Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
21 Sentyabr 2022 17:57
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
20 sentyabr tarixində Agentlik əməkdaşları tərəfindən respublika üzrə fəaliyyət göstərən ət satışı və heyvan kəsimi məntəqələrində aparılan monitorinqlər zamanı Sumqayıt şəhəri və Abşeron, İsmayıllı, Gədəbəy, Xaçmaz, Tərtər rayonlarında bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 6 heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb, 3 məntəqədə kəsim qurğuları sökülüb, 9 müəssisədə isə yenidən bərpa edilmiş qanunsuz metal konstruksiyalar təkrarən sökülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və inzibati məsuliyyətə cəlb edilmiş və ya qanunsuz metal konstruksiyaları sökülən məntəqələr aşağıdakılardır:
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Görülən tədbir |
Sumqayıt şəhəri üzrə |
|||
1. |
Muradov Əbdül İbad oğlu |
Yeni Sumqayıt Yaşayış Massivi |
Yenidən bərpa edilmiş qanunsuz metal konstruksiyalar sökülüb |
2. |
Abbasov Nemət Muxtar oğlu |
Yeni Sumqayıt Yaşayış Massivi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
3. |
Süleymanov Ələkbər Etibar oğlu |
Yeni Sumqayıt Yaşayış Massivi |
Yenidən bərpa edilmiş qanunsuz metal konstruksiyalar sökülüb |
4. |
Əstanov Rasim Xanış oğlu |
Yeni Sumqayıt Yaşayış Massivi |
Yenidən bərpa edilmiş qanunsuz metal konstruksiyalar sökülüb |
5. |
Xuduyev Asif Vəli oğlu |
Yeni Sumqayıt Yaşayış Massivi |
Yenidən bərpa edilmiş qanunsuz metal konstruksiyalar sökülüb |
Abşeron rayonu üzrə |
|||
6. |
İlyasov Habil Hacı oğlu |
Masazır qəsəbəsi, Q.Nəbi küçəsi |
Yenidən bərpa edilmiş qanunsuz metal konstruksiyalar sökülüb və İnzibati protokol tərtib edilib |
7. |
Bayramov Elgün Tahir oğlu |
Masazır qəsəbəsi, Ə.Vahid küçəsi |
Yenidən bərpa edilmiş qanunsuz metal konstruksiyalar sökülüb |
8. |
Atakişiyev Elnur Yaşar oğlu |
Masazır qəsəbəsi, Qurtuluş-93 |
Yenidən bərpa edilmiş qanunsuz metal konstruksiyalar sökülüb |
İsmayıllı şəhəri üzrə |
|||
9. |
Cəfərli Nazim Süpan oğlu |
Cavanşir küçəsi |
Qanunsuz metal konstruksiyalar sökülüb |
Xaçmaz rayonu üzrə |
|||
10. |
Ağayev Rifaq Sabir oğlu |
Nərəcan kəndi |
Qanunsuz metal konstruksiyalar sökülüb və İnzibati protokol tərtib edilib |
11. |
Kərimov Eyvaz Kərim oğlu |
Köhnə Xaçmaz kəndi |
İnzibati protokol tərtib edilib |
Gədəbəy rayonu üzrə |
|||
12. |
Novruzov Şahvələd Xəlil oğlu |
Dəyirmandağ kəndi |
İnzibati protokol tərtib edilib |
13. |
İsmayılov Elnur Aqil oğlu |
Dəyirmandağ kəndi |
Yenidən bərpa edilmiş qanunsuz metal konstruksiyalar sökülüb |
14. |
Musayev Cəmşid Zilfəli oğlu |
Dəyirmandağ kəndi |
Yenidən bərpa edilmiş qanunsuz metal konstruksiyalar sökülüb |
15. |
İsmayılova Pünhan Yusif qızı |
Yenikənd kəndi |
İnzibati protokol tərtib edilib |
Tərtər rayonu üzrə |
|||
16. |
Məmmədzadə Vüsal İlham oğlu |
Düyərli kəndi |
İnzibati protokol tərtib edilib |
AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.
Oxşar xəbərlər

Təhlükəli zoonoz xəstəlik — Qarayara
Qarayara — heyvanlardan insanlara keçə bilən zoonoz xəstəliklərdəndir. Hazırda bütün dünyada insanlar arasında rast gəlinən yoluxucu xəstəliklərin 60%-dən çoxu məhz zoonoz infeksiyaların payına düşür. Heyvanlar bu infeksiyaya xəstəlik törədiciləri ilə çirklənmiş su və torpaq vasitəsi ilə yoluxur. Xəstəliyin əsas əlamətləri isə bunlardır: heyvan qəfil yıxılır, ağız və burun dəliklərindən qanlı köpük, anus dəliyindən isə qan axır, bir neçə dəqiqə ərzində ölüm halı baş verir. Qanda laxtalanma prosesi getmədiyindən, cəsəd qısa müddətdə köpür və bərkimir. Qarayara xəstəliyindən tələf olmuş heyvanların cəsədinin yarılması yolverilməzdir. Ölmüş heyvanın cəsədi yandırılma yolu ilə zərərsizləşdirilməlidir. İnsanlar xəstə heyvanların əti, ondan hazırlanmış yarımfabrikat məhsulların istehlakı və digər ətraf mühit amilləri ilə bu xəstəliyə yoluxa bilər. Bu zaman yoluxmuş şəxs dərhal tibbi yardım almalıdır. Mal-qaranı qarayara xəstəliyindən qorumaq üçün heyvanların dövri peyvəndlənməyə cəlb olunması vacibdir. Xəstəlikdən qorunmağın ən təsirli yolu baytarlıq nəzarəti olmayan yerdən ət almamaqdır.

Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Xorvatiya Respublikasının Brodsko-Posavska inzibati ərazi vahidində, Danimarka Krallığının Şimali Yutlandiya regionunda, Türkiyə Respublikasının Kayseri vilayətində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin bu yoluxucu xəstəlikdən qorunması üçün qeyd olunan ərazilərdə zonalaşma prinsipi nəzərə alınmaqla, xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və quşçuluq məhsullarının idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

AQTA maarifləndirir: Təhlükəli zoonoz xəstəlik – Qarayara
Qarayara ən qorxulu zoonoz xəstəliklərdən biridir. Bu xəstəlik heyvanlarla yanaşı insanlar üçün də böyük təhlükə törədir. Hazırda bütün dünyada insanlar arasında rast gəlinən yoluxucu xəstəliklərin 60%-dən çoxu məhz zoonoz infeksiyaların payına düşür. Xəstəliyə daha çox iri və xırdabuynuzlu heyvanlar, eləcə də at, maral və dəvələr həssasdır. Heyvanlar bu infeksiyaya bir çox hallarda xəstəlik törədiciləri ilə çirklənmiş su və torpaq vasitəsi ilə yoluxa bilərlər. Heyvanlarda xəstəliyin gizli dövrü olduqca qısadır, təxminən 1-3 gün çəkir. Xəstəliyin “ildırımvari” adlandırılan ən sürətli yayılma formasında isə heyvan qəfil yıxılır, ağız və burun dəliklərindən qanlı köpük, anus dəliyindən isə qan axır, bir neçə dəqiqə ərzində ölüm halı baş verir. Qanda laxtalanma prosesi getmədiyindən, cəsəd qısa müddətdə köpür və bərkimir. Qarayara xəstəliyindən tələf olmuş heyvanların cəsədinin yarılması yolverilməzdir. Ölmüş heyvanın cəsədi yandırılma yolu ilə zərərsizləşdirilməlidir. Bu infeksiya insanlara xəstə heyvanların əti, ondan hazırlanmış yarımfabrikat və digər məhsulların istehlakı zamanı yoluxur. Bundan əlavə ölmüş heyvanın leşi, dərisi, daxili orqanları, qarayara sporları ilə çirklənmiş torpaq, su, hava və digər xarici mühit amilləri də yoluxmaya səbəb ola bilər. İnsanlarda xəstəlik daha çox əllərdə və bədənin digər nahiyələrində nekrozlaşmış yaraların əmələ gəlməsi, hərarətin yüksəlməsi, ağız boşluğunun selikli qişasının xorası və digər əlamətlərlə özünü büruzə verir. Qarayaraya yoluxmuş şəxs dərhal tibbi yardım almalıdır. Yaraya müdaxilə edilməsi, infeksiyanın yayılmasına səbəb ola bilər. Mal-qaranı qarayara xəstəliyindən qorumaq üçün heyvanların dövri peyvəndlənməyə cəlb olunması vacibdir. Xəstəlikdən qorunmağın ən təsirli yolu baytarlıq nəzarəti olmayan yerdən ət almamaq, eyni zamanda çarpaz çirklənmənin qarşısını almaq üçün heyvanların kəsildiyi yerlərin meyvə-tərəvəz və başqa qida məhsulları ilə təmas etməsinin qarşısını almaqdır.