Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
14 Sentyabr 2022 15:49
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
12-13 sentyabr tarixlərində Agentlik əməkdaşları tərəfindən respublika üzrə fəaliyyət göstərən ət satışı və heyvan kəsimi məntəqələrində aparılan monitorinqlər zamanı Bakı şəhəri və Abşeron, Şamaxı, İsmayıllı, Sabirabad, Tovuz, Bərdə, Qazax, Ağcabədi, Xaçmaz rayonlarında bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 23 heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb, 32 məntəqədə kəsim qurğuları sökülüb, 3 müəssisədə isə yenidən bərpa edilmiş qanunsuz metal konstruksiyalar təkrarən sökülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və inzibati məsuliyyətə cəlb edilmiş və ya qanunsuz metal konstruksiyaları sökülən məntəqələr aşağıdakılardır:
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Görülən tədbir |
Bakı şəhəri, Nəsimi rayonu üzrə |
|||
1. |
Əliyev Pərviz Mübariz oğlu |
A.Mustafayev küçəsi 42, Kəndli Yarmarkası |
Qanunsuz metal konstruksiyalar sökülüb |
2. |
Qurbanov Xəqani Əli oğlu |
A.Mustafayev küçəsi 42, Kəndli Yarmarkası |
Qanunsuz metal konstruksiyalar sökülüb |
3. |
Quliyev Arzuman Allahverdi oğlu |
M. Mirqasımov küçəsi 29 |
Qanunsuz metal konstruksiyalar sökülüb |
Bakı şəhəri, Qaradağ rayonu üzrə |
|||
4. |
Dadaşov İsa Rüstəm oğlu |
Lökbatan qəsəbəsi, İ.Nəbiyev küçəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
5. |
Şahverdiyev Şaban Fazil oğlu |
Sahil qəsəbəsi, Univermaq küçəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
6. |
Şahməmmədov Ədalət Məhəmməd oğlu |
Ş.Əsgərov küçəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
7. |
Ələkbərov Xosrov Bafadar oğlu |
Sahil qəsəbəsi, E.Quliyev küçəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb və inzibati protokol tərtib edilib |
8. |
Məmmədova Günel Əlövsət qızı |
Ümid qəsəbəsi, Yaşayış Massivi |
İnzibati protokol tərtib edilib |
9. |
Əzizov Vicay Sərvər oğlu |
Ümid qəsəbəsi |
İnzibati protokol tərtib edilib |
10. |
Ağalarov Ədalət Bəşir oğlu |
Qızıldaş qəsəbəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb və inzibati protokol tərtib edilib |
11. |
İmanov Cavanşir Eynulla oğlu |
Qızıldaş qəsəbəsi, bazar |
Qanunsuz metal konstruksiyalar sökülüb və inzibati protokol tərtib edilib |
12. |
Ağayev Ağaməmməd İbrahim oğlu |
Ümid qəsəbəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb və inzibati protokol tərtib edilib |
13. |
Qəribov Nazim Qasımxan oğlu |
Qızıldaş qəsəbəsi, bazar |
Qanunsuz metal konstruksiyalar sökülüb və inzibati protokol tərtib edilib |
Bakı şəhəri, Xəzər rayonu üzrə |
|||
14. |
Mayılov Məzahir Cəbrayıl oğlu |
Türkan qəsəbəsi, H.Hacıyev küçəsi 25 |
Qanunsuz metal konstruksiyalar sökülüb |
15. |
Bayramov Ənnaqi Mahir oğlu |
Türkan qəsəbəsi, A.Abdullayev küçəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
16. |
Əsədov Rasim Həsən oğlu |
Ramana qəsəbəsi, Yeni Yaşayış Massivi |
Qanunsuz metal konstruksiyalar sökülüb və inzibati protokol tərtib edilib |
17. |
Vəliyev Mehman Balış oğlu |
Ramana qəsəbəsi, Yeni Yaşayış Massivi 2 |
Qanunsuz metal konstruksiyalar sökülüb və inzibati protokol tərtib edilib |
18. |
Musazadə Elmir Əli oğlu |
Ramana qəsəbəsi, Yeni Yaşayış Massivi 2 |
Qanunsuz metal konstruksiyalar sökülüb və inzibati protokol tərtib edilib |
19. |
Alıkişiyev Yasər Şamil oğlu |
Ramana qəsəbəsi, Yeni Yaşayış Massivi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
Bakı şəhəri, Sabunçu rayonu üzrə |
|||
20. |
Anifayev Raqif Fərman oğlu |
Ramana qəsəbəsi, 3-cü sahə, Ə.Bağırov küçəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb və inzibati protokol tərtib edilib |
Bakı şəhəri, Suraxanı rayonu üzrə |
|||
21. |
Şahverdiyev Ərəstun Fazil oğlu |
Sahil qəsəbəsi, N.Mustafayev küçəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb və inzibati protokol tərtib edilib |
Abşeron rayonu üzrə |
|||
22. |
Məlikov Ənvər Əlizadə oğlu |
Hökməli-Qobu qəsəbəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
23. |
Məlikov Eşqin Əlizadə oğlu |
Hökməli-Qobu qəsəbəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
24. |
Əliyev Oruc Əli oğlu |
Hökməli qəsəbəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
25. |
Heydərov Samir İmamverdi oğlu |
Hökməli qəsəbəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
26. |
Əliyev Elqan Ziyadxan oğlu |
Hökməli qəsəbəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
27. |
Məmmədov Etibar Niyazi oğlu |
Qobu qəsəbəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
28. |
Alcanov Şahin Ramiz oğlu |
Qobu qəsəbəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
Şamaxı rayonu üzrə |
|||
29. |
Sadıqov Mehman Baba oğlu |
Şamaxı şəhəri, N.Nərimanov küçəsi |
İnzibati protokol tərtib edilib |
İsmayıllı rayonu üzrə |
|||
30. |
Zülfüqarov Anar Valeh oğlu |
Cavanşir küçəsi |
İnzibati protokol tərtib edilib |
31. |
Həsrətov Novruz Teymur oğlu |
N.Səmədov küçəsi |
İnzibati protokol tərtib edilib |
Sabirabad rayonu üzrə |
|||
32. |
Cəfərov Rəhman Qəhrəman oğlu |
İ.İsgəndərov küçəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
33. |
Quliyev Fəxrəddin Abbas oğlu |
Sarıcalar kəndi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
34. |
Zülfüqarov Ramiz Hətəm oğlu |
İ.İsgəndərov küçəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
35. |
Güləliyev Elçin Qalib oğlu |
Ş.M.Xiyabani küçəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
36. |
Nəcəfov Qalib Hümbət oğlu |
Qalaqayın kəndi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
Tovuz rayonu üzrə |
|||
37. |
Yusifov Cahangir Məmmədtağı oğlu |
M.Musayev küçəsi, “Nəsimi” firmasına məxsus qida məhsulları bazarı |
İnzibati protokol tərtib edilib |
38. |
Əkbərov Elman Ələsgər oğlu |
M.Musayev küçəsi, “Nəsimi” firmasına məxsus qida məhsulları bazarı |
İnzibati protokol tərtib edilib |
Bərdə rayonu üzrə |
|||
39. |
Atakişiyev İlqar Garay oğlu |
H.Əliyev prospekti |
İnzibati protokol tərtib edilib |
Qazax rayonu üzrə |
|||
40. |
Nəbiyev Allahqulu Fərman oğlu |
Çaylı kəndi |
Yenidən bərpa edilmiş qanunsuz metal konstruksiyalar sökülüb |
41. |
Alıyev Elşən Qeys oğlu |
Çaylı kəndi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
Ağcabədi rayonu üzrə |
|||
42. |
Məmmədov Turbəndə |
İ.Qayıbov küçəsi |
İnzibati protokol tərtib edilib |
43. |
Məmmədov Şahin |
İ.Qayıbov küçəsi |
İnzibati protokol tərtib edilib |
44. |
Abbasov Ələkbər |
H.Hacıyev küçəsi |
İnzibati protokol tərtib edilib |
45. |
Quliyev Rəhbər |
H.Əliyev prospekti |
İnzibati protokol tərtib edilib |
46. |
Quliyev Qurban |
H.Əliyev prospekti |
İnzibati protokol tərtib edilib |
Xaçmaz rayonu üzrə |
|||
47. |
Atakişiyev Sabit Azad oğlu |
Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndi |
Yenidən bərpa edilmiş qanunsuz metal konstruksiyalar sökülüb |
48. |
Qasımov Ənvər Əmirşah oğlu |
Hacıəlibəy kəndi |
Yenidən bərpa edilmiş qanunsuz metal konstruksiyalar sökülüb |
AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.
Oxşar xəbərlər

Bayramla bağlı 135 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstərilir
İyunun 6-sı və 7-si tarixlərini əhatə edən Qurban bayramı günlərində əhalinin təhlükəsiz ət və ət məhsulları ilə təmin olunması, həmçinin qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun, təhlükəsiz və sağlam şəraitdə həyata keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyi və aidiyyəti qurumlar tərəfindən bütün zəruri tədbirlər görülüb. Tədbirlər çərçivəsində Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkə üzrə 135 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil edilib. Onlardan 77-də qurbanlıq heyvanların kəsimi və satışı, 30-da yalnız satışı, 28-də isə yalnız kəsimi xidmətləri vətəndaşlara təklif olunur. Bununla yanaşı, bir sıra regionlarda səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı həyata keçirilir. Bu çərçivədə Zəngilan rayonunun Ağalı kəndində və Ağdərə rayonunun Talış kəndində, həmçinin Ağdam, Şuşa, Füzuli və Cəbrayıl rayonlarında da heyvan kəsimi üçün çadırlar quraşdırılıb. Kəsim məntəqələrində Qida Təhlükəsizliyi İnstitutunun baytarlıq laboratoriyaları da mövcuddur. Gücləndirilmiş rejimdə fəaliyyət göstərən laboratoriyalarda peşəkar baytar həkimlər fəaliyyət göstərir. Qurbanlıq heyvanlar arasında hər hansı xəstəliyə şübhə yaranarsa, daxili orqanlarından nümunə götürülərək həmin laboratoriyalarda, eyni zamanda Mərkəzi Baytarlıq Laboratoriyasında müayinə edilir. Ölkə ərazisində fəaliyyət göstərən soyuducu infrastruktura malik ticarət şəbəkələri tərəfindən də əvvəlcədən qəbul olunmuş sifarişlər əsasında qurbanlıq heyvanların kəsilməsi və ətinin vətəndaşlara çatdırılması xidməti həyata keçirilir. Vətəndaşlar qurbanlıq heyvanların kəsim və satış məntəqələri barədə məlumatı Agentliyin saytından (afsa.gov.az/az/qurban-bayrami-2025) əldə edə bilərlər. Vətəndaşlardan bayram günlərində heyvan kəsimi və satışı fəaliyyətləri ilə bağlı xoşagəlməz hallarla rastlaşdıqda, aidiyyəti dövlət qurumlarına və ya Agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat vermələri xahiş olunur.

Latviyanın Vidzeme regionunda quş qripi xəstəliyi qeydə alınıb
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatına əsasən, Latviya Respublikasının Vidzeme regionunda yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəlikdən qorunması üçün Vidzeme regionunda zonalaşma prinsipi nəzərə alınmaqla, xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və quşçuluq məhsullarının idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanların SİYAHISI
Qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun, sağlam və rahat şəraitdə həyata keçirilməsi məqsədilə bu il Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkə üzrə 135 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunacaq. Bunlardan 77-də həm kəsim, həm satış, 30-da qurbanlıq heyvanların yalnız satışı, 28-də isə yalnız heyvan kəsimi xidmətləri təklif olunacaq. Həmin məntəqələrdə baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar əhaliyə təqdim olunacaq. Bununla yanaşı, bir sıra regionlarda Qida Təhlükəsizliyi Agentliyi ilə razılaşdırılmaqla səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı təmin ediləcək. Həmçinin ölkə ərazisində fəaliyyət göstərən müvafiq infrastruktura malik ticarət şəbəkələri tərəfindən sifarişlərə uyğun bayram günlərində qurbanlıq heyvan ətinin vətəndaşlara çatdırılması nəzərdə tutulur. Bununla bağlı həmin satış şəbəkələri tərəfindən ətraflı məlumatlar veriləcək. Vətəndaşlar bayram günlərində saat 08:00-dan 20:00-dək qurbanlıq heyvanları satmaq, almaq və ya kəsdirmək üçün yuxarıda qeyd edilən xidmətlərdən istifadə edə bilərlər. Ölkə üzrə qurbanlıq heyvanların satışı və kəsimi yerləri barədə məlumatları https://afsa.gov.az/az/qurban-bayrami-2025 linkinə daxil olmaqla, eləcə də aşağıdakı cədvəldən əldə edə bilərsiniz: