Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
5 Sentyabr 2022 17:50
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
2 sentyabr tarixində Agentlik əməkdaşları tərəfindən respublika üzrə fəaliyyət göstərən ət satışı və heyvan kəsimi məntəqələrində aparılan monitorinqlər zamanı bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 14 heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb, 41 məntəqədə kəsim qurğuları sökülüb, 1 müəssisədə isə yenidən bərpa edilmiş qanunsuz metal konstruksiyalar təkrarən sökülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və inzibati məsuliyyətə cəlb edilmiş və ya qanunsuz metal konstruksiyaları sökülən məntəqələr aşağıdakılardır:
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Görülən tədbir |
1. |
Məmmədov Aqil Məhəmməd oğlu |
Bakı şəhəri, Xətai rayonu, Kazımağa Kərimov küç., Əhmədli yolu |
Qanunsuz metal konstruksiyalar sökülüb |
2. |
Musayev Nail Abbas oğlu |
Bakı şəhəri, Xatai rayonu, Kazımağa Kərimov küç., ev 17 |
Qanunsuz metal konstruksiyalar sökülüb |
3. |
Məmmədov Namiq Məhəmməd oğlu |
Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi 17b |
İnzibati protokol tərtib edilib |
4. |
Məmiyev Fuad Mətləbxan oğlu |
Bakı şəhəri, Xətai rayonu, Kazımağa Kərimov küçəsi 153 |
Qanunsuz metal konstruksiyalar sökülüb |
5. |
Əmrahov Qalib Qardaşxan oğlu |
Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəs., M.Hüseynzadə küçəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb və inzibati protokol tərtib edilib |
6. |
Abbasov Sakit Nabati oğlu |
Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana, D.Bünyadzadə küçəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
7. |
Əhmədov Asif Eybulla oğlu |
Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 108 |
Qanunsuz metal konstruksiyalar sökülüb |
8. |
Abdurahmanov Zaur Şahid oğlu |
Bakı şəhəri, Binəqədi rayonu, M. Cəlal küçəsi 127 |
İnzibati protokol tərtib edilib |
9. |
İsmayılov Raquf Bilal oğlu |
Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
10. |
Allahverdiyev Səfər Qiyas oğlu |
Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
11. |
Qımlıyev Vidadi Şamil oğlu |
Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, H.Babaşov küçəsi 6 |
İnzibati protokol tərtib edilib |
12. |
Mirzəyev Rahim Rzaxan oğlu |
Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsi 33 |
Qanunsuz metal konstruksiyalar sökülüb |
13. |
Süleymanov Vüsal Süleyman oğlu |
Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsi 13 |
Qanunsuz metal konstruksiyalar sökülüb |
14. |
Həsənov İldırım Musa oğlu |
Bakı şəhəri, Nərimanov rayonu, Z.Xəlilov küçəsi 23 |
İnzibati protokol tərtib edilib |
15. |
Vəliyev Mehman Balış oğlu |
Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
16. |
İsmayılov Xəqani Vaqif oğlu |
Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi 49 |
Qanunsuz metal konstruksiyalar sökülüb |
17. |
Balışov Bəylər Mehman oğlu |
Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, sahə 2 |
Qanunsuz metal konstruksiyalar sökülüb |
18. |
Qurbanov Anar Əli oğlu |
Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi 122 |
Qanunsuz metal konstruksiyalar sökülüb |
19. |
Verdiyev Natiq Bəbir oğlu |
Bakı şəhəri, Xətai rayonu, Şıxlinski küç., ev 39A |
Qanunsuz metal konstruksiyalar sökülüb |
20. |
Əhmədov İlham Əsgər oğlu |
Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
21. |
Cabbarov Xəyal İsa oğlu |
Bakı şəhəri, Xətai rayonu, Həzi Aslanov qəsəbəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
22. |
Rəhimov Şükür Altay oğlu |
Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, Abay Kunanbayev küçəsi |
İnzibati protokol tərtib edilib |
23. |
Turabov İlqar Musa oğlu |
Bakı şəhəri, Binəqədi rayonu, Xarici Dairəvi küç., 1 saylı binanın arxası |
İnzibati protokol tərtib edilib |
24. |
Fəttəhov Rəhman Mahmud oğlu |
Bakı şəhəri, Nərimanov rayonu, Mirəli Qaşqay küç., ev 86, mən. 7 |
Qanunsuz metal konstruksiyalar sökülüb |
25. |
Məmmədov Polad Mürsəl oğlu |
Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
26. |
Qurbanov Anar Əli oğlu |
Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi 122 |
Qanunsuz metal konstruksiyalar sökülüb və inzibati protokol tərtib edilib |
27. |
Vəliyev Şair Bayram oğlu |
Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
28. |
Quliyev Mehman Yusif oğlu |
Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 73 |
İnzibati protokol tərtib edilib |
29. |
Yarıyev Nihad Abbasqulu oğlu |
Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi 29 |
Qanunsuz metal konstruksiyalar sökülüb və inzibati protokol tərtib edilib |
30. |
Əliyev Mərkəz Səməd oğlu |
Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
31. |
İbayev Elnur İsmayıl oğlu |
Bakı şəhəri, Xətai rayonu, |
Yenidən bərpa edilmiş qanunsuz metal konstruksiyalar sökülüb |
32. |
Əhmədov Şəfahət |
Abşeron rayonu, Masazır qəsəbəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
33. |
Əhmədov Niyazi Şəfahət oğlu |
Abşeron rayonu, Masazır qəsəbəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
34. |
Məmmədov Bəylər |
Abşeron rayonu, Masazır qəsəbəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
35. |
Məmişov Orxan |
Abşeron rayonu, Masazır qəsəbəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
36. |
Təhməzov Təyyar Barat oğlu |
Abşeron rayonu, Masazır qəsəbəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
37. |
İsmayılov Famil Salman oğlu |
Gəncə şəhəri, Yeni Kəlbəcər qəsəbəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
38. |
Əliyev Cəsarət Teymur oğlu |
Bərdə rayonu, Həsənqaya ərazisi |
İnzibati protokol tərtib edilib |
39. |
Həsənov Avaz Niyaz oğlu |
Bərdə rayonu, Məcburi köçkünlər qəsəbəsi |
İnzibati protokol tərtib edilib |
40. |
Səfərov Azər Salam oğlu |
Şirvan şəhəri, 1 May küçəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
41. |
Qələndərov Xəyal Nemət oğlu |
Şirvan şəhəri, 1 May küçəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
42. |
Nəzirov Elvin Nurəddin oğlu |
Şirvan şəhəri, Xəqani küçəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
43. |
Həsənov Tariel Saleh oğlu |
Şirvan şəhəri, Gülbala Şıxbala oğlu küçəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
44. |
Qələndarov Xəyal Nemət oğlu |
Şirvan şəhəri, 1 May küçəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
45. |
Teyyubov Səbuhi Mülkəsahib oğlu |
Şamaxı şəhəri, N.Nərimanov küçəsi |
İnzibati protokol tərtib edilib |
46. |
İslamov Məhəmməd Mehralı oğlu |
Şamaxı şəhəri, M.Ə.Rəsulzadə küçəsi |
İnzibati protokol tərtib edilib |
47. |
Mazanov Əzim Qədim oğlu |
İsmayıllı şəhəri, H.Əliyev prospekti |
Qanunsuz metal konstruksiyalar sökülüb |
48. |
Mazanov Elvin Akif oğlu |
İsmayıllı şəhəri, H.Əliyev prospekti |
Qanunsuz metal konstruksiyalar sökülüb |
49. |
Əmirov Asim Cəfərxan oğlu |
İsmayıllı rayonu, Xanagah kəndi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
50. |
Zeynalov Mustafa Murad oğlu |
İsmayıllı şəhəri, Cavanşir küçəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
51. |
Cəfərli Nazim Süpan oğlu |
İsmayıllı şəhəri, Cavanşir küçəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
52. |
Nəbiyev Allahqulu Fərman oğlu |
Qazax şəhəri, Çaylı kəndi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
53. |
Lahıcov Müşfiq Akif oğlu |
Qazax şəhəri, Çaylı kəndi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.
Oxşar xəbərlər

Bayramla bağlı 135 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstərilir
İyunun 6-sı və 7-si tarixlərini əhatə edən Qurban bayramı günlərində əhalinin təhlükəsiz ət və ət məhsulları ilə təmin olunması, həmçinin qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun, təhlükəsiz və sağlam şəraitdə həyata keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyi və aidiyyəti qurumlar tərəfindən bütün zəruri tədbirlər görülüb. Tədbirlər çərçivəsində Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkə üzrə 135 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil edilib. Onlardan 77-də qurbanlıq heyvanların kəsimi və satışı, 30-da yalnız satışı, 28-də isə yalnız kəsimi xidmətləri vətəndaşlara təklif olunur. Bununla yanaşı, bir sıra regionlarda səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı həyata keçirilir. Bu çərçivədə Zəngilan rayonunun Ağalı kəndində və Ağdərə rayonunun Talış kəndində, həmçinin Ağdam, Şuşa, Füzuli və Cəbrayıl rayonlarında da heyvan kəsimi üçün çadırlar quraşdırılıb. Kəsim məntəqələrində Qida Təhlükəsizliyi İnstitutunun baytarlıq laboratoriyaları da mövcuddur. Gücləndirilmiş rejimdə fəaliyyət göstərən laboratoriyalarda peşəkar baytar həkimlər fəaliyyət göstərir. Qurbanlıq heyvanlar arasında hər hansı xəstəliyə şübhə yaranarsa, daxili orqanlarından nümunə götürülərək həmin laboratoriyalarda, eyni zamanda Mərkəzi Baytarlıq Laboratoriyasında müayinə edilir. Ölkə ərazisində fəaliyyət göstərən soyuducu infrastruktura malik ticarət şəbəkələri tərəfindən də əvvəlcədən qəbul olunmuş sifarişlər əsasında qurbanlıq heyvanların kəsilməsi və ətinin vətəndaşlara çatdırılması xidməti həyata keçirilir. Vətəndaşlar qurbanlıq heyvanların kəsim və satış məntəqələri barədə məlumatı Agentliyin saytından (afsa.gov.az/az/qurban-bayrami-2025) əldə edə bilərlər. Vətəndaşlardan bayram günlərində heyvan kəsimi və satışı fəaliyyətləri ilə bağlı xoşagəlməz hallarla rastlaşdıqda, aidiyyəti dövlət qurumlarına və ya Agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat vermələri xahiş olunur.

Latviyanın Vidzeme regionunda quş qripi xəstəliyi qeydə alınıb
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatına əsasən, Latviya Respublikasının Vidzeme regionunda yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəlikdən qorunması üçün Vidzeme regionunda zonalaşma prinsipi nəzərə alınmaqla, xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və quşçuluq məhsullarının idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanların SİYAHISI
Qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun, sağlam və rahat şəraitdə həyata keçirilməsi məqsədilə bu il Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkə üzrə 135 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunacaq. Bunlardan 77-də həm kəsim, həm satış, 30-da qurbanlıq heyvanların yalnız satışı, 28-də isə yalnız heyvan kəsimi xidmətləri təklif olunacaq. Həmin məntəqələrdə baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar əhaliyə təqdim olunacaq. Bununla yanaşı, bir sıra regionlarda Qida Təhlükəsizliyi Agentliyi ilə razılaşdırılmaqla səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı təmin ediləcək. Həmçinin ölkə ərazisində fəaliyyət göstərən müvafiq infrastruktura malik ticarət şəbəkələri tərəfindən sifarişlərə uyğun bayram günlərində qurbanlıq heyvan ətinin vətəndaşlara çatdırılması nəzərdə tutulur. Bununla bağlı həmin satış şəbəkələri tərəfindən ətraflı məlumatlar veriləcək. Vətəndaşlar bayram günlərində saat 08:00-dan 20:00-dək qurbanlıq heyvanları satmaq, almaq və ya kəsdirmək üçün yuxarıda qeyd edilən xidmətlərdən istifadə edə bilərlər. Ölkə üzrə qurbanlıq heyvanların satışı və kəsimi yerləri barədə məlumatları https://afsa.gov.az/az/qurban-bayrami-2025 linkinə daxil olmaqla, eləcə də aşağıdakı cədvəldən əldə edə bilərsiniz: