə kəsim qurğuları sökülüb, 5 müəssisədə isə yenidən bərpa edilmiş qanunsuz metal konstruksiyalar təkrarən sökülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və inzibati məsuliyyətə cəlb edilmiş və ya qanunsuz metal konstruksiyaları sökülən məntəqələr aşağıdakılardır:
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Görülən tədbir |
1. |
Əliyev Dağbəy Rəfil oğlu |
Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi 98 |
Qanunsuz metal konstruksiyalar sökülüb |
2. |
Sultanəhmədov Əhməd Yarəhməd oğlu |
Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb və inzibati protokol tərtib edilib |
3. |
Məmmədov Aqil Çingiz oğlu |
Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb və inzibati protokol tərtib edilib |
4. |
Məmmədov Söhrab Şöhrət oğlu |
Bakı şəhəri, Xətai rayonu,Telnov küçəsi 98 |
Qanunsuz metal konstruksiyalar sökülüb |
5. |
Cəfərov Misirxan Namaz oğlu |
Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsi 90 |
Qanunsuz metal konstruksiyalar sökülüb |
6. |
Məhərrəmov Rauf İsa oğlu |
Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsi 92 |
Qanunsuz metal konstruksiyalar sökülüb |
7. |
Babaşov Hafiz Mehrab oğlu |
Bakı şəhəri, Binəqədi rayonu, Çiçək qəsəbəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb və inzibati protokol tərtib edilib |
8. |
İbrahimov Ziyadə Bəxtiyar oğlu |
Bakı şəhəri, Binəqədi rayonu, Çiçək qəsəbəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb və inzibati protokol tərtib edilib |
9. |
Musayev Ruhin Lətif oğlu |
Bakı şəhəri, Binəqədi rayonu, Çiçək qəsəbəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb və inzibati protokol tərtib edilib |
10. |
Rəsulov Əli Zahid oğlu |
Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
11. |
Novruzov Rəhman Şirin oğlu |
Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsi 20 |
Qanunsuz metal konstruksiyalar sökülüb və inzibati protokol tərtib edilib |
12. |
Əsədov Həmid Adil oğlu |
Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Babək küçəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
13. |
Məmmədov Yasin Elbrud oğlu |
Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, R.Allahverdiyev küç., döngə 1 |
Qanunsuz metal konstruksiyalar sökülüb və inzibati protokol tərtib edilib |
14. |
Həsənov Habil Zakir oğlu |
Bakı şəhəri, Xətai rayonu, Çavanşir küçəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
15. |
İsmayılov Əfəndi Osman oğlu |
Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb və inzibati protokol tərtib edilib |
16. |
Abdullayev Hafiz Əyyub oğlu |
Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Abdullayev küçəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb və inzibati protokol tərtib edilib |
17. |
Süleymanov Elnur Zəhmət oğlu |
Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb və inzibati protokol tərtib edilib |
18. |
Məhərrəmov Rövşən Yaqub oğlu |
Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
19. |
Musayev Nail Abbas oğlu |
Bakı şəhəri, Xətai rayonu, Kazımağa Kərimov küç., ev 17 |
Qanunsuz metal konstruksiyalar sökülüb |
20. |
Həsənov Əlzaxir Zaxir oğlu |
Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi 32 |
Qanunsuz metal konstruksiyalar sökülüb |
21. |
Quliyev Seymur Fazil oğlu |
Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi, ev 22 |
Qanunsuz metal konstruksiyalar sökülüb |
22. |
Abdullayev Rahib Ağa Əli oğlu |
Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat dairəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb və inzibati protokol tərtib edilib |
23. |
Qəşəmov Fərrux Tahir oğlu |
Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, məh. 121 |
Qanunsuz metal konstruksiyalar sökülüb |
24. |
İbrahimov Bayram Kamal oğlu |
Bakı şəhəri, Xətai rayonu, |
Qanunsuz metal konstruksiyalar sökülüb |
25. |
İbrahimov Bayram Kamal oğlu |
Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi 41 |
Yenidən bərpa edilmiş qanunsuz metal konstruksiyalar sökülüb |
26. |
Səmədov Əli Rəhbər oğlu |
Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Məmmədəliyev küçəsi |
Yenidən bərpa edilmiş qanunsuz metal konstruksiyalar sökülüb |
27. |
Atakişiyev Elnur Yaşar oğlu |
Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş 93 |
Yenidən bərpa edilmiş qanunsuz metal konstruksiyalar sökülüb |
28. |
Hüseynov Elçin Arzuman oğlu |
Abşeron rayonu, Masazır qəsəbəsi, Qaçaq Nəbi küçəsi |
Yenidən bərpa edilmiş qanunsuz metal konstruksiyalar sökülüb |
29. |
İlyasov Habil |
Abşeron rayonu, Masazır qəsəbəsi, Qaçaq Nəbi küçəsi |
Yenidən bərpa edilmiş qanunsuz metal konstruksiyalar sökülüb |
30. |
Yusifov Etibar Yusif oğlu |
Qazax şəhəri, Ə.Şıxlinski küçəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
31. |
Dünyamalıyev Arzuman Kamaləddin oğlu |
Qazax şəhəri, Ə.Şıxlinski küçəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
32. |
Mahmudov Şəmsi Hacısaleh oğlu |
Qazax şəhəri, Ə.Şıxlinski küçəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
33. |
Kazımov Razim Abbas oğlu |
Qazax şəhəri, Bakı küçəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
34. |
Dünyamalıyev Səməd Səlim oğlu |
Qazax şəhəri, Bakı küçəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
35. |
Əhmədov Murad Hakim oğlu |
Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndi |
Qanunsuz metal konstruksiyalar sökülüb və inzibati protokol tərtib edilib |
36. |
Qocayev Vidadi Ərzuman oğlu |
Şamaxı şəhəri, M.Ə.Rəsulzadə küçəsi |
İnzibati protokol tərtib edilib |
37. |
Əliyev Zaur Əli oğlu |
Şamaxı şəhəri, M.Əzizbəyov küçəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
38. |
Quliyev Zakir |
Ağcabədi rayonu, N.Nərimanov küçəsi |
İnzibati protokol tərtib edilib |
AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.
Oxşar xəbərlər

Bayramla bağlı 135 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstərilir
İyunun 6-sı və 7-si tarixlərini əhatə edən Qurban bayramı günlərində əhalinin təhlükəsiz ət və ət məhsulları ilə təmin olunması, həmçinin qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun, təhlükəsiz və sağlam şəraitdə həyata keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyi və aidiyyəti qurumlar tərəfindən bütün zəruri tədbirlər görülüb. Tədbirlər çərçivəsində Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkə üzrə 135 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil edilib. Onlardan 77-də qurbanlıq heyvanların kəsimi və satışı, 30-da yalnız satışı, 28-də isə yalnız kəsimi xidmətləri vətəndaşlara təklif olunur. Bununla yanaşı, bir sıra regionlarda səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı həyata keçirilir. Bu çərçivədə Zəngilan rayonunun Ağalı kəndində və Ağdərə rayonunun Talış kəndində, həmçinin Ağdam, Şuşa, Füzuli və Cəbrayıl rayonlarında da heyvan kəsimi üçün çadırlar quraşdırılıb. Kəsim məntəqələrində Qida Təhlükəsizliyi İnstitutunun baytarlıq laboratoriyaları da mövcuddur. Gücləndirilmiş rejimdə fəaliyyət göstərən laboratoriyalarda peşəkar baytar həkimlər fəaliyyət göstərir. Qurbanlıq heyvanlar arasında hər hansı xəstəliyə şübhə yaranarsa, daxili orqanlarından nümunə götürülərək həmin laboratoriyalarda, eyni zamanda Mərkəzi Baytarlıq Laboratoriyasında müayinə edilir. Ölkə ərazisində fəaliyyət göstərən soyuducu infrastruktura malik ticarət şəbəkələri tərəfindən də əvvəlcədən qəbul olunmuş sifarişlər əsasında qurbanlıq heyvanların kəsilməsi və ətinin vətəndaşlara çatdırılması xidməti həyata keçirilir. Vətəndaşlar qurbanlıq heyvanların kəsim və satış məntəqələri barədə məlumatı Agentliyin saytından (afsa.gov.az/az/qurban-bayrami-2025) əldə edə bilərlər. Vətəndaşlardan bayram günlərində heyvan kəsimi və satışı fəaliyyətləri ilə bağlı xoşagəlməz hallarla rastlaşdıqda, aidiyyəti dövlət qurumlarına və ya Agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat vermələri xahiş olunur.

Latviyanın Vidzeme regionunda quş qripi xəstəliyi qeydə alınıb
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatına əsasən, Latviya Respublikasının Vidzeme regionunda yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəlikdən qorunması üçün Vidzeme regionunda zonalaşma prinsipi nəzərə alınmaqla, xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və quşçuluq məhsullarının idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanların SİYAHISI
Qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun, sağlam və rahat şəraitdə həyata keçirilməsi məqsədilə bu il Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkə üzrə 135 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunacaq. Bunlardan 77-də həm kəsim, həm satış, 30-da qurbanlıq heyvanların yalnız satışı, 28-də isə yalnız heyvan kəsimi xidmətləri təklif olunacaq. Həmin məntəqələrdə baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar əhaliyə təqdim olunacaq. Bununla yanaşı, bir sıra regionlarda Qida Təhlükəsizliyi Agentliyi ilə razılaşdırılmaqla səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı təmin ediləcək. Həmçinin ölkə ərazisində fəaliyyət göstərən müvafiq infrastruktura malik ticarət şəbəkələri tərəfindən sifarişlərə uyğun bayram günlərində qurbanlıq heyvan ətinin vətəndaşlara çatdırılması nəzərdə tutulur. Bununla bağlı həmin satış şəbəkələri tərəfindən ətraflı məlumatlar veriləcək. Vətəndaşlar bayram günlərində saat 08:00-dan 20:00-dək qurbanlıq heyvanları satmaq, almaq və ya kəsdirmək üçün yuxarıda qeyd edilən xidmətlərdən istifadə edə bilərlər. Ölkə üzrə qurbanlıq heyvanların satışı və kəsimi yerləri barədə məlumatları https://afsa.gov.az/az/qurban-bayrami-2025 linkinə daxil olmaqla, eləcə də aşağıdakı cədvəldən əldə edə bilərsiniz: