Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
12 Sentyabr 2022 16:56
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
9 sentyabr tarixində Agentlik əməkdaşları tərəfindən respublika üzrə fəaliyyət göstərən ət satışı və heyvan kəsimi məntəqələrində aparılan monitorinqlər zamanı Bakı şəhəri və Abşeron, Şamaxı, İsmayıllı, Qazax, Neftçala, Ağcabədi, Quba rayonlarında bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 10 heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb, 26 məntəqədə kəsim qurğuları sökülüb, 2 müəssisədə isə yenidən bərpa edilmiş qanunsuz metal konstruksiyalar təkrarən sökülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və inzibati məsuliyyətə cəlb edilmiş və ya qanunsuz metal konstruksiyaları sökülən məntəqələr aşağıdakılardır:
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Görülən tədbir |
Bakı şəhəri, Suraxanı rayonu üzrə |
|||
1. |
Zeynalov Ağa Bakıxan oğlu |
Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəs., V. Xəlilov küçəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
2. |
Məmmədov Asiman Əli oğlu |
Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəs., 14 iyul küçəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
Bakı şəhəri, Xəzər rayonu üzrə |
|||
3. |
Nəsibov Nizami Əli oğlu |
Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi 79B |
Qanunsuz metal konstruksiyalar sökülüb və inzibati protokol tərtib edilib |
4. |
İslamov Ramil Paşa oğlu |
Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi 146 |
Qanunsuz metal konstruksiyalar sökülüb |
5. |
Mustafayev Firdovsi Nəcəfqulu oğlu |
Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, L. Starçuk küçəsi 85 |
Qanunsuz metal konstruksiyalar sökülüb və inzibati protokol tərtib edilib |
6. |
Abdullayev Cəlal Baxşeyş oğlu |
Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Qala küçəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
7. |
Musayev Məhəmməd Əhliyyət oğlu |
Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Qala-Pirallahı yolu |
Qanunsuz metal konstruksiyalar sökülüb |
Bakı şəhəri, Səbail rayonu üzrə |
|||
8. |
Əzimov Nizaməddin Rəhim oğlu |
Səbail rayonu, Badamdar qəsəbəsi, S.Məmmədov küçəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb və inzibati protokol tərtib edilib |
9. |
Əsədov Ramil Barat oğlu |
Səbail rayonu, Badamdar qəsəbəsi,S.Məmmədov küçəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb və inzibati protokol tərtib edilib |
10. |
Cabbarov Mərhəmət Əzizalı oğlu |
Səbail rayonu, Badamdar qəsəbəsi, S.Məmmədov küçəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb və inzibati protokol tərtib edilib |
Abşeron rayonu üzrə |
|||
11. |
Abbasov Cəlaləddin Xəlil oğlu |
Abşeron rayonu, Xırdalan şəhəri, Gənclər Şəhərciyi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
12. |
Mastanov Nadir Mastan oğlu |
Abşeron rayonu, Xırdalan şəhəri, N.Gəncəvi küçəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
Neftçala rayonu üzrə |
|||
13. |
Əkbərov Pərviz Ağabala oğlu |
Neftçala rayonu, Aşağı Surra kəndi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
14. |
Mehdiyev Nemət Əşrəf oğlu |
Neftçala rayonu, Aşağı Surra kəndi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
15. |
İsgəndərov Zaur Məhərrəm oğlu |
Neftçala rayonu, Qədimkənd kəndi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
16. |
Hüseynov Səfər Qələm oğlu |
Neftçala rayonu, Aşağı Qaramanlı kəndi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
17. |
Ağalarov Aqil Mirkamil oğlu |
Neftçala rayonu, Aşağı Surra kəndi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
18. |
Əsgərov Yadulla Böyükkişi oğlu |
Neftçala rayonu, Xıllı qəsəbəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
Şamaxı rayonu üzrə |
|||
19. |
Musayev Ziya Zakir oğlu |
Şamaxı şəhəri, N.Nərimanov küçəsi |
inzibati protokol tərtib edilib |
İsmayıllı rayonu üzrə |
|||
20. |
Abdullayev Qabil Qədir oğlu |
İsmayıllı şəhəri, Cavanşir küçəsi |
inzibati protokol tərtib edilib |
21. |
Ələkbərov Ərəstun Dönməz oğlu |
İsmayıllı şəhəri, Cavanşir küçəsi |
inzibati protokol tərtib edilib |
Qazax rayonu üzrə |
|||
22. |
Nəbiyev Mehdi Akif oğlu |
Qazax şəhəri, Hüseynbəyli kəndi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
23. |
Dünyamalıyev Arzuman Kamaləddin oğlu |
Qazax şəhəri, Ə.Şıxlinski küçəsi |
Yenidən bərpa edilmiş qanunsuz metal konstruksiyalar sökülüb |
24. |
Mehtixanlı Elmin Aydın oğlu |
Qazax şəhəri, Hüseynbəyli kəndi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
25. |
Mahmudov Şəmsi Hacısaleh oğlu |
Qazax şəhəri, Ə.Şıxlinski küçəsi |
Yenidən bərpa edilmiş qanunsuz metal konstruksiyalar sökülüb |
26. |
Nəbiyev Rəşad İmamqulu oğlu |
Qazax şəhəri, Çaylı kəndi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
27. |
Məmmədov Azər |
Qazax şəhəri, Ə.Şıxlinski küçəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
Ağcabədi rayonu üzrə |
|||
28. |
Səmədov Soltan |
Ağcabədi rayonu, Ü.Hacıbəyli küçəsi |
inzibati protokol tərtib edilib |
29. |
Rəhimov Əkbər |
Ağcabədi rayonu, Rəncbərlər kəndi |
inzibati protokol tərtib edilib |
Quba rayonu üzrə |
|||
30. |
Şahmuradov Emin Şahbala oğlu |
Quba rayonu, Timiryazev kəndi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
31. |
Cəbrayılov Vasif Talıb oğlu |
Quba rayonu, Timiryazev kəndi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
32. |
Varəngi Ruhulla Əliheydər oğlu |
Quba rayonu, Zərdabi qəsəbəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
33. |
Varəngi Mehman Tahir oğlu |
Quba rayonu, Zərdabi qəsəbəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.
Oxşar xəbərlər

Bayramla bağlı 135 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstərilir
İyunun 6-sı və 7-si tarixlərini əhatə edən Qurban bayramı günlərində əhalinin təhlükəsiz ət və ət məhsulları ilə təmin olunması, həmçinin qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun, təhlükəsiz və sağlam şəraitdə həyata keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyi və aidiyyəti qurumlar tərəfindən bütün zəruri tədbirlər görülüb. Tədbirlər çərçivəsində Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkə üzrə 135 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil edilib. Onlardan 77-də qurbanlıq heyvanların kəsimi və satışı, 30-da yalnız satışı, 28-də isə yalnız kəsimi xidmətləri vətəndaşlara təklif olunur. Bununla yanaşı, bir sıra regionlarda səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı həyata keçirilir. Bu çərçivədə Zəngilan rayonunun Ağalı kəndində və Ağdərə rayonunun Talış kəndində, həmçinin Ağdam, Şuşa, Füzuli və Cəbrayıl rayonlarında da heyvan kəsimi üçün çadırlar quraşdırılıb. Kəsim məntəqələrində Qida Təhlükəsizliyi İnstitutunun baytarlıq laboratoriyaları da mövcuddur. Gücləndirilmiş rejimdə fəaliyyət göstərən laboratoriyalarda peşəkar baytar həkimlər fəaliyyət göstərir. Qurbanlıq heyvanlar arasında hər hansı xəstəliyə şübhə yaranarsa, daxili orqanlarından nümunə götürülərək həmin laboratoriyalarda, eyni zamanda Mərkəzi Baytarlıq Laboratoriyasında müayinə edilir. Ölkə ərazisində fəaliyyət göstərən soyuducu infrastruktura malik ticarət şəbəkələri tərəfindən də əvvəlcədən qəbul olunmuş sifarişlər əsasında qurbanlıq heyvanların kəsilməsi və ətinin vətəndaşlara çatdırılması xidməti həyata keçirilir. Vətəndaşlar qurbanlıq heyvanların kəsim və satış məntəqələri barədə məlumatı Agentliyin saytından (afsa.gov.az/az/qurban-bayrami-2025) əldə edə bilərlər. Vətəndaşlardan bayram günlərində heyvan kəsimi və satışı fəaliyyətləri ilə bağlı xoşagəlməz hallarla rastlaşdıqda, aidiyyəti dövlət qurumlarına və ya Agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat vermələri xahiş olunur.

Latviyanın Vidzeme regionunda quş qripi xəstəliyi qeydə alınıb
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatına əsasən, Latviya Respublikasının Vidzeme regionunda yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəlikdən qorunması üçün Vidzeme regionunda zonalaşma prinsipi nəzərə alınmaqla, xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və quşçuluq məhsullarının idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanların SİYAHISI
Qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun, sağlam və rahat şəraitdə həyata keçirilməsi məqsədilə bu il Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkə üzrə 135 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunacaq. Bunlardan 77-də həm kəsim, həm satış, 30-da qurbanlıq heyvanların yalnız satışı, 28-də isə yalnız heyvan kəsimi xidmətləri təklif olunacaq. Həmin məntəqələrdə baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar əhaliyə təqdim olunacaq. Bununla yanaşı, bir sıra regionlarda Qida Təhlükəsizliyi Agentliyi ilə razılaşdırılmaqla səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı təmin ediləcək. Həmçinin ölkə ərazisində fəaliyyət göstərən müvafiq infrastruktura malik ticarət şəbəkələri tərəfindən sifarişlərə uyğun bayram günlərində qurbanlıq heyvan ətinin vətəndaşlara çatdırılması nəzərdə tutulur. Bununla bağlı həmin satış şəbəkələri tərəfindən ətraflı məlumatlar veriləcək. Vətəndaşlar bayram günlərində saat 08:00-dan 20:00-dək qurbanlıq heyvanları satmaq, almaq və ya kəsdirmək üçün yuxarıda qeyd edilən xidmətlərdən istifadə edə bilərlər. Ölkə üzrə qurbanlıq heyvanların satışı və kəsimi yerləri barədə məlumatları https://afsa.gov.az/az/qurban-bayrami-2025 linkinə daxil olmaqla, eləcə də aşağıdakı cədvəldən əldə edə bilərsiniz: